Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Heydər Əliyev adına Bakı neft emalı zavodunun 60 illik yubileyi qeyd edilmişdir

Bakı, 19 avqust (AZƏRTAC). Avqustun 19-da Heydər Əliyev adına Bakı neft emalı zavodunun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin zavodun həyətində ucaldılmış abidəsinin önünə tər çiçəklər qoymuş, xatirəsini ehtiramla yad etmişlər.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev zavodun tədrici kokslaşma qurğusuna baxış keçirmiş və qurğuda yeni layihə olan kompressor stansiyasını işə salmışdır.

Sonra tədbir zavodun mədəniyyət evində davam etdirilmişdir.

Zavodun baş direktoru Elman İsmayılov bildirmişdir ki, istismara buraxılma tarixi 50-ci illərə təsadüf edən bu müəssisə 60-cı illərdən başlayaraq keçmiş Sovet İttifaqının, həmçinin respublikamızın əsas aparıcı istehsalat sahələrindən hesab edilməklə xalq təsərrüfatının bütün sahələrində inkişafında misilsiz xidmətlər göstərmişdir. Ötən əsrin 60-cı illərinin sonlarında dahi şəxsiyyət Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başlaması zavodun inkişafının ikinci mərhələsinin əsasını qoymuşdur. Bu dövrdə Ümummilli Liderin neft sənayesinin inkişafına göstərdiyi böyük qayğı nəticəsində zavodun modernləşdirilməsi proqramında nəzərdə tutulmuş texnoloji qurğular bir-birinin ardınca tikilib istifadəyə verilmişdir. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə 1976-cı ildə hazırda zavodda istismarda olan, 6 milyon ton məhsuldarlığa malik ED-AVQ-6 qurğusu tikilib istismara buraxılmışdır.

Vurğulanmışdır ki, avtomobil benzinlərinin keyfiyyətində böyük dönüş yaratmış katalitik riforminq qurğusunun layihəsi 1980-ci ilin dekabrında ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və köməyi ilə ABŞ-ın “UOP” firmasının texnologiyası əsasında Fransanın “Litvin” firması tərəfindən yerinə yetirilmişdir. Məhsuldarlığı ildə bir milyon ton, oktan ədədi tədqiqat üsulu ilə 100 olan yüksək oktanlı benzin komponenti istehsal edən katalitik riforminq qurğusu vaxtaşırı olaraq avadanlıqların yenilənməsi, baş mütəxəssislərin səyi və yüksək texniki personalın fəaliyyəti sayəsində artıq 33 ildir istismardadır.

Qeyd olunmuşdur ki, ötən il zavodda 5737,2 min ton xammal emal edilmişdir. Bunlardan 4002,5 min ton xam neft, 1726,7 min ton “Azərneftyağ” neft-emalı zavodundan qəbul edilən yarımfabrikat və 8 min tona yaxın “Azərikimya” İstehsalat Birliyindən daxil olan ağır piroliz qətranı olmuşdur. Emal olunmuş xammalın tərkibində neftin həcmi 69,8 faiz təşkil etmişdir.

Cari ilin birinci yarısında isə zavodda 2147,5 min ton neft və 926,3 min ton kənardan daxil olan yarımfabrikat, ümumilikdə 3073,8 min ton xammal emal edilmişdir. Ümumi daxil olan xammala görə emal tapşırığı zavod üzrə 102,2 faiz icra edilmişdir.

Hesabat dövründə neft məhsullarının ümumi çeşidləri üzrə istehsal planı 102,4 faiz yerinə yetirilmişdir. Neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 224,3 min ton çox olmuş, bu göstərici üzrə artım 9,2 faiz təşkil etmişdir.

Cari ilin əvvəlindən indiyədək müəssisədə ötən ilin müvafiq dövrü ilə müqayisədə 247,3 min ton çox ümumi xammal emal edilmişdir. Bu göstərici üzrə artım 8,7 təşkil etmişdir. Zavodda ötən ilin müvafiq dövrü ilə müqayisədə emal dərinliyi 2,6 faiz artmışdır.

