Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV AZƏRBAYCANDA YAŞAYAN BÜTÜN XALQLARIN LİDERİDİR

AZƏRTAC xəbər verir ki, mayın 1-də Səbail Rayon İcra Hakimiyyəti “Sodrujestvo” Azərbaycan Xalqlarının Respublika Həmrəylik Cəmiyyəti ilə birgə rayonda yaşayan 10-dan çox müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş yığıncaq keçirmişdir.

Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesində qoyulmuş büstü önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla anmışlar.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov 1969-cu il iyulun 14-də xalqımızın xilaskar oğlu Heydər Əliyevin hakimiyyətə ilk gəlişi ilə müasir Azərbaycan dövlətinin formalaşmasının başlanğıcının qoyulduğunu, ulu öndər Heydər Əliyevin ölkəmizin mədəni, sosial, iqtisadi inkişafı ilə yanaşı, milli münasibətlərin dostluq, qardaşlıq prinsipləri əsasında davam etdirilməsinə də nail olduğunu diqqətə çatdırmışdır.

S.Ələkbərov milliyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün xalqların həqiqi lideri olmuş, əməlləri ilə onların yaddaşlarında əbədi iz qoymuş ulu öndərin ölkəmizə rəhbərlik etdiyi 34 il müddətində gördüyü işlərdən, respublikada müxtəlif xalqlar arasında qurulmuş dostluq və qardaşlıq münasibətlərindən danışmışdır. Diqqətə çatdırılmışdır ki, ümummilli lider Heydər Əliyev bütün xalqların nümayəndələrinə eyni diqqət və qayğı göstərmişdir.

Yığıncaqda çıxış edən Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, “Sodrujestvo” Azərbaycan Xalqlarının Respublika Həmrəylik Cəmiyyətinin sədri Tatyana Kərimova, T.Şevçenko adına Ukrayna İcmasının sədri Aleksandr Zareçnıy, “Samur” Ləzgi Cəmiyyətinin sədri Şair Həsənov, “Tuqan-Tel” Tatar Mədəniyyət Cəmiyyətinin sədri Gülcan Məsoutova, Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov, Bakı və Xəzəryanı bölgəsi yeparxiyanın mətbuat katibi, protoierey Konstantin və başqaları iftixar hissi ilə vurğulamışlar ki, əsrlər boyu onlarla millətin nümayəndələri Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Suveren, demokratik ölkənin vətəndaşları kimi bütün hüquqlara malik olan bu xalqlar öz mədəniyyətlərini, dillərini və ənənələrini qoruyub inkişaf etdirirlər. Bu, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində mümkün olmuşdur. Hazırda bu siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir.

Bildirilmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev bir müddət hakimiyyətdə olmuş naşı siyasətçilər tərəfindən qısa zaman kəsiyində uzun illər müxtəlif xalqlar və dövlətlər arasında yaranmış əlaqələrin qırılmasına və münasibətlərin pisləşməsinə səbəb olan siyasətə son qoymuş, Rusiya, Ukrayna, Belarus və bir sıra keçmiş sovet respublikaları, dünyanın digər aparıcı dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsinə, xalqlar arasında dostluq münasibətlərinin bərpasına nail olmuşdur.

Milli azlıqların nümayəndələri demişlər ki, onlar özlərini Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşları hesab edirlər. Ölkəmizin, xalqımızın problemləri onları da eyni dərəcədə narahat edir. Respublikamızda milli-dini zəmində diskriminasiya, qarşıdurma, ayrı-seçkilik halları yoxdur. Azərbaycanda milli azlıqların öz məktəb, kitabxana, məscid, kilsə, sinaqoq, teatr, qəzetləri vardır, onlar dövlət strukturlarında, ictimai təşkilatlarda, seçkili orqanlarda təmsil olunurlar. Bütün bunlar üçün, ilk növbədə, ulu öndər Heydər Əliyevə borclu və minnətdardırlar. Məhz dahi şəxsiyyət Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi 34 illik bir dövrdə milli azlıqların problemlərini elə incə, köklü və hərtərəfli şəkildə, nadir formada həll etmişdir ki, hətta bir sıra inkişaf etmiş Avropa ölkələri bu təcrübədən öyrənir və bəhrələnirlər.

Xüsusi vurğulanmışdır ki, Prezident İlham Əliyev ulu öndərimizin kursunu davam etdirərək ölkədə yaşayan bütün xalqların nümayəndələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılması, azsaylı xalqların mədəniyyətlərinin inkişafı üçün böyük işlər görür. Onun uğurlu xarici siyasəti nəticəsində Azərbaycan bir çox yaxın və uzaq dövlətlərlə dostluq münasibətlərini möhkəmləndirmişdir.

Yığıncaqda milli azlıqların nümayəndələri adından ölkədə yaşayan bütün xalqlara müraciət qəbul edilmişdir. Yığıncaq iştirakçıları onları qarşıdan gələn prezident seçkilərində doğma xalqının müstəqil yaşamaq hüququna malik olduğunu bütün dünyaya sübut edən ulu öndərin uzaqgörən siyasətinin layiqli davamçısı, ölkəmizin bu günu və gələcəyi naminə var qüvvəsi ilə çalışan İlham Heydər oğlu Əliyevə səs verməyə çağırmışlar.

Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib