Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hepatit B-nin qarşısını almaq, hepatit C-ni isə tam sağaltmaq mümkündür – MÜSAHİBƏ

Hepatit B-nin qarşısını almaq, hepatit C-ni isə tam sağaltmaq mümkündür – MÜSAHİBƏ

Bakı, 28 iyul, AZƏRTAC

Ümumdünya Hepatitlə Mübarizə Günü ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov AZƏRTAC-a müsahibə verib. O, hepatitin vaxtında diaqnostikası, müalicəsi və qarşısının alınması üçün atılmalı olan addımlar, son illərdə hepatit B-nin və xüsusilə hepatit C-nin müalicəsində tətbiq edilən yeniliklər barədə danışıb. Həmin müsahibəni təqdim edirik:

- Həkim, 28 İyul-Ümumdünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar vətəndaşlara hansı əsas mesajları çatdırmaq istərdiniz və hepatitin vaxtında diaqnostikası, müalicəsi və qarşısının alınması üçün hansı addımları atmağı tövsiyə edirsiniz?

- Ən vacib mesaj budur: Virus hepatitləri “səssiz” xəstəliklərdir. Hepatit B və C çox vaxt heç bir əlamət vermədən illərlə davam edir, bu müddətdə isə qaraciyər tədricən zədələnə bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, xroniki hepatit B ilə yaşayan şəxslərin yalnız 13, hepatit C ilə yaşayan şəxslərin isə 36 faizi öz diaqnozundan xəbərdardır. Zədələnmə davam etdikcə xəstəlik qaraciyər sirrozuna, daha sonra isə qaraciyər xərçənginə səbəb ola bilər. Yaxşı xəbər isə odur ki, bu gün əlimizdə effektiv profilaktika və müalicə vasitələri var. Hepatit B-nin qarşısını effektiv peyvəndlənmə ilə almaq, hepatit C-ni isə müasir müalicə ilə əksər hallarda tam sağaltmaq mümkündür. Vətəndaşlara tövsiyələrim sadədir. Birincisi, müayinə olunmaqdan çəkinməmək lazımdır. Hepatit B və C qan analizləri ilə - hepatit B üçün HBsAg, hepatit C üçün isə anti-HCV testi ilə ilkin olaraq aşkarlana bilər. Xüsusən keçmişdə qan köçürülməsi, cərrahi və ya diş müdaxiləsi keçirənlər, sterilliyinə əmin olmadıqları alətlərlə manikür, döymə (tatuaj) və pirsinq etdirənlər, inyeksion narkotik vasitələrdən istifadə edənlər, həmçinin hepatit B virusu ilə yaşayan şəxslə eyni evdə yaşayanlar müvafiq müayinələrdən keçməlidirlər.

İkincisi, hepatit B-yə qarşı peyvənd olunmaq vacibdir. Hepatit B peyvəndi təhlükəsiz və effektivdir, yenidoğulmuşlara tətbiq olunur və əvvəllər peyvənd olunmamış böyüklər də müvafiq hallarda istənilən yaşda vaksinasiya oluna bilərlər. Üçüncüsü, infeksiyanın ötürülmə riskini azaltmaq lazımdır. Ülgüc, diş fırçası, dırnaq alətləri kimi şəxsi əşyaları paylaşmayın, tibbi və kosmetik prosedurlarda alətlərin steril olmasına diqqət edin. Diaqnoz təsdiqlənərsə, özbaşına müalicə aparmadan mütəxəssisə müraciət edin. Erkən diaqnostika və düzgün tibbi nəzarət qaraciyərin ağır zədələnməsinin qarşısını almağa kömək edir.

- Kimlər hepatit üçün analiz verməlidirlər və peyvəndin xəstəliyin qarşısının alınmasında rolu nə dərəcədə əhəmiyyətlidir?

- Hepatit heç kim üçün istisnalıq təşkil etmir, amma bəzi qruplarda risk daha yüksəkdir. Bunlara qan və qan məhsulları köçürülənlər, hemodializ alan şəxslər, tibb işçiləri, inyeksion narkotik vasitələrdən istifadə edənlər, hepatit B virusu ilə yaşayan şəxsin cinsi partnyoru və ailə üzvləri, həmçinin anasında hepatit B infeksiyası olan uşaqlar daxildir. Ümumdünya Sağlamlıq Təşkilatı getdikcə daha geniş miqyasda testləşməni tövsiyə edir. Bir çox ölkədə böyüklərə həyatlarında ən azı bir dəfə hepatit B və C üzrə testdən keçmək tövsiyə olunur. Testlərin nisbətən əlçatan və sürətli olması bunu real edir.