Xam neftin emalı nəticəsində zavodda 15 adda neft məhsulları istehsal olunur. Eyni zamanda, müəssisə respublikamızın yanacaq məhsuluna olan daxili tələbatını tam ödəyir. Satılan məhsulların 30 faizdən çoxu isə xarici ölkələrə ixrac edilir. Ümumiyyətlə, zavodun 60 illik fəaliyyəti ərzində burada 308 milyon ton müxtəlif çeşidli xam neftin emalı aparılmışdır.

Bildirilmişdir ki, dünyada neftin səmərəli emal olunmasını xarakterizə edən əsas göstərici - neftin emal dərinliyinin artmasıdır. Hazırda zavod bu göstərici üzrə 2006-cı ildəki 61 faizlik həddi aşaraq, cari ilin əvvəlində 92 faizə çatdırılmışdır.

Hazırda zavodda işçilərin orta aylıq əmək haqqı 700 manat təşkil edir. Son illərdə müəssisənin 500 nəfər işçisi “Neftayıranlar məhəlləsi”ndə onlar üçün inşa olunmuş 7 yaşayış binasında yeni mənzillərlə təmin edilmişdir.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək bildirmişdir ki, Heydər ƏIiyev adına Bakı neft emalı zavodu təkcə ölkənin sosial-iqtisadi inkişafında deyil, o cümlədən Nizami rayonunun da iqtisadiyyatında aparıcı mövqeyə malikdir. İcra hakimiyyətinin başçısı zavodun kollektivini əlamətdar yubiley münasibətilə təbrik etmiş və onlara daha böyük uğurlar arzulamışdır.

Sonra çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev qeyd etmişdir ki, hazırda ölkəmizdə yeni neft və qaz strategiyasının reallaşması istiqamətində mühüm işlər görülür, layihə və proqramlar həyata keçirilir. Bütün bu işlərdə Heydər Əliyev adına Bakı neft emalı zavodunun da öz yeri vardır. 1953-cü ildən indiyədək böyük təkamül yolu keçmiş zavod bu gün özünün nəhəng, müasir qurğuları ilə əhatə olunmuş, gündən-günə abadlaşan, yeniləşən sənaye kompleksinə çevrilmişdir.

Tədbirdə Heydər Əliyev adına Bakı neft emalı zavodunun 60 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə neft sənayesindəki səmərəli fəaliyyətlərinə görə təltif olunmuş işçilərə “Şöhrət” ordeni (bir nəfər), “Tərəqqi” medalı (beş nəfər) və “Əməkdar mühəndis” fəxri adı (bir nəfər) təqdim edilmişdir.

Sonda zavodun kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

Cənubi Kaliforniyada atışma zamanı 2 nəfər ölüb

Müdafiə Nazirliyi: Türkiyə ordusu hadisələrin istənilən inkişafına hazırdır

Tədqiqat: Uzunmüddətli tənhalıq yaşlı insanlarda insult riskini artıra bilər

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq VİDEO

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib VİDEO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

Azərbaycan alimi İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib

Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq müzakirə edilib

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib

Xalq artisti Mərahim Fərzəlibəyovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Nazir: İkili ixtisası olan müəllimlər hər iki fəndən sertifikasiyaya cəlb olunacaqlar

Araz çayında suyun səviyyəsi artıb VİDEO

Emin Əmrullayev: Məktəb direktoru və müavinləri də sertifikatlaşdırma prosesindən keçməlidirlər

İslamabad abadlıq üzrə Bakının təcrübəsindən faydalanacaq

UEFA Regionlar Kuboku: Azərbaycan çempionunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Ağsuda vətəndaşlarla görüşəcək

“Sənət sevgi ilə işlənən zaman daha gözəl olur” FOTO VİDEO

Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir

Nazir: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqının 1295 manata çatması ehtimal olunur