HƏŞTƏRXANDA RUSİYANIN XƏZƏRYANI ÖLKƏLƏRDƏKİ SƏFİRLƏRİNİN MÜŞAVİRƏSİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 19-20-də Həştərxanda Rusiyanın Xəzəryanı ölkələrdəki səfirlərinin “Rusiyanın Xəzərdəki maraqları və bu maraqların digər Xəzəryanı dövlətlərlə əməkdaşlıq şəraitində reallaşdırılması yolları” mövzusunda müşavirəsi keçiriləcəkdir.
Müşavirəyə Rusiya Federasiyası xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin sədrlik edəcəkdir. Tədbirdə Rusiyanın Azərbaycan, İran, Qazaxıstan və Türkmənistandakı səfirləri, Rusiya XİN-in mərkəzi aparatının və Həştərxan vilayəti administrasiyasının rəhbər işçiləri, Rusiya XİN-in RF-nin bir sıra subyektlərindəki nümayəndələri iştirak edəcəklər.