Peyvəndə gəldikdə, hepatit B-yə qarşı peyvənd ən güclü qoruyucu vasitələrdən biridir. Doğuşdan sonra ilk 24 saat ərzində vurulan doza və sonrakı dozalar yenidoğulmuşların infeksiyadan qorunmasında mühüm rol oynayır və tam peyvənd kursu sağlam uşaqlarda 95 faizdən çox qoruyuculuq təmin edə bilər. Bu, gələcəkdə qaraciyər sirrozu və qaraciyər xərçəngi riskinin azaldılmasında ən təsirli profilaktik addımlardan biridir. Hepatit C-yə qarşı hələ peyvənd yoxdur. Buna görə də bu virusdan qorunmada qan təhlükəsizliyi, steril tibbi və kosmetik alətlərdən istifadə, iynə və digər kəsici-deşici alətlərin paylaşılmaması mühüm əhəmiyyət daşıyır. Ailəsində hepatit B virusu ilə yaşayan şəxs olanlar test edilməli və immunitetləri yoxdursa, peyvəndlənməlidirlər.

- Son illərdə hepatit B və xüsusilə hepatit C-nin müalicəsində hansı yeniliklər tətbiq olunub və bu yeniliklər xəstələrin sağalma göstəricilərinə necə təsir edib?

- Hepatit C-nin müalicəsində son on ildə əsl dönüş yaşanıb. Əvvəllər müalicə interferon iynələrinə əsaslanırdı, aylarla davam edir, ağır yan təsirlərlə müşayiət olunur və müalicənin effektivliyi indiki ilə müqayisədə xeyli aşağı idi. 2010-cu illərdən etibarən birbaşa təsirli antiviral preparatların (DAA) tətbiqi müalicədə inqilabi dəyişiklik yaratdı. Bu gün pangenotipik DAA rejimləri, məsələn, sofosbuvir-velpatasvir və ya glekaprevir-pibrentasvir, adətən, 8–12 həftə ərzində tətbiq olunur, yaxşı tolere edilir və xəstələrin 95 faizindən çoxunda sağalma ilə nəticələnə bilər. Ümumdünya Səhiyyə Təşkilatının müasir tövsiyələrinə əsasən, uyğun klinik hallarda bu müalicə uşaqlar və yeniyetmələr də daxil olmaqla geniş xəstə qruplarına tətbiq edilir. Praktiki olaraq, bu o deməkdir ki, hepatit C qısamüddətli və yüksək effektiv müalicə ilə tam sağaldıla bilən xəstəliyə çevrilib. Hepatit B-də hələ bütün hallarda tam sağalma mümkün deyil, lakin xəstəliyə nəzarət imkanları çox güclüdür. Yüksək müqavimət baryerinə malik preparatlar — tenofovir (TDF və ya TAF) və entecavir virusun çoxalmasını effektiv şəkildə boğur, gündəlik qəbul edilir və uzunmüddətli müalicə ilə xəstəliyin inkişafının qarşısını almağa kömək edir. Bu, sirroza keçid riskini azaldır və qaraciyər xərçəngi riskinin əhəmiyyətli dərəcədə azalmasına kömək edə bilər. 2024-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının hepatit B üzrə təlimatlarını yenilədi. Bu yeniliklər çərçivəsində müalicəyə başlama meyarları sadələşdirildi və genişləndirildi. Nəticədə daha çox xəstənin erkən mərhələdə müalicəyə cəlb edilməsi mümkün olub. Nəticədə mənzərə tamamilə dəyişib: hepatit C yüksək effektivliklə sağaldıla bilən, hepatit B isə uzunmüddətli müalicə və nəzarətlə idarə olunan xəstəliyə çevrilib. Hepatit C müalicə olunaraq sağaldıqda qaraciyər iltihabı azalır, erkən mərhələdə olan fibroz hallarında isə geriləmə müşahidə oluna bilər.

- Hepatit diaqnozu qoyulan xəstələr müalicəyə nə vaxt başlamalıdırlar? Müalicənin gecikdirilməsi hansı fəsadlara səbəb ola bilər?

- Hepatit C-də cavab ümumilikdə aydındır. Xroniki infeksiyası təsdiqlənən bütün xəstələr demək olar ki, müalicəyə mümkün qədər tez başlamalıdırlar. Qaraciyərin ciddi zədələnməsini gözləməyə ehtiyac yoxdur. Əksinə, müalicə nə qədər erkən aparılarsa, sirroz və qaraciyər xərçəngi riskinin qarşısını almaq imkanları bir o qədər yüksək olar. Hepatit C-də “gözləyək, müşahidə edək” yanaşması əksər hallarda məqsədəuyğun deyil. Lakin müalicəyə başlama qərarı həkim tərəfindən xəstənin klinik vəziyyəti və müayinələrin nəticələri nəzərə alınmaqla verilməlidir. Hepatit B-də vəziyyət bir qədər fərqlidir. Xroniki hepatit B infeksiyası olan bütün şəxslər dərhal preparat qəbul etməyə başlamırlar. Qərar virus yükündən, qaraciyər fermenti ALT-nin səviyyəsindən, fibroz dərəcəsindən, xəstənin yaşından, yanaşı xəstəliklərindən və ailə tarixçəsindən asılıdır. Amma bu qərarı mütləq mütəxəssis verməlidir və müalicə almayan xəstə də müntəzəm tibbi müşahidədə qalmalıdır. Sirrozu, HİV və ya hepatit D ilə koinfeksiyası, yaxud ailəsində qaraciyər xərçəngi olan xəstələrdə müalicəyə başlama məsələsi xüsusi diqqətlə qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatının 2024-cü il təlimatları daha çox xəstənin müalicəyə cəlb olunmasına imkan verən meyarları genişləndirib. Müalicənin gecikdirilməsi ciddi təhlükə daşıyır. Zədələnmə səssiz getdiyi üçün xəstə özünü yaxşı hiss edə bilər, halbuki qaraciyərdə fibroz artır və zamanla sirroza çevrilə bilər. Sirroz mərhələsində qarında maye toplanması (assit), qida borusu venalarından qanaxma və şüurun pozulması (ensefalopatiya) kimi ağırlaşmalar meydana çıxa bilər. Daha ağır mərhələdə qaraciyər xərçəngi inkişaf edə bilər. Qeyd edim ki, virus hepatitləri qaraciyər xərçənginin əsas səbəblərindən biridir. Sirroz və ya xərçəng inkişaf etdikdən sonra müalicə çətinləşir və proqnoz pisləşir. Bundan başqa, müalicə və müvafiq nəzarət olmadan infeksiyanın başqalarına ötürülməsi riski də davam edə bilər.

- Həkim, müalicəsini uğurla başa vuran hepatit xəstələri üçün sonrakı müşahidə prosesi necə aparılır? Təkrar yoluxma və ya xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün hansı tövsiyələri verərdiniz?

- Müalicənin uğuru müşahidənin hər zaman başa çatması demək deyil. Hepatit C-də sağalma müalicə bitdikdən 12 həftə və ya daha sonra HCV RNT testi ilə təsdiqlənir. Bu, davamlı virusoloji cavabın (SVR12) əldə edildiyini və virusun müalicə ilə aradan qaldırıldığını göstərir. Buna baxmayaraq, iki mühüm məqama diqqət etmək lazımdır. Əgər xəstədə sağalmadan əvvəl artıq irəliləmiş fibroz və ya sirroz var idisə, virus aradan qaldırılsa belə, qaraciyər xərçəngi riski tamamilə aradan qalxmır. Buna görə də bu xəstələrdə mütəxəssisin tövsiyəsinə əsasən, adətən, hər 6 aydan bir qaraciyərin ultrasəs müayinəsi aparılır və zərurət olduqda AFP testi də qiymətləndirilir. Digər məqam odur ki, hepatit C-dən sağalmaq davamlı immunitet yaratmır, insan yenidən hepatit C virusuna yoluxa bilər. Buna görə steril olmayan alətlərdən və iynə paylaşmaqdan uzaq durmaq, riskli təmaslardan qorunmaq, immuniteti yoxdursa, hepatit A və B-yə qarşı peyvənd olunmaq vacibdir. Hepatit B-də müşahidə daha davamlıdır. Bir çox xəstədə müalicə uzunmüddətli, bəzən isə ömürlük davam etdirilir. Buradakı ən böyük risk preparatı özbaşına dayandırmaqdır. Bu, virusun yenidən aktivləşməsinə və qaraciyərin kəskin şəkildə zədələnməsinə səbəb ola bilər. Ona görə müntəzəm nəzarət virus yükü, ALT və qaraciyərin vəziyyətinin qiymətləndirilməsi mütləqdir. Xüsusən sirrozu və ya ailəsində qaraciyər xərçəngi olan xəstələrdə qaraciyər xərçənginin erkən aşkarlanması məqsədilə müntəzəm, adətən, hər 6 aydan bir müşahidə davam etdirilir. Hər iki qrup üçün ümumi tövsiyələrim var. Alkoqoldan uzaq durmaq vacibdir, çünki alkoqol qaraciyər zədələnməsini sürətləndirə bilər. Artıq çəkidən qorunmaq lazımdır, çünki qaraciyərin piylənməsi əlavə yük yaradır. Həkimlə məsləhətləşmədən çoxsaylı dərmanlar və “bitki mənşəli” əlavələr qəbul etməyin, çünki onların bir qismi qaraciyər üçün zərərli ola bilər. Nəhayət, müntəzəm tibbi müşahidə cədvəlinə riayət etmək vacibdir. Sağalmış və ya nəzarətdə saxlanılan qaraciyər davamlı diqqət və qayğı tələb edir.

Müxbir - Günel Türksoy

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

“İMZA” fəaliyyət istiqamətlərini genişləndirir

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

NİİM: Bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb

Dünya çempionatı: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik