Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev və Azərbaycan diasporu

Bakı, 10 may, AZƏRTAC

“Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqlar. Təbiidir ki, bu sahədə beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan diasporuna da böyük ehtiyacımız var”. Ulu öndər Heydər Əliyevin bu fikirləri səsləndirdiyi Dünya Azərbaycanlılarının I Qurultayından tam 20 il ötür...

Xalqımız və dövlətimiz qarşısında, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri danılmazdır.

Bu fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun “Heydər Əliyev və Azərbaycan diasporu” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Ulu Öndər müstəqilliyin ilk illərində ölkədə davam edən siyasi hərc-mərcliyin öhdəsindən gəlməklə yanaşı, həm də dövlətimizin dünya birliyində özünəməxsus layiqli yer tutmasına nail oldu. Bütün sahələrdə ardıcıllıqla aparılan islahatlar, Azərbaycanın siyasi-iqtisadi potensialının gücləndirilməsi böyük tarixi hadisələrlə müşayiət olundu.

- “Əsrin müqaviləsi”nin bağlanması;

- Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi;

- Ölüm hökmünün ləğv edilməsi və digər ölkə əhəmiyyətli məsələlər məhz Ümummilli Liderin adı ilə bağlıdır.

Ulu Öndər Azərbaycan dövlətçiliyinin milli və bəşəri dəyərlərə əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırladı. O konsepsiya ki, bu gün onun sayəsində Azərbaycan dövləti müstəqil, qüdrətli və müasir dövlət kimi dünyada öz yerini tutub. Diaspor siyasəti də həmin dövlətçilik siyasətinin çox mühüm hissəsini təşkil edirdi.

Ötən 20 il və icmadan diaspor quruculuğuna

Azərbaycan diasporunun formalaşma dövrü 20-ci əsrin əvvəllərindən başlayır - çar Rusiyası zamanından, daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə davam edən azərbaycanlıların mühacirət həyatı sonralar əsasən Türkiyədə, Avropa ölkələrində və Amerika Birləşmiş Ştatlarında icmamızın formalaşmasına gətirib çıxarmışdı. Rusiya, MDB ölkələrində isə SSRİ vaxtlarında tələbə və əmək miqrantlarının hesabına yaranmış Azərbaycan diasporu sonralar, əsasən də Rusiyada güclənərək böyük bir qüvvəyə çevrildi. Avropa və Amerikaya köç dalğasının növbəti mərhələsi isə sovet hakimiyyətinin dağılması, sərhədlərin açılması ilə xarici ölkələrə başlayan axın zamanı müşahidə olunur. O vaxtadək əsasən Türkiyə və Cənubi Azərbaycandan olan soydaşlarımızdan formalaşmış diasporumuzda artıq Azərbaycan Respublikasından köçən həmyerlilərimizin də sayı artmağa başladı. Ermənistanın təcavüzü və torpaqlarımızın işğalı dövrünə təsadüf edən həmin illərdə yenidən Azərbaycanda rəhbərliyə gəlmiş ulu öndər Heydər Əliyev beynəlxalq ictimaiyyətin ölkəmizin problemlərinə biganəliyi fonunda soydaşlarımızın dünyadakı səsimiz ola biləcəyinin gerçəyini təbliğ edərək bu istiqamətdə atılan addımları dövlət siyasəti xəttinə çevirdi. Onun dövlət başçısı kimi bütün xarici səfər proqramlarına mütləq həmin ölkədə yaşayan Azərbaycan icması ilə görüşlər daxil edilirdi. Həmyerlilərimizlə ayrıca xoş ab-hava, isti münasibətlərə köklənmiş bütün görüşlərində onları yaşadıqları ölkəyə inteqrasiya ilə yanaşı tarixi Vətənlərini də unutmamağa, onun dərdinə biganə qalmamağa, azərbaycançılıq ideologiyası ətrafında birləşməyə çağırırdı. Məhz həmin illərdən başlayan azərbaycanlıların təşkilatlanması 2001-ci ildə müstəqil Azərbaycanın, eləcə də bütün dünya azərbaycanlılarının həyatında tarixi hadisə kimi yadda qalan Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə davam etdi.

Məhz həmin Qurultayda Ümummilli Lider Azərbaycan diasporunun güclənməsi üçün istiqamətlər müəyyənləşdirdi və tövsiyələrini verdi. O deyirdi: “Biz hamımız çox iş görməliyik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər, iqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər, həmin ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər”. Beləliklə də müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, problemlərimizin həllinə yardım etsinlər. Bu prioritetlər nəzərə alınaraq elə həmin qurultayda diasporla çalışan dövlət qurumunun - Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə qərar verildi, bir neçə ay sonra isə Prezidentin müvafiq Fərmanı ilə Komitə yaradıldı. Bu gün geriyə nəzər salıb, qətiyyətlə deyə bilərik ki, bizim xaricdə möhkəm, sağlam dayaqlarımız təşəkkül tapıb. Təbii ki, Azərbaycan dövlətinin, onun güclü, iradəli və vətənpərvər rəhbərliyinin sayəsində. Diasporla İş üzrə Dövlət Komitəsi də güclənən Azərbaycan dövlətçiliyinin bir budağı, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizi birləşdirən, varlığımıza birlik gətirən bir həmrəylik mərkəzidir.

Ulu Öndərin diaspor siyasətinin uğurlu davamı

Ümummilli Liderin əsasını qoyduğu strategiya bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə, o cümlədən diaspor sahəsində uğurla davam etdirilir.

- 2008-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə xarici ölkələrdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradıldı;

- Ölkə başçısının birbaşa göstərişi və qayğısı ilə Dünya Azərbaycanlılarının II, III, IV qurultayları keçirildi;

- 2018-ci il iyulun 6-da Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı;

- Onlarla diaspor nümayəndəsi “cümhuriyyətin 100 illiyi” medalı ilə təltif edildi;

- “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi;

- “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası” təsdiq olundu.

Bütün bunlar dövlətimizin, Prezident İlham Əliyevin Azərbaycan diasporuna diqqətinin bariz nümunəsidir.

Müasir Azərbaycan diasporunun formalaşması və çevikliyində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti və dəstəyi xüsusi qeyd edilməlidir. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən “Qarabağ” adlı Azərbaycan məktəbləri, Xocalı soyqırımının tanıdılması istiqamətində həyata keçirilən layihə və tədbirlər soydaşlarımızın təşkilatlanması, ümummilli məsələlərdə birliyinin təmin olunması baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Hansı ki, biz bu birliyi, mütəşəkkilliyi həm COVID-19 dövründə, həm də ermənilərin Tovuz təxribatları dövründə, eləcə də Vətən müharibəsi zamanı aydın şəkildə gördük.

Birlik, azərbaycançılıq ideologiyasının təşəkkülü

Diaspor sahəsində Azərbaycan dövlətinin siyasətini həyata keçirən qurum diasporumuzun formalaşmasından tutmuş təşkilatlanmasınadək mühüm işlər görüb, ölkədən kənarda səsimizə səs verən həmvətənlər birliyinin yaradılmasına çalışıb. Ötən illər ərzində Ulu Öndərin birlik və azərbaycançılıq ideologiyası əsasında quruculuq işləri davam etdirilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin haqq səsinin çatdırılması istiqamətində torpaqlarımızın işğal günlərində və vacib tədbirlərdə xaricdə yaşayan soydaşlarımız birlik, həmrəylik nümayiş etdirib, haqq səsimizi dünya ölkələrinə çatdıra biliblər. Yəni tədricən və mərhələ-mərhələ Ümummilli Liderin diaspor sahəsindəki ideoloji xətti və gələcəyə hesablanan strategiyası həyata keçirilib.

Son illərdə isə diaspor səsimiz daha da güclənib, birliyimiz möhkəmlənib, həmvətənlərimizin həmrəylik istəkləri gerçək inam, etimad və adi səmimiyyət müstəvisinə keçib, şəraitdən asılı olmayaraq dayanıqlı, davamlı fəaliyyət istiqaməti müəyyənləşib, bizi birləşdirən dəyərlərə münasibət birmənalı forma çərçivəsində təkmilləşib. Xüsusilə, pandemiya və Vətən müharibəsindəki qələbəmizlə tarixə yazılan 2020-ci ildə diasporumuzun bir yumruq kimi birləşərək dövlətimizə dəstəyi görülmüş işlərin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.

Eyni zamanda, son 3 ildə yaradılan koordinasiya şuraları, Azərbaycan evləri kimi mərkəzləşdirilmiş təsisatlar sadalanan yeniliklərin əməli nümunəsi, konkret hədəflərə istiqamətlənmiş yeni münasibətlərin təməlidir.

Bu gün də dünyadakı soydaşlarımızın birliyi və həmrəyliyi Azərbaycan diasporunun əsas fəaliyyət istiqamətlərindən biridir. İlk dəfə 30 il əvvəl 1990-cı ilin 20 Yanvar hadisələri zamanı böyük birlik nümayiş etdirən diasporumuz yenidən 30 il sonra “dəmir yumruq” kimi birləşərək milli məsələlərdə dövlətimizin yanında olduğunu nümayiş etdirdi. Vətən müharibəsində böyük Zəfərə aparan yol elə 20 il əvvəldən başlamışdı, desək yanılmarıq. Dünya azərbaycanlılarının ilk Qurultayında Heydər Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyü bərpa olunmasında beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan diasporuna da böyük ehtiyacımız olduğunu qeyd edirdi. Tarixi şərait yetişdi və ordu-dövlət-xalq-diaspor vəhdəti ilə biz torpaqlarımızı düşmən tapdağından azad etməyə nail olduq. Ulu Öndərin diaspor işi ilə bağlı yaratdığı strateji yol xəritəsi Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla zamanın siyasət müstəvisinə yönəldildi və icra olundu.

Səmimiyyətlə qeyd edə bilərik ki, Azərbaycan diasporunun, əsası Ulu Öndər tərəfindən qoyulmuş mənəvi birliyi son 3 ildə yüksək etimad, inamlı münasibətlər müstəvisində möhkəmlənib, 2020-ci ildə ən yüksək zirvəsinə çatıb.

Yeni fəaliyyət prinsipləri, müasir şəraitin qiymətləndirilməsi

Əvvəlki illərdən fərqli olaraq dünya və ölkəmiz üçün tarixi il kimi səciyyələndirilən 2020-ci il diasporumuzun da həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan diasporu kifayət qədər mütəşəkkillik göstərdi. Bu mütəşəkkilliyin əsasında təbii ki, dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqəti, qayğısı dayanır. Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, çalışırıq ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı dövlətimizin, dövlətimizin başçısının qayğısını hiss etsin.

“Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi, “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası”nın təsdiqi və s. dövlətimizin Azərbaycan diasporuna diqqətinin daha bir bariz nümunəsi oldu.

Ümumiyyətlə, müasir Azərbaycan diasporunun formalaşması və çevikliyində Heydər Əliyev Fondunun, Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti xüsusi qeyd edilməlidir. Məhz Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən “Qarabağ” adlı Azərbaycan məktəbləri, Xocalı soyqırımının tanıdılması istiqamətində həyata keçirilən layihə və tədbirlər soydaşlarımızın təşkilatlanması, ümummilli məsələlərdə birliyinin təmin olunması baxımından olduqca böyük əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən, istər Prezident İlham Əliyev, istərsə də çox hörmətli Mehriban xanım Ordumuzun Vətən müharibəsində qazandığı davamlı qələbələrlə bağlı çıxışlarında, müraciətlərində dəfələrlə Azərbaycan diasporunun, xaricdə yaşayan soydaşlarımızın da fəaliyyətini yüksək qiymətləndirib, onları təbrik ediblər. Bütün bunlar diasporumuza xüsusi stimul verir, soydaşlarımız bunu çox böyük sevinc və fərəh hissi ilə qarşılayırlar.

Dövlətimizin başçısı və Birinci vitse-prezident tərəfindən soydaşlarımıza göstərilən diqqət və qayğı, verilmiş tövsiyələr birliyi, birgə fəaliyyəti tövsif edir. Bu istiqamətdə 2018-ci ilin aprel ayından başlanan işlər əsasında artıq 25 ölkəni, 121 diaspor təşkilatını əhatə edən 11 Koordinasiya Şurası fəaliyyət göstərir. Artıq 10 ölkədə 12 Azərbaycan evi var və bu işlər davam etdirilir.

2020-ci ildə Ermənistanın Tovuz təxribatları zamanı ilk dəfə, siyasi məfkurəsindən asılı olmayaraq hər kəs milli birlik və həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin, Ordusunun yanında olduğunu bəyan etdi, soydaşlarımız, diaspor təşkilatları dünyanın 30-dan çox ölkəsində 70-dən artıq etiraz aksiyası keçirdi. Bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız, eləcə də dost xalqların - Türkiyə, İsrail, Pakistan, Ukrayna və digər xalqların nümayəndələri iştirak etdilər. Diasporumuz Ermənistanın Tovuz təxribatı zamanı daha da möhkəmləndi və torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsi dövründə özünün indiyə qədərki ən yüksək zirvəsinə çatdı, deyə bilərik.

