Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının baş katibi Vladimir Şerbakovdan
Hörmətli cənab Prezident,
Sizi doğum gününüz münasibətilə Həmkarlar İttifaqları Ümumi Konfederasiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Siz ölkə vətəndaşlarını milli yeniləşmə kimi böyük məsələlərin həlli üçün inamla birləşdirən əsl ümumxalq lidersiniz. Bu gün Azərbaycanın ölkədə iqtisadi və ictimai tərəqqinin bütün sahələrində uğurları göz qabağındadır. Sosial tərəfdaşlıq sistemi səmərəli nəticələr verir, işçilərin və onların birliklərinin hüquq və vəzifələrinin həyata keçirilməsi üçün etibarlı təminat yaradılmışdır. Bu, demokratiya institutlarının yüksək inkişaf səviyyəsini, Sizin müdrik dövlət başçısı kimi həmkarlar ittifaqları hərəkatı üçün həyati əhəmiyyətli problemlərin həllinə daim diqqət və qayğı göstərdiyinizi təsdiq edir.
Möhtərəm cənab Prezident, ən səmimi və xoş arzularımı, möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar diləklərimi qəbul edin.
Dərin hörmətlə,
Vladimir Şerbakov
Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının
baş katibi