Azərbaycan Dövlət İnformasiya Agentliyi

“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN”
ÜMUMMİLLİ LİDERİN ANADAN OLMASININ 85 İLLİYİNƏ HƏSR EDİLMİŞ KONFRANS

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası mayın 3-də “Gülüstan” sarayında partiyanın yaradıcısı, müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans keçirmişdir.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, dünya şöhrətli siyasi xadimin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül-çiçək düzülmüşdür.

Prezidentin İcra Aparatının məsul işçilərinin, nazirlərin, dövlət komitələri, şirkətləri və agentlikləri rəhbərlərinin, Milli Məclisin deputatlarının, tanınmış ziyalıların iştirak etdiyi konfransı giriş sözü ilə YAP sədrinin müavini-icraçı katibi, parlamentin deputatı Əli Əhmədov açdı. O bildirdi ki, 2003-cü ildən başlayaraq, Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin zəngin irsinin ətraflı öyrənilməsi üçün hər il onun anadan olduğu gün ərəfəsində konfrans keçirir. Azərbaycanın böyük şəxsiyyətləri çox olsa da, tariximizdə Heydər Əliyev qədər dərin iz buraxan, xalqımızın taleyində həlledici rol oynayan ikinci şəxsiyyət olmamışdır. Bütün ömrünü doğma Vətəninin xoşbəxtliyinə həsr edən, Azərbaycana sonsuz məhəbbət bəsləyən Heydər Əliyevə xalqımızın da sevgisi sonsuzdur və yalnız onu özünün ümummilli lideri kimi qəbul edir.

Böyük siyasətçilərin ömrünün onların yaşadığı illərlə ölçülmədiyini bildirən Əli Əhmədov dedi ki, nə qədər müstəqil Azərbaycan var, qədirbilən xalqımız var, Heydər Əliyevin də adı, ideyaları, siyasəti yaşayacaqdır.

Azərbaycanın müasir tarixinin böyük bir qərinəsi bilavasitə Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqilliyimizin qorunub saxlanması və möhkəmlənməsində, azərbaycançılıq ideyasının, milli həmrəyliyin, Azərbaycanın inkişaf modelinin formalaşmasında, ölkəmizin dünyaya inteqrasiyasında onun xidmətləri misilsizdir.

Sonra konfransda məruzə edən Prezidentin İcra Aparatının rəhbəri, akademik RAMİZ MEHDİYEV dedi ki, XX əsr bəşər tarixinə ən ziddiyyətli səhifələrlə həkk olunmuşdur. Keçən əsr həm sarsıntılar və tənəzzül simvolu, iki dünya müharibəsi, son imperiyanın süqutu ilə, həm də elmi kəşflər və demokratiya əsri kimi yaddaşlarda qalmışdır. Bu, müasir bəşəriyyətin ümumi tarixidir.

Lakin hər bir xalq, millət bu tarixi milli yaddaşında özünəməxsus şəkildə yaşadır və xatırlayacaqdır. Milli yaddaş ümumbəşəri tarixi öz süzgəcindən keçirir və buna görə tam əsasla deyə bilərik ki, hər bir xalqın milli yaddaşında öz XX əsri mövcuddur. Ötən əsrin özünün dərk edilmiş tarixi həqiqəti vardır. Keçmişin müxtəlif obrazları içərisində məhz konkret xalqa xas olan elə bir həqiqət anı var ki, bunu yalnız həmin xalq duya bilir.

Azərbaycan xalqının tarixi yaddaşına XX əsr müstəqil dövlətçilik və Heydər Əliyev epoxası kimi həkk olunmuşdur. Əsrin son onilliklərində həm bütün dünyada, həm də Azərbaycanda baş verən, sözün əsl mənasında tüğyan edən siyasi və iqtisadi transformasiyalar fonunda dövlətçilik ənənəsini bərpa etmək və sarsılmazlığını təmin etmək Heydər Əliyevin əzəməti və liderlik missiyasının hələ tam məzmunu deyildir. Yalnız əsrlərin və nəsillərin deyil, siyasi sistemlərin də bir-birini əvəzləməyə doğru getdiyi belə bir zamanda müstəqil Azərbaycan dövlətini təməlindən yaratmaq üçün fövqəliradə və fövqəlsəylər gərək idi.

Azərbaycanın dövlətçilik tarixində həmişə ölkə siyasəti müxtəlif mənbələrdən yönəldilən daxili və xarici təzyiq və təqiblər, işğal və müharibə faktorları ilə üz-üzə olmuşdur. Tarixin müxtəlif dönəmlərində bu reallıq hər dəfə müstəqil dövlətin qurulması yolunda maneələr yaratmış, bəzən də dövlətçiliyin çətinliklə əldə olunmuş kövrək dayaqlarının möhkəmlənməsinə imkan verməyərək, onu süquta uğratmışdır.

İcra Aparatının rəhbəri vurğuladı ki, XX əsrdə Azərbaycanda təkcə siyasi-iqtisadi quruluşun dəyişməsi, yeni dövlət sisteminin əsaslarının qurulması baş verməmişdir. Suveren dövlətin bütün atributlara malik strukturlarının bərqərar edilməsi, dövlət quruculuğunun siyasi, hüquqi, iqtisadi təminatı prosesləri cəmiyyət həyatının bütün istiqamətlərində intensiv islahatlarla paralel şəkildə aparılmışdır.

Tarixi proseslərin dönüş nöqtələrində, böhran fazalarında milyonlarla insanın alternativ seçimlərini, aşıb-daşan enerjisini cəmləməyə və dövlətçilik naminə bir məcraya yönəltməyə qadir olan lider xarizmatik, ümummilli lider statusunu qazanır. Buna nail olmayanlar isə həll edilməsi çox çətin olan problemlərlə rastlaşırlar. Heydər Əliyev yenidən fəaliyyətə başladığı ilk məqamlarda əvvəlki siyasi qərarların, səriştəsiz metodların nəticəsində fürsət və resursların, ən başlıcası isə vaxtın itirilməsinin bağışlanılmaz olduğunu dəfələrlə vurğulamışdır. Ermənistanın işğalçılıq niyyətlərinin vaxtında qarşısı alınmadığına görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin getdikcə həlli çətinləşən problemə çevrilməsinə diqqəti cəlb etmişdi. Hadisələrin ilk çağında xalqın hiddətini və enerjisini münaqişənin həlli istiqamətinə yönəldən liderin olmaması Azərbaycanı uzunmüddətli münaqişə prosesinə sürüklədi.

Məruzəçi dedi ki, Azərbaycanın inkişaf yolunu müəyyən edən Heydər Əliyevin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyuldu. Dövlətin əsası olan suverenlik, dövlətçilik, ədalət, demokratiya, milli yüksəliş, dünyəvi dövlət və liberal iqtisadiyyat kimi ümumbəşəri dəyərlərin sintezini təmin edən milli ideologiya formalaşdırıldı. Azərbaycanlıları dünyaya sivil dəyərlərin daşıyıcısı kimi tanıdan, dünya azərbaycanlılarını vətənə bağlayan azərbaycançılıq fəlsəfəsinin əsasları yarandı.

Dünya xəritəsində suveren və müstəqil Azərbaycan adlı tarixi həqiqət ünvanı hər kəsə bəlli oldu. Heydər Əliyev sübut etdi ki, siyasət naşıların zənn etdiyi kimi asan məsələ deyildir. Hətta ən kəşməkəşli zamanlarda belə, Azərbaycan xalqının müstəqil olmaq hüququnu təmin edə bilmək böyük sənətdir.

Ümummilli lider daxili siyasi sabitliyin və davamlı quruculuq işlərinin təmin edilməsi ilə beynəlxalq aləmin, dünya ictimaiyyətinin marağının Azərbaycana yönəlməsinə nail oldu. Heydər Əliyev strategiyasının uğurları xarici siyasət sahəsində də bir-birini əvəzləməyə başladı.

Dövlətin xarici siyasətinin strateji istiqamətləri müəyyənləşdirildi. Ən yığcam şəkildə desək, bunlar tarazlaşdırılmış siyasi xətt, tarixdə dəfələrlə olduğu kimi, Azərbaycanın rəqabət, toqquşma və savaş zonasına çevrilməsinə yol verməmək, təbii sərvətlərin dövlətçiliyin möhkəmləndirilməsi yönündə istifadə edilməsi idi.

Ölkənin öz sərvətlərinə sahib çıxması ilə regionun liderinə çevrilməsini müəyyən edən neft strategiyası da Heydər Əliyev dühasının yaratdığı təməl üzərində qurulmuşdu. Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizi, “Əsrin müqaviləsi” layihəsi Azərbaycanın həm iqtisadi, həm də siyasi uğurlarının nümunəsi kimi yeni qalibiyyət tarixinin ən şanlı səhifələrindən birini təşkil edir.

Heydər Əliyevin neft strategiyası dövlətimizin müstəqilliyinin qarantına çevrilməklə yanaşı, azad iqtisadi münasibətlər mexanizmlərini də hərəkətə gətirmiş, ölkəmizin dünya iqtisadi məkanına dinamik inteqrasiyasını, xalqımızın rifahının artması üçün çox önəmli olan xarici sərmayələrin cəlb edilməsini təmin etmişdir. Bütün bunlar dövlətimizin daxili qüdrəti ilə yanaşı, beynəlxalq nüfuzunun artırılmasına xidmət edir.

Azərbaycan neftinin artan həcmləri daha böyük ixrac kəmərinin tikintisini gündəliyə gətirmişdi. Onun Bakı-Tbilisi-Ceyhan marşrutu ilə çəkilməsi ideyasını Heydər Əliyev hələ 1994-cü ildə səsləndirmişdi. İdeyanın da, əsas ixrac kəmərinin də yolu hamar olmamışdır. Lakin çoxsaylı dövlətlərin mövqelərinin bir araya gətirilməsi istiqamətində görülən qətiyyətli tədbirlər öz bəhrəsini verdi və 1999-cu ildə bu marşrutla neftin nəqlinə dair Saziş, layihənin dəstəklənməsinə dair “İstanbul bəyannaməsi” imzalandı. İndi Heydər Əliyevin adını şərəflə daşıyan bu kəmərlə milyonlarla barrel Azərbaycan nefti təhlükəsiz surətdə Aralıq dənizi sahillərinə, dünya bazarlarına çatdırılır.

Bu illər ərzində Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi qlobal layihə də başa çatdırılmışdır. Perspektivdə Şərq və Qərbin genişmiqyaslı əməkdaşlığına imkanlar yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlanmışdır. Böyük İpək yolunun bərpası nəinki Azərbaycanı tranzit ölkəyə çevirir, həm də ixrac imkanlarını genişləndirərək, milli iqtisadiyyatın dünyaya inteqrasiyası üçün geniş imkanlar açır. Eyni zamanda, Azərbaycan təbii qazının Avropa ölkələrinə nəqlini nəzərdə tutan NABUKKO kimi qlobal layihə də gündəlikdədir. Çox əhəmiyyətlidir ki, Heydər Əliyev siyasi xəttinə uyğun olaraq, Azərbaycan həm regional, həm də qlobal layihələrdə öz milli maraqlarını gözləyir.

R.Mehdiyev vurğuladı ki, Heydər Əliyevin siyasi xəttinin davamçısı olan Prezident İlham Əliyev hazırda Azərbaycanı müvəffəqiyyətlə siyasi və iqtisadi modernləşməyə doğru aparır. İqtisadiyyatın liberallaşdırılması, ölkənin geosiyasi və geoiqtisadi çəkisinin artması, vətəndaş ilə dövlət arasında vahid birliyin, ahəngdarlığın bərqərar olması Azərbaycanı yüksələn xətlə inkişafa aparır. 2003-cü ilədək əldə edilmiş sabitlik və inkişaf bizə son illər ərzində büdcəmizi 10 dəfədən artıq, hərbi xərclərimizi 1 milyard 200 milyon dollardan çox, adambaşına düşən gəliri inkişafda olan ölkələrin səviyyəsinə qaldırmağa imkan vermişdir. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyanın aparıcı dövlətləri sırasında yer almışdır. Son illər ərzində Azərbaycan rəqabət indeksi üzrə dünyanın 60 ölkəsi içərisində, postsosialist məkanında isə ilk yerlərdə təmsil olunmuşdur. Adambaşına düşən birbaşa xarici investisiyanın həcminə görə Azərbaycan regionda lider, dünyada isə ilk onluqdadır. Şəhər və kəndlərimiz günbəgün dəyişir, regionlarımız müasirləşir, informasiya-kommunikasiya vasitələrinin səmərəli inkişafı sayəsində ölkəmiz mühüm intellektual mərkəzə çevrilir. Bunların hamısı bir daha ölkəmizin sürətli inkişafının və modernləşməsinin bariz nümunəsidir.

İcra Aparatının rəhbəri daha sonra dedi ki, sabit iqtisadiyyatı olmayan məkanda demokratiya da olmaz, bu, aksiomdur. Prezident İlham Əliyevin əsas məqsədi Azərbaycanı sabit və güclü iqtisadiyyatı olan, demokratik təsisatları səmərəli şəkildə fəaliyyət göstərən, hər bir vətəndaşının sabahına inamı olan bir dövlətə çevirməkdir. Bu, Prezident İlham Əliyevin ali amalı və məqsədidir. Bu ideoloji və inkişaf xətti Azərbaycanın bu gününü və sabahını müəyyənləşdirmiş dühanın - Heydər Əliyev şəxsiyyətinin bizə qoyduğu irsdir.

Ötən əsrin siyasi tarixində Heydər Əliyev epoxasının məntiqi yekunlarından biri belə səslənir: XXI yüzillikdə Azərbaycanla artıq heç vaxt əvvəlki dönəmlərdə olduğu kimi davranmaq mümkün olmayacaqdır!

Qısa zaman kəsiyində Heydər Əliyevin rəhbərliyi altında əldə etdiklərimizin dəyəri XXI əsrdə nailiyyətlərimizin üfüqlərədək genişlənəcəyi fonda daha aşkar görünəcəkdir.

Məruzəçi bildirdi ki, ölkənin siyasi, elmi, intellektual, ziyalı, mədəni-mənəvi elitar təbəqələrini əhatə edən milli elita çox geniş anlayışdır. Tarixi səbəblərə görə, Azərbaycanda milli elitanın formalaşmasında dəfələrlə fasilələr yaranmış, onun say-seçmə nümayəndələri repressiyalara məruz qalmışdır. Heydər Əliyevin dövlətçilik qarşısında misilsiz xidmətlərindən biri də onun liderliyi altında müstəqil Azərbaycanın suveren milli, xüsusilə də siyasi elitasının formalaşmasıdır. Milli elita ictimai-siyasi proseslərin axarını dövlətin mənafeyi yönündə dəyişməyə qadir, ictimai rəydə nüfuza malik, ona təsir imkanlarını gerçəkləşdirən, xalqın quruculuq əzmini bir arada cəmləməyə nail olan, təşkilatlanmış və real siyasi amil statusunu qazana bilən monolit qüvvədir.

Heydər Əliyev zəngin tarixə malik bir xalqın özünütəsdiqi üçün zəruri olan milli-mədəni məkanda yaşamaq imkanını reallaşdırdı. Nəticədə milli yiyəlik hissinə sahib olan, dövlətçilik təfəkkürünə yiyələnən, ölkənin bu günü və sabahı üçün məsuliyyət hissi ilə yaşayan azərbaycanlı vətəndaşın obrazı, dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi dövlət fəaliyyətinin mühüm istiqamətlərindən biri olmuşdur.

XX əsrdən bəhs edəndə həm də onu üç böyük ideyanın reallaşdığı, gələn nəsillərə miras qalan ideyalar əsri kimi səciyyələndirirlər. Bunlar suverenlik, demokratiya və siyasi inkişaf modelləri ideyalarıdır.

Heydər Əliyev ən qısa zaman kəsiyində yüzilliyin ideyaları sayılan bu üç irsi həyata keçirməyə, suveren, demokratik Azərbaycan dövləti yaratmağa, onun özünəməxsus siyasi inkişaf modelini müəyyənləşdirməyə qadir olmuşdur. O, sübut etmişdir ki, heç bir ideya cəmiyyətə kənardan diktə və göstərişlə qəbul etdirilə bilməz. Cəmiyyətin öz içərisində ideyanı duyan, konkret tarixi spesifikaya uyğun tətbiq edən, yeni ideyaları milyonlara çatdıra bilən siyasi lider hər şeyə qadirdir.

Lider və siyasi lider anlayışlarının məna tutumu eyni deyildir. Siyasi lider insan birliklərini, kütlələrin xalq kimi təşkilatlanmasında, dövlət statusunda varlığının təmin olunmasında, cəmiyyətin quruculuq potensialının səfərbər edilməsində, hədəf və məqsədlərə nail olmaqda, mürəkkəb durumlardan çıxış yolunun tapılmasında həlledici amil kimi çıxış edir. Siyasi liderin dahiliyi, yaşadığı zamana və gələcəyə təsiri, idarəetmə, nizam və qərar qəbuletmə tərzlərində novatorluq keyfiyyətləri önəmli sayılır. Dahilər ən müxtəlif sahələrdə örnək ola bilir, bəşəriyyət onların həyatını təkrar-təkrar təhlil edir.

Akademik R.Mehdiyev vurğuladı ki, Heydər Əliyev sözün əsl mənasında bütün keyfiyyətlərinə görə - intellektinə görə zəka öndəri, mənəviyyatına görə etnik-mədəni ideal təcəssümü, sadəlik mücəssəməsi, ensiklopedik bilik sahibi, bir sözlə, bütöv, fenomen şəxsiyyət idi.

Sadalanan keyfiyyətlərdən əlavə, qeyri-adi təsir və nüfuz gücünə malik olmaq, insanlarla izah edilməsi mümkün olmayan səmimiyyət və anlayışlı münasibətlər yarada bilmək, xarizmatik lider, lider-ideoloq, lider-strateq, lider-praqmatik və digər keyfiyyətlər - bütün bunlar bir nəfərin, Heydər Əliyevin simasında cəmləşmişdir. Xalqın rəğbətinin ən ali məqamına - ümummilli lider səviyyəsinə yüksəlmək məhz bunların sayəsində mümkün olmuşdur.

Heydər Əliyevə siyasət səhnəsində heç kim qalib gələ bilməmişdir. O, dövlətçilik tarixində “qalib lider” obrazını yaratdı. Azərbaycan tarixində böyük uğurları ilə yanaşı, həm də ən müxtəlif səbəblərdən məğlubiyyət anı yaşayan liderlər çox olmuşdur. Heydər Əliyev isə Azərbaycan xalqına qalibiyyətin canlı obrazını, lider örnəyini bəxş etdi. Bu, tariximizdə həmişəlik qürur ünvanı kimi qalacaq və onun siyasətinə də alternativ yoxdur.

Dövlətçiliyin əsası siyasi ideyadır, ideologiyadır. Onu təqdim edən, irəli sürən lider yoxdursa, yalnız siyasi texnologiyaya əsaslanmaqla uzağa getmək mümkün deyildir. Heydər Əliyevin simasında siyasi ideologiya və siyasi texnologiyanın strateji alyansı öz təcəssümünü tapmışdır. Buna görədir ki, o, ənənəvi və müasir, novator və konservator keyfiyyətlərin ideal sintezinə nail olmuş, bu dəyərlərin varisliyini təmin etmişdir.

Ulu öndər Heydər Əliyevin liderlik keyfiyyətlərinin, həm ölkədaxili, həm də beynəlxalq nüfuzunun optimal nisbəti, bir-birini tamamlaması heyrət doğurmaya bilmir. Liderin obrazı, idealı onun daşıyıcısından asılıdır. Onun fenomenal keyfiyyətləri yoxdursa, sırf siyasi texnologiya heç nəyə qadir deyildir. Azərbaycan xalqı öz potensial və gerçək siyasi liderinin bütün dünyada etiraf edilən nüfuzundan dövlətimizin daha da geniş tanınması və qəbul olunması üçün istifadə etməlidir. Siyasi lideri səciyyələndirən bütün keyfiyyətlərin zənginliyi Heydər Əliyev şəxsiyyətində ahəngdar şəkildə bir-birini tamamlayırdı. Bu baxımdan britaniyalı filosof və iqtisadçı Con Milin “dövlətçiliyin ləyaqəti, onu yaradan şəxsiyyətin ləyaqətindən asılıdır” deyimi son dərəcə yerinə düşür. Əgər ən böyük nemət insanlar üçün azad, müstəqil vətən, suveren məkan, mədəni-mənəvi irs, iqtisadi rifah, gələcəyə inamdırsa, ümummilli lider onları Azərbaycan xalqına, hər bir vətəndaşa bəxş etmişdir.

İcra Aparatının rəhbəri məruzəsini tamamlayaraq dedi: Qloballaşan dünyada dəyişikliklər müasir inkişafın ayrılmaz müşayiətçisinə çevrilmişdir. Təbii ki, bu meyil siyasətə, siyasi qərarların qəbul edilməsinə, münasibətlərə öz təsirini göstərir. İndi ayrılıqda götürülən heç bir dövlət mövcud siyasi, iqtisadi, hərbi bloklara ömürlük tərəfdaş kimi yanaşmır. Öz maraqlarını müəyyən strateji fazalarda reallaşdıraraq manevrlər edir. Hədəflər dəyişə bilər, ali ideya, fövqəlməqsəd isə dəyişməzdir, əbədidir. Bu, ümummilli lider Heydər Əliyevin ideyalarıdır.

Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri ŞƏMSƏDDİN HACIYEV “Heydər Əliyevin iqtisadi inkişaf strategiyası yeni mərhələdə” mövzusunda məruzəsində vurğuladı ki, hazırda Azərbaycanda bazar prinsipləri əsasında milli iqtisadiyyatın formalaşması prosesi özünün yekun mərhələsinə daxil olmuşdur və real məzmun daşıyan iqtisadi münasibətlər sisteminin təşəkkülü başa çatmaqdadır. Makroiqtisadi inkişafın dayanıqlılıq keyfiyyəti kəsb etməsi fonunda sistem dəyişikliyinin doğurduğu problemlər kompleksinin səmərəli həlli üsullarının tətbiqi və əldə olunan böyük uğurlar, sözün həqiqi mənasında, inkişafın “Azərbaycan möcüzəsi”nin gerçəkliyini göstərir. Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılan və hazırda da böyük müvəffəqiyyətlə tətbiq edilən iqtisadi inkişaf strategiyası həlli mümkün sayılmayan problemləri belə qısa müddət ərzində aradan qaldırmağa imkan vermişdir.

Heydər Əliyevin “Uğur modeli” adlandırılan konseptual yanaşmanın səmərəli tətbiqi makroiqtisadi inkişafın sürətlənməsinə, geniş təkrar istehsal prosesinin normal gedişinin təmin olunmasına, iqtisadiyyatın sahələri arasında dialektik bağlılığa son dərəcə əlverişli şərait yaratmışdır.

Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının yalnız iqtisadi proseslərlə məhdudlaşmadığını deyən məruzəçi bildirmişdir ki, indi məcmu iqtisadi proseslərin təşkili təkcə iqtisadi xarakterli amillərdən asılı deyildir. Sistem dəyişikliyinin doğurduğu problemlər kompleksinin həllində “birtərəfli” yanaşmanın yararsızlığı Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının əsas konseptual prinsipləri sırasında kifayət qədər önəmli yer tuturdu. Belə ki, 1990-cı illərin əvvəllərində geniş yayılmış “bazar eyforiyası” məhz ulu öndər aparılan islahatlara sistemli keyfiyyət qazandırdıqdan sonra elmi dövriyyədən çıxarılmışdı. Heydər Əliyev sistem dəyişikliyinin ictimai həyatın bütün spektrini əhatə etməsi zərurətini ön plana çıxarmaqla, ümummilli inkişafı “birtərəflilik” səhvindən xilas etməyə nail olmuşdur. Belə ki, bu strategiya sistem dəyişikliyinin tərkib ünsürləri arasında paralelliyin təmin olunmasını vacib şərt kimi ortalığa qoymuşdur. Buraya iqtisadiyyatda inzibati-amirlik sistemindən bazara keçid, sosial-siyasi sahədə totalitar sistemdən demokratik prinsiplər əsasında vətəndaş cəmiyyətinə keçid və milli mənsubiyyət sahəsində abstrakt sosiumdan aydın konturlara malik milli özünəqayıdışın təminatı daxildir. Konseptual ümumiləşdirmə mövqeyindən bu, həlli zəruri olan problemləri konkretləşdirərək, onların aradan qaldırılması imkanlarını dərk edilən səviyyədə formalaşdırmağa imkan verir.

Ümummilli liderin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” sözlərini xatırladan məruzəçi 1969-cu ildən başlayaraq Azərbaycanın iqtisadiyyatının dirçəldilməsi və bu istiqamətdə vahid konsepsiyanın hazırlanmasında Heydər Əliyevin rolunu xüsusi vurğuladı. O xatırlatdı ki, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərkən respublika keçmiş SSRİ tərkibində ən geridə qalanlardan biri olduğu halda, məhz bu konsepsiya nəticəsində qısa müddətə qabaqcıllar cərgəsinə çıxmışdı.

Ş.Hacıyev dedi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bütün sahələrdə, o cümlədən iqtisadiyyatda böhran keçirirdi. Ulu öndərin qısa bir müddətdə işləyib hazırladığı iqtisadi strategiya - Azərbaycanın karbohidrogen ehtiyatlarından səmərəli istifadə etməklə ölkəni dirçəltmək və inkişaf etdirmək strategiyası tezliklə öz müsbət nəticələrini verdi.

Hazırda Azərbaycanın təkcə özü üçün deyil, bütün region üçün təhlükəsizlik və inkişaf mənbəyinə çevrildiyini vurğulayan məruzəçi bunun üç əsas istiqamətdə özünü göstərdiyini bildirdi. Birincisi, Azərbaycanın enerji siyasəti yalnız özünün deyil, bütün regionun, habelə Avropanın enerji təhlükəsizliyini təmin edir. İkincisi, Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirilməsində önəmli rol oynadığı nəqliyyat-kommunikasiya dəhlizlərinin şimalla cənubun və şərqlə qərbin əlaqələrində həlledici əhəmiyyəti vardır. Üçüncüsü, həyata keçirilən layihələr nəticəsində Azərbaycan təkcə özünün deyil, bu layihələrdə iştirak edən digər dövlətlərin də maliyyə təhlükəsizliyini təmin etmiş olur.

Məruzəçi daha sonra dedi ki, hazırda ən nüfuzlu beynəlxalq təşkilatlar keçid mərhələsində milli iqtisadiyyatın formalaşdırılması ilə bağlı Heydər Əliyevin həyata keçirdiyi “Uğur modelini” yüksək qiymətləndirərək belə hesab edirlər ki, həmin strategiyanın reallaşdırılması sayəsində Azərbaycanda sabitlik, dinamizm, əməkdaşlıq, təhlükəsizlik və demokratiyanın inkişafı təmin olunmuşdur. Bütün bunlar bizə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və indi ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən milli iqtisadi inkişaf modelinin xarakterik cəhətlərini yüksək dəyərləndirməyə imkan verir.

Rabitə və informasiya texnologiyaları naziri ƏLİ ABBASOV konfransda “Heydər Əliyevin informasiya-kommunikasiya texnologiyaları siyasətinin uğurlu davamı” mövzusunda məruzə ilə çıxış etdi. O bildirdi ki, yeni texnologiyalara dair dövlət siyasəti cəmiyyətin ictimai və siyasi təfəkkürünü qabaqlamalı, yaxın onilliklər üçün bu istiqamətdə görüləcək işlərin strateji xəttini müəyyənləşdirməlidir. Azərbaycanda da informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin inkişaf etdirilməsinə dair dövlət siyasəti bu prinsip üzərində qurulur və beynəlxalq təcrübəyə əsaslanır.

Azərbaycanın tarixinin son 40 ilinə nəzər salan Ə.Abbasov dedi ki, həmin dövrdə gələcəyə istiqamətlənmiş, elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın bütün sektorlarının davamlı tərəqqisinə yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən müdrik siyasətin təzahürlərini və nəticələrini görürük. Bu siyasətin tərkib hissəsi kimi, Azərbaycanda rabitənin, elektron avadanlıqlar və İKT sektorunun inkişafının geniş vüsət alması məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Keçmiş Sovetlər İttifaqının tərkibində olmasına baxmayaraq, Azərbaycanın inkişaf perspektivlərinin sənaye potensialının gücləndirilməsi, xüsusən də elmtutumlu sahələrin genişləndirilməsi ilə birbaşa bağlı olduğunu görən ulu öndər hələ ötən əsrin 70-ci illərində bu sahəyə diqqət yetirmiş və İKT sektorunun bugünkü inkişafının təməlini qoymuşdur.

1970-80-ci illərdə Elmlər Akademiyasında, ali məktəblərdə və sahə institutlarında elektron avadanlıqlar və telekommunikasiya texnologiyaları üzrə kadr hazırlığı genişləndirildi, istedadlı alimlər və təcrübəli mütəxəssislər yetişdirildi, istehsalat müəssisələri tikildi. Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi, “Neftqazavtomat” və digər elmi tədqiqat müəssisələri yaradıldı. “AZON” və “NORD” elm-istehsalat birlikləri, radio, elektron hesablama maşınları zavodları, “Peyk”, “Ulduz” kimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verildi. Diqqətəlayiq haldır ki, ümumi sayı 30-dan artıq olan bu müəssisələr təkcə Bakıda deyil, həm də Naxçıvanda, Tərtərdə, Mingəçevirdə, Əli Bayramlıda, Gəncədə, Sumqayıtda işə salınmışdı. Bunun özü də ümummilli lider Heydər Əliyevin Azərbaycanın hər bir bölgəsinin inkişafına diqqətinin nümunəsi idi.

Ulu öndər Heydər Əliyevin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - BESM-6 gətirildi. Bu hadisə idarəetmədə ilk tətbiqlərdən olan respublika avtomatlaşdırılmış idarəetmə sistemi - “RASU Azərbaycan”ı yaratmağa və ciddi hesablamalar tələb edən müxtəlif məsələlərin avtomatlaşdırılmış həllinə imkan verdi. Daha sonra respublika kompyuter şəbəkəsi, akademşəbəkə, bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri işlənib hazırlandı. Beləliklə, respublikada yeni və son dərəcə əlverişli bir sənaye sahəsi təşkil olundu və onun elmi potensialı yaradıldı.

Müstəqilliyin ilk illərində ölkənin düçar olduğu gərgin vəziyyətdə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin hətta bu şəraitdə də informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirdiyini xatırladan məruzəçi ümummilli liderin bu sahədə inkişafa nail olmaq üçün daim səylər göstərdiyini vurğuladı. 1993-cü ilin avqustunda Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin açılışı oldu. Ölkə iqtisadiyyatında ilk xarici investisiyalar telekommunikasiya sahəsinə yönəldildi. 1994-cü ildə “Bakcell” və 1996-cı ildə “Azercell” birgə müəssisələri yaradıldı və Azərbaycanda mobil rabitənin inkişafının əsası qoyuldu. Bütün bunlar Heydər Əliyevin Azərbaycanda rabitənin inkişafına göstərdiyi diqqətin əyani nümunələridir. Azərbaycanda radio-televiziya yayımının dünya standartlarına uyğun təşkilindəki uğurlar da məhz ümummilli lider Heydər Əliyevin xidmətləri ilə bağlıdır.

Ə.Abbasov bildirdi ki, regionda ilk dövlət olaraq Azərbaycan ölkədə informasiya cəmiyyəti quruculuğu prosesinə başlanıldığını bəyan etmiş və 2003-cü ildə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” təsdiq olunmuşdur. Bütün bunların nəticəsidir ki, regionun ən dinamik inkişaf edən ölkəsi olan Azərbaycanın indi informasiya-kommunikasiya texnologiyaları sahəsinin genişləndirilməsi üçün böyük imkanları vardır. Cəmiyyətimiz bu imkanlardan maksimum bəhrələnərək, dünya birliyinə inteqrasiyanı özünün başlıca vəzifəsi kimi görür.

Məruzəçi daha sonra dedi ki, 2003-cü ildə İlham Əliyevin xalqın əksəriyyətinin etimadını qazanaraq, Prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni bir mərhələ başlandı. Bu mərhələdə sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Rabitə Nazirliyinin əvəzinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi, İKT sahəsinin kompleks inkişafının təmin edilməsi imkanları baxımından diqqətəlayiq hadisə oldu. Qısa müddət ərzində bu istiqamətdə çox işlər görüldü və Azərbaycan İKT üzrə beynəlxalq tədbirlərin fəal iştirakçısına və təşkilatçısına çevrildi.

Nazir əmin etdi ki, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi rabitə və informasiya texnologiyaları sahəsində çalışanların qəlbində daim yaşayacaq, onun ideyalarının gerçəkləşməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərə öz töhfələrini vermək üçün üzərlərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklər.

Konfransda “Azərbaycanın aqrar inkişaf tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda məruzə ilə çıxış edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov dedi ki, Azərbaycan iqtisadiyyatının mühüm bölməsi olan kənd təsərrüfatının inkişafında da ümummilli liderin əvəzsiz xidmətləri vardır. Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri sayəsində SSRİ Nazirlər Sovetinin qəbul etdiyi “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” və “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək, habelə irriqasiya-meliorasiya obyektlərinin layihələndirilməsi və tikilməsi tədbirləri haqqında” qərarları respublikada kənd təssərrüfatı məhsulları istehsalının inkişafında müstəsna rol oynamışdır.

Həmin dövrdə bütövlükdə kənd təsərrüfatının, o cümlədən onun ayrı-ayrı sahələrinin inkişafına dair konkret faktlar əsasında ətraflı məlumat verən komitənin sədri bildirdi ki, bu uğurlarda aqrar sahənin maddi-texniki bazasının əsaslı surətdə yaxşılaşdırılmasına və kənd təsərrüfatı istehsalının səmərəliliyinin yüksəldilməsinə də böyük diqqət yetirilirdi. 1970-75-ci illərdə respublikanın kənd təsərrüfatına 1920-60-cı illərdəkindən 425 milyon manatdan (o vaxtkı qiymətlərlə) çox əsaslı vəsait qoyulmuşdu. Kənd təsərrüfatı maşınları, nəqliyyat vasitələri və digər texnikanın alınmasına, su təsərrüfatı qurğularının tikintisinə əsaslı vəsait qoyuluşu daha sürətlə artmışdır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin mühüm problemlərindən biri də iqtisadiyyatın yenidən qurulması prosesinin vacib tərkib hissəsi olan yeni torpaq siyasətinin həyata keçirilməsi, torpaq islahatlarının aparılması idi. Bu proses məhz ulu öndərin rəhbərliyi altında çox uğurla həyata keçirildi. Nəticədə 3,5 milyondan çox insan torpaq mülkiyyətinə çevrilmişdir.

Komitənin sədri bildirdi ki, 1990-cı illərin ikinci yarısından Azərbaycanın kənd təsərrüfatında başlayan əsaslı və sabit yüksəliş torpaqların xüsusi mülkiyyətə verilməsi ilə yarandı. İnsanların torpağa münasibəti köklü surətdə dəyişdi. Öz torpağının tamhüquqlu sahibinə çevrilmiş Azərbaycan kəndlisində torpağı səmərəli becərmək, ona lazımi qayğı göstərmək həvəsi yarandı. Bunun da sayəsində 1998-ci ildə kənd təsərrüfatı məhsullarının 80 faizini özəl sektor verirdi. 1999-cu ilin sonunda isə bu göstərici 95 faizə çatdı. Hazırda isə ölkəmizdə istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının, demək olar ki, hamısı özəl bölmənin payına düşür. Torpağın xüsusi mülkiyyətə verilməsi hesabına məhsulun artımı bazar iqtisadiyyatının əsas barometri olan idxal-ixrac əməliyyatlarına də təsir göstərmişdir. Əvvəlki illərlə müqayisədə idxal dəfələrlə azalmış, ixrac isə çoxalmışdır. 1990-cı illərdə ölkədə müşahidə edilən kənd təsərrüfatı və heyvandarlıq məhsulları istehsalının azalmasının dayanması və qısa müddət ərzində onun artımına nail olunması həyata keçirilən aqrar siyasətin düzgünlüyünü bir daha təsdiqlədi.

Tarixə “Heydər Əliyev aqrar islahatları” kimi daxil olmuş bu islahatların uğurlarını xarici ölkələrdə də etiraf edirlər. Rusiya, Ukrayna və Moldovanın kənd təsərrüfatı üzrə ekspertlərinin fikrincə, Azərbaycanda aparılan aqrar islahatların MDB məkanında anoloqu yoxdur.

Məruzəçi vurğuladı ki, 2003-cü ildə xalqımızın dəstəyi ilə hakimiyyətə gələn, Heydər Əliyevin iqtisadi strategiyasını yeni şəraitdə həyata keçirən Prezident İlham Əliyev də regionların tərəqqisinə yönəldilmiş siyasətində aqrar sektorun inkişafına xüsusi diqqət yetirir.

Azərbaycanın hərtərəfli inkişafına xidmət edən və icrası bu gün də böyük uğurla davam etdirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının başa çatdırılması, onun davamı olaraq işlənib hazırlanan yeni proqram iqtisadiyyatın digər sahələri kimi, kənd təsərrüfatının da inkişafına böyük təkan verəcək, indi aktual problemə çevrilən ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına kömək edəcəkdir.

                                                                              X X X

Fasilədən sonra konfrans işini “Heydər Əliyev və milli müstəqillik yolunda mübarizə”, “Müstəqil Azərbaycan dövlətinin qurucusu” və “Heydər Əliyev yolu və Azərbaycanın davamlı inkişafı” mövzularında bölmə iclaslarında davam etdirdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib, İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

İmişlidə 11-ci sinif şagirdi Araz çayında batıb

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb

Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Azərbaycanın voleybol milli komandaları Avropa Liqasında birinci mərhələni başa vurublar

SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub

FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər

Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO

Səudiyyə Ərəbistanında zəvvarlar üçün elektron qapı texnologiyası tətbiq edilib

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

Ərdoğan: Sıfır Tullantı Hərəkatı sayəsində Türkiyə iqtisadiyyatına 365 milyard lirə töhfə verilib

Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb VİDEO

Qarabağ Universitetində professional səs elminə həsr olunmuş konqres təşkil edilib

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub VİDEO

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib

Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb

Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar

AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

Qusarda gənc voleybolçuların seçimi aparılıb

Brüsseldə azərbaycanlıların irimiqyaslı futbol festivalı: III Suqovuşan Turniri başa çatıb

Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib

Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

Şəhidin xatirəsinə həsr olunmuş cüdo turnirinin qalibləri mükafatlandırılıb VİDEO

"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olunub

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

Qəbələdə peşə təhsilinə dair forum VİDEO

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb

Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Almaniyada keçirilən beynəlxalq turnirdə rinqə çıxıb VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

Oğuzda avtomobil yoluna aşan ağacın qalıqları təmizlənib VİDEO

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

DİM I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəhid İlqar Hümbətovun xatirəsinə həsr olunmuş cüdo turniri start götürüb VİDEO

Şəki və Zaqatalada qəbul imtahanı 12 mərkəzdə aparılıb

Böyük Britaniyanın Baş naziri Zelenski, Makron və Mertslə Ukraynaya dəstəyi müzakirə edəcək

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var

Britaniya parlamenti: Müdafiə xərcləri planının gecikməsi ölkənin etibarlılığına zərbə vurur

Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir

Agentlik: İdxal-ixrac prosedurlarının bütün əsas istiqamətləri elektron müstəviyə daşınıb

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm VİDEO

Praqada keçirilən “Food and Culture” səfirliklər festivalı 60 ölkənin nümayəndələrini bir araya gətirib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Kayseridə güclü yağış və dolu həyatı iflic edib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunda mükafatçılar bəlli olacaq

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Natiq Bağırov: Şəhidlərin xatirəsinə həsr olunmuş turnirlərin məqsədi onların ruhunu yaşatmaqdır VİDEO

Britaniyalı seçicilərin əksəriyyəti “Brexit” qərarının ləğv edilməsini istəyir

Bu saata olan əsas xəbərlər

Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib

Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Çində ali məktəblərə qəbul imtahanında 12,9 milyon abituriyent iştirak edir VİDEO

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyinin qalibi bəlli olub

AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni strateji sənəd yekun təsdiq mərhələsindədir

Türkiyə millisi dünya çempionatı öncəsi son yoxlama oyununda qələbə qazanıb

Böyük Qayıdış