44 günlük hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız siyasi görüşündən, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərdi. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaralanan, evləri dağılan dinc sakinlərə maddi, humanitar yardımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkkillik və fədakarlıq ortaya qoydu: beynəlxalq təşkilatlara bəyanatlar göndərildi, yaşadıqları ölkələrin dövlət nümayəndələri ilə görüşlər keçirildi, küçələrə Azərbaycan həqiqətlərini əks etdirən afışa və posterlər yerləşdirildi, müxtəlif dillərdə məqalələr hazırlanıb xarici mediada yayımlandı. Ümumilikdə Ermənistanın Tovuz təxribatından sonra diaspor təşkilatları 60 ölkədə 32 dildə 535 məqalə dərc etdirib. Eyni zamanda, Tovuz təxribatları, Ermənistanın işğalçılıq siyasəti, Ordumuzun torpaqlarımızın bütövlüyü uğrunda apardığı hərbi əməliyyatlarla bağlı həqiqətləri əks etdirən müxtəlif dillərdə minlərlə məktub dünyanın aparıcı siyasətçilərinə və ABŞ konqresmenlərinə göndərilib. Xaricdəki soydaşlarımız gecə-gündüz sosial şəbəkələrdə Azərbaycanın maraqlarını müdafiə edərək ermənilər və onların havadarları ilə informasiya müharibəsi aparır.

Nəticədə bir sıra ölkələrin sakinləri erməni təcavüzündən daha çox xəbərdar olub, erməni diasporunun fəaliyyət səmərəliliyi azalıb və Azərbaycan haqqında saxta xəbərlərin yayılmasının qarşısı alınıb.

Azərbaycan diaspor hərəkatı gəncləşir

Ulu Öndər hər zaman gənclərə böyük dəyər verir, onları gələcəyimiz adlandırırdı. Ümummilli Liderin sözləri ilə desək: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir”. Bəli gənclərimizin milli ruhda tərbiyə olunmasının nəticəsidir ki, bu gün gənclər dövlətimizin, Vətənimizin yanındadır, harada olsalar da, Vətəni layiqincə təmsil edirlər.

Bütün sahələrdə olduğu kimi, diaspor sahəsində də gözləntilərin, ümidlərin daha çox olduğu təbəqə gənclərdir. Ölkəmizin dünyadakı mövqeyinin daha da möhkəmləndirilməsində, həqiqətlərin təbliğində, ölkəmiz və xalqımız haqqında müsbət təəssüratın, ədalətli mövqenin formalaşdırılmasında ən çox məsuliyyət gənclərin üzərinə düşür. Bu gün gənclərin sayəsində Azərbaycan sözü dünyada daha çox səslənir.

Prezident İlham Əliyev də gənclərə xüsusi diqqət və qayğı ilə yanaşır. Prezident gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Azərbaycan diaspor hərəkatında başlayan yeni mərhələnin əsasında da gənclərin bir araya gəlməsi, vahid platformada birləşməsi dayanır. Ölkə rəhbərliyinin tapşırıqları və Heydər Əliyev Fondunun dəstəyi əsasında bu istiqamətdə ardıcıl işlər görülür, davamlı layihələr həyata keçirilir. Xaricdə yaşayan gənclər də öz növbəsində bu birliyə böyük həvəs göstərir və Azərbaycan diasporunun fəal üzvü olmağa can atırlar.

Dünyada yaşayan azərbaycanlı gənclərin birliyindən, şəbəkələşməsindən danışarkən, son illər ərzində həyata keçirilən tədbirlərin ən vaciblərindən biri kimi Diaspor Gənclərinin Yay Düşərgəsi qeyd etmək olar. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ilk dəfə 2018-ci il 22-28 avqust tarixlərində Şəki şəhərində keçirilən düşərgə Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinə həsr olunmuşdu. Düşərgədə ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, İsrail, bir sözlə, 37 ölkədən 140 gənc iştirak etmişdir.

Düşərgənin uğurlu yekunu isə “Azərbaycan Diaspor Gəncləri”nin əsasının qoyulması oldu. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin koordinasiyalı fəaliyyətinin təmin edilməsi və s. kimi məsələləri qarşısına məqsəd qoyan təşkilat 35-dən çox ölkədən 50-dən çox fəal azərbaycanlı gənci ətrafına topladı ki, bunu da xaricdə yaşayan gənclərimizin şəbəkələşməsində növbəti bir addım hesab etmək olar.

Diaspor Gənclərinin “Nəsimi 650” adı altında keçirilən II Yay Düşərgəsi də müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gəncləri bir araya gətirir. Burada 51 ölkə yaşayan gənclər bir araya gəldilər. Ümid edirəm ki, II Yay düşərgəsi xaricdə yaşayan azərbaycanlı gənclərin dövlətimiz, Vətənimiz, milli-mənəvi dəyərlərimiz ətrafında, xaricdə yaşayan gənclərimizin milli və dövlətçilik maraqları ətrafında birləşməsində növbəti bir addım olacaqdır.

Təbii ki, xaricdə yaşayan soydaşlarımızla, gənclərlə davamlı işlər aparılır. Hər bir addımımız dünya azərbaycanlılarının şəbəkələşməsinə, azərbaycançılıq ideologiyasının təbliğinə və soydaşlarımızın Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Hər bir azərbaycanlı vətəndaşlığından, harada yaşamasından asılı olmayaraq bilməlidir ki, onun arxasında güclü, qüdrətli və müstəqil Azərbaycan dövləti dayanıb. Çalışırıq ki, bunu xaricdə olan hər bir soydaşımız hiss etsin, problemlərini bizimlə bölüşsün və sair. Bunun üçün geniş imkanlar yaradılıb. Diaspor TV, Diaspor FM fəaliyyət göstərir, üç dildə aktiv sayt, sosial şəbəkə səhifələri var. Virtual olaraq çevik əlaqə imkanları tam təmin edilib. Bütün bunlar, bir daha deyirəm, xaricdə yaşayan soydaşlarımız üçündür.

- Bu gün dünyanın müxtəlif ölkələrində diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə Azərbaycanlıların Koordinasiya şuraları yaradılıb. Ümumilikdə 11 Koordinasiya şurası təsis edilib və bunlar 25 ölkəni əhatə edir.

- İsveçrə, İsveç, Polşa, Fransada “Qarabağ” adlı Azərbaycan dili və mədəniyyəti məktəbləri fəaliyyət göstərir;

- 9 ölkədə 11 Azərbaycan evi fəaliyyət göstərir. Bu evlər hər bir azərbaycanlının və Azərbaycana dost olan hər bir kəsin üzünə açıqdır, bu evlər bir müzakirə məkanıdır;

- Dövlətimizin başçısının tapşırıq və çağırışlarına uyğun olaraq “Azərbaycan Diaspor Könüllüləri” Proqramına başlanılıb və Könüllülərlə iş proqramı hazırlanıb. Proqramda iştirak etmək istəyən gənclər konkret proqram üzrə təlim və işlərə cəlb edilib. İndiyədək 1017 nəfər proqramda iştirak üçün müraciət edib;

- Bir millət, iki dövlət olan Türkiyə və Azərbaycandakı aktual və əhəmiyyətli mövzuları, iki dövlət arasındakı əlaqələri Türkiyə və dünya ictimaiyyətinə bəyan etməyi hədəfləyən “Türkiyə-Azərbaycan” jurnalının I, II, III, IV nömrəsi 1000 tirajla çapdan çıxıb, V nömrə üzərində işlər aparılır. Jurnal Türkiyə və Azərbaycanda, eləcə də hər iki ölkənin diasporunun olduğu digər ölkələrdə pulsuz paylanır;

- Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərslik hazırlanıb. Artıq xaricdə yaşayan 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün hazırlanmış “Azərbaycan dili” dərsliyinə Təhsil Nazirliyi tərəfindən nəşr hüququ verilib. Kitab çap edilib və xaricdəki soydaşlarımıza göndərilib. Eyni zamanda, Komitənin rəsmi internet saytından kitabı PDF formatda əldə etmək imkanı da yaradılıb.

Dünya azərbaycanlılarının mənəvi birliyi yeni mərhələdə

Bütün bu faktlar dünya azərbaycanlılarının mənəvi birliyinin aynasıdır. Yeni bir mərhələyə qədəm qoyan Azərbaycan diasporu artıq yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirməli, daha əzmlə, qürurla və var gücü ilə yoluna davam etməlidir. Bu istiqamətdə ilk növbədə biz pandemiya və Vətən müharibəsi dövründə nümayiş etdirdiyimiz birlik və həmrəyliyi qoruyub saxlamağa çalışmalı, döyüş meydanında qazandığımız Qələbəni diplomatiya və diaspor, lobbiçilik sahəsindəki uğurlu fəaliyyətimizlə daha da möhkəmləndirməliyik. Mənfur erməni diasporu yalan maşınını işə salaraq Azərbaycanın imicinə xələl gətirməsinə imkan verməməli, dünyaya haqlı olduğumuzu qəbul etdirmək üçün işimizi davam etdirməliyik. Eyni zamanda, dünyada azərbaycanlı imicini tanıtmaq üçün səylərimizi artırmaq, millətimizin sülhpərvər, multikultural, zəhmətkeş, tolerant olduğunu isbatlamalıyıq.

Milli maraqlarımızın müdafiəsi üçün bütün dünyada diaspor təşkilatlarımızın daha da güclənməsinə ehtiyac vardır. Bunun üçün hazırlanan yeni fəaliyyət proqramlarının icrasında vətəndaşı olduğu dövlətlərin dilini, elmini, mədəniyyətini, siyasətini, cəmiyyətini mükəmməl bilən, eyni zamanda, yüksək hörmətə və nüfuza malik soydaşlarımızın yaxından iştirakı nəzərdə tutulur. Vətən müharibəsi müddətində xaricdə fəallığı ilə önə çıxan diaspor üzvləri ilə əlaqələri gücləndirməyi düşünürük. Lobbi quruculuğu istiqamətində fəaliyyətimizin artırılması, azərbaycanlı gənclərin yaşadığı ölkələrdə uğur qazanmasına dəstək göstərilməsi, liderlərin yetişdirilməsi, akademik fəaliyyətin genişləndirilməsi, xarici media ilə əlaqələrin gücləndirilməsi və digər məsələlər zəruridir.

Ən başlıcası isə odur ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyalarının təbliği əsas prioritetlərimizdəndir. Bu ideyalara sadiq qalaraq xaricdəki soydaşlarımız tərəfindən Azərbaycan dövlətinə, Ordusuna və şəhid ailələrinə dəstəklə bağlı çoxsaylı müraciətlər, yardımlar edildi və edilməkdədir. Xaricdə yaşayan azərbaycanlı həkimlərdən ibarət qrupun cəbhə bölgəsinə yollanaraq göstərdiyi xidmətlər də xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə dəstəyin davamlı olması, eləcə də bütün dünyada yaşayan soydaşlarımızın bu proseslərdə fəal iştirak arzusu nəzərə alınaraq “YAŞAT” Fondunun yaradılması da önəmli hadisədir. Yeri gəlmişkən, bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə “YAŞAT” Marafonuna start verilib. Marafonun məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi qazilərimizə və şəhid ailələrinə dəstək məqsədilə bir araya gətirməkdir. Şəhid və qazi ailələrinə dəstək marafonu 2021-ci il mayın 25-də başa çatacaq. Diaspor-dövlət birliyinə güvənərək xaricdə yaşayan soydaşlarımızı bu müqəddəs işə töhfə verməyə çağırıram. Marafon diaspor tarixində bir ilkdir və ümid edirəm ki, xaricdə yaşayan soydaşlarımızın birliyinin daha bir nümunəsi kimi yadda qalacaqdır.

Lobbiçiliyə aparan münbit şərait və ya lobbiçiliyin təməli qoyulur...

Dünya Azərbaycanlılarının ilk Qurultayında ümummilli lider Heydər Əliyevin soydaşlarımızın güclənərək, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəallığı ilə bağlı dilə gətirdiyi arzular 20 il sonra gerçək olur. Bu gün əminliklə deyə bilərik ki, artıq Azərbaycan diasporu akademik fəaliyyət istiqaməti götürərək, tədricən yerli cəmiyyətlərdə seçkilərə təsir mexanizminin formalaşdırır və lobbiçilik işinin gücləndirir.

Əslində, Azərbaycan diasporunun lobbiçiliyə doğru addımlaması istiqamətində irəlidə görünən perspektivlər qaneedicidir. Bu gün bizim soydaşlarımız Avropa ölkələrində, Amerika Birləşmiş Ştatlarında parlament, yerli idarəetmə orqanlarına seçkilərdə iştirak edir, yüksək vəzifələrə təyin edilir, qlobal şirkətlərdə aparıcı mövqelərdə təmsil olunur, ən nüfuzlu ali məktəblərdə təhsil alır. Bu faktlar Azərbaycan diasporunun güclənməsi, diaspor fəaliyyətinin görünməyən tərəflərinin uğurlarıdır və diasporumuz üçün böyük hadisədir, hətta Azərbaycan diasporunun 30 illik mübarizəsində lobbiçiliyin əsaslarını qoyan tarixi irəliləyişlərdir. Soydaşlarımızın yaşadıqları ölkələrdə aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olması, siyasi proseslərdə fəallığı Azərbaycan diasporunu lobbiçiliyə doğru irəlilədir və hədəfə çatmaq üçün son illərdə, daha dəqiqi son 3 ildə bunun üçün möhkəm baza formalaşıb. Özü də həmvətənlərimizin daha çox sayda yaşadığı və iqtisadi, sosial bazası daha dərin olan MDB dediyimiz məkanda deyil, (hərçənd ki, bu məkanda da uğurlar böyükdür) Avropa və Amerikada...

Soydaşlarımızın yaşadıqları ölkənin siyasi həyatında iştirakından danışarkən tanınmış ictimai-siyasi xadimlərlə, dövlət nümayəndələri ilə keçirilən görüşləri və Vətənimizi narahat edən məsələləri gündəmə gətirməsi, icmamızın tədbirlərində yerli hökumət nümayəndələrinin iştirakı xüsusi vurğulanmalıdır. Eyni zamanda, bu il ABŞ-ın bir sıra ştat və şəhərlərində bir-birinin ardınca 26 fevral tarixinin Xocalı qurbanlarının anım günü kimi elan edilməsi də bu uğurlar silsiləsindəndir.

Təbii ki, bu, siyasi əhəmiyyətə malik hadisələr təsadüfdən deyil, aparılan ardıcıl fəaliyyətdən qaynaqlanır. Yeri gəlmişkən, ötən ilin noyabrında Ukraynada şəhər və vilayət şuralarına 10 nəfər azərbaycanlı deputat seçilib. Təxminən bir o qədər həmyerlimiz Rusiyanın yerli özünüidarəetmə orqanlarında təmsil olunur.

Bütün bunlar bir daha təsdiq edir ki, lobbiçiliyə aparan yol diaspor təşkilatlanmasının səmərəli formada davam etməsindən, koordinasiya işinin düzgün qurulmasından və strateji məqsədlərin diaspor fəalları arasında lazımi səviyyədə təbliğindən keçir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi beynəlxalq aləmdə böyük maraq doğurub - ŞƏRH

Qazaxıstanda pilotsuz uçuş aparatlarının köməyi ilə 63 nəfər xilas edilib

Azərbaycan Premyer Liqasında II tur start götürür

Xorvatiyada kiçik təyyarə qəzaya uğrayıb, 2 nəfər həlak olub

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

Tramp 3-cü dəfə seçkilərə qatılmaq istəyir: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram

Ayxan Abbasov millinin futbolçusuna görə “Bursaspor”un oyununu canlı izləyib

FIFA dünya çempionatının final oyunundakı kütləvi dava ilə bağlı qərarları açıqlayıb

Tramp: Aralıq seçkiləri uduzsam, impiçmentə məruz qalacağam

ABŞ miqrantların geri qaytarılması üçün Liberiyaya 5 milyon dollar ödəməyə razılaşıb

Donald Tramp: ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda heç bir məhdudiyyəti yoxdur

Azərbaycan millisinin voleybolçusu: Meydanda əsl əzmkar mübarizə nümayiş etdirdik

Premyer Liqa: “Arsenal” mövsümün açılış oyununda böyükhesablı qələbə qazanıb

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

Ağdərəyə qayıdışın sevinc dolu anları: Bundan sonra gözəl günlərimiz çox olacaq

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir

Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək

Ankarada kömür mədənində qəza: 1 nəfər həlak olub, 20 işçi yaralanıb

Qazaxıstanda Qurultay seçkiləri ərəfəsində sükut günü başlayır

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

İmişlidə yol qəzası olub, piyada ölüb

Polina Rəhimova: Avropa çempionatı kimi möhtəşəm turnirin Azərbaycanda təşkili qürurvericidir

Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub

Ağdərə sakini: Arzularımızın gerçəkləşməsinin sevincini yaşayırıq

Beş Aİ ölkəsi Ruandada miqrantların qayıdış mərkəzlərinin yaradılması üzrə danışıqlar aparır

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 7-yə çatıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə gənclərin infoturu təşkil olunub

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi Portuqaliyanı məğlub edib  YENİLƏNİB

Şəkidə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müəyyənləşdirilib

BDU-nun “Bir yay, min xatirə” düşərgəsi maraqlı layihələrlə davam edir

“Şükür bu günə ki, qayıtdıq” - keçmiş məcburi köçkünün qürur dolu anları

Azərbaycan-Özbəkistan müttəfiqliyi Avrasiyada yeni geosiyasi reallıqlar yaradır - ŞƏRH

Azərbaycan millisi Andorra ilə yoldaşlıq oyunu keçirəcək

Bu saata olan əsas xəbərlər

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

® Yüksək peşəkarlığı, zəngin təcrübəsi və məsuliyyətli yanaşması ilə tanınan həkim

İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?

Beynəlxalq Enerji Agentliyinin rəhbəri dizel və reaktiv yanacaq böhranı barədə xəbərdarlıq edib

Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb

Turizmin gələcək kadrları iş yerində yetişir – DUAL TƏHSİLİN YENİ ÜNVANI

TƏBİB immunizasiya tədbirlərini davam etdirir

MİQ üzrə müsahibə tarixləri açıqlanıb

İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neftin qaldığı bildirilir

Bakı, Gəncə və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Səfir: Axıska türklərinə həsr olunmuş sərgi Azərbaycan və Türkiyənin bu məsələyə həssas münasibətini göstərir

Ekspert: Yeni Dövlət Proqramı turizm sektorunun inkişafına əlavə stimul verəcək

Bakıda voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Azərbaycan və Qırğızıstan Ali məhkəmələri arasında əməkdaşlıq genişləndiriləcək

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

Şahzadə Harri və daha 6 məşhur şəxs “Daily Mail”in naşirinə ilkin olaraq 9,5 milyon funt sterlinq ödəməlidir

İğdır Azərbaycan Evində “Her Yönüyle Iğdır” kitabının təqdimatı keçirilib

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir - ŞƏRH

Axıska türklərinin yaşadığı tarixi hadisələrin Türk dünyasına çatdırılması vacibdir

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycanlı jurnalistlər Özbəkistanın "Amirsoy" və "Beldersay" kurortlarında olublar VİDEO

Azərbaycanlı jurnalistlər Özbəkistanın "Amirsoy" və "Beldersay" kurortlarında olublar VİDEO

Premyer Liqada II turun hakim təyinatları açıqlanıb

TRIPP Naxçıvanın iqtisadi xəritəsini necə dəyişəcək? – ŞƏRH

Qazaxıstanda rəqəmsal dövlət resurslarına giriş müvəqqəti mümkün olmayıb

Sazın və sözün birliyi: Ərzurumda Türk dünyasının aşıq sənəti təbliğ olunub

Kənd təsərrüfatı naziri Qobustanda vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq VİDEO

Qırğızıstan Ali Məhkəməsinin sədr müavini: Azərbaycan təcrübəsini ölkəmizdə reallaşdıracağıq VİDEO

Samuxda zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib

Səidə Sübhi: Natəvanın poeziyası fərdi yaşantıların zamansızlığını göstərir

® PAŞA Holding “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir

Xalid Xəlilov: Axıska türklərinin tarixinin Azərbaycan xalqına çatdırılması böyük əhəmiyyət daşıyır

Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan çempionatlarına yekun vurulub

Agentlik: Valideynlərin hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir

Prezidentin UzA-ya müsahibəsi: Özbəkistanla əlaqələrə dair strateji mesajlar – TƏHLİL

Nəqliyyat və infrastruktur üzrə 62 yeni dövlət standartı layihəsi qəbul edilib

Beste Gürsu: Sərgi Axıska türklərinin tarixini təqdim edir

“Bitcoin”in qiyməti üç ayın maksimumuna yüksəlib

Davam edən mina terroru: Beynəlxalq ictimaiyyət fəlakətin miqyasına biganə qalmamalıdır- ŞƏRH

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq genişlənir - ŞƏRH

Atçılığın konkur növü üzrə yay birinciliyinə start verilib

Xan qızının böyük arzusu: Şuşaya su necə çəkildi?

ADY dəmiryol keçidlərində sürücü və piyadaları diqqətli olmağa çağırıb

Səadət Yusifova: “Axıska türkləri – itmiş sürgünün izində” sərgisi tarixi yaddaşın qorunmasına xidmət edir

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

Ziyəddin Kassanov: Azərbaycan Axıska türklərinə hər zaman sahib çıxıb

Qış mövsümü Avropada təbii qazın qiymətlərinin artması müşayiət olunacaq

Deputat: Yeni güzəşt mexanizmi qeyri-neft-qaz ixracının artmasına imkan verəcək 

Süni intellekt və təhsilin rəqəmsal transformasiyası

Azərbaycandan Özbəkistana məhsul ixracının dəyəri 2 dəfədən çox artıb

Gürcüstanın dəniz limanları ikinci rübdə 4700 sərnişinə xidmət göstərib

Marin Lö Penin borc ittihamı Fransada siyasi qarşıdurmanı qızışdırıb

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş poçt markası təqdim edilib

Britaniyanın dövlət borcu 3 trilyon funt sterlinqə yaxınlaşıb

“Sea Breeze Uzbekistan”: Çarvak sahilində yeni möhtəşəm kurort VİDEO

“Sea Breeze Uzbekistan”: Çarvak sahilində yeni möhtəşəm kurort VİDEO

Almaniyada avtomobil piyada zonasına daxil olub, 8 nəfər xəsarət alıb

TİKA ilə Bolnisidəki Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi arasında əməkdaşlıq genişləndiriləcək

AzTU tələbələri ABŞ-də 6 medal və xüsusi mükafat qazanıblar

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir – MÜSAHİBƏ VİDEO

Zaur Qardaşov: TRIPP Azərbaycan sahibkarları üçün yeni biznes modeli təklif edir – MÜSAHİBƏ VİDEO

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi üzrə işçi görüş olub

Avropa Xəbər Agentlikləri Alyansı 70 illiyini qeyd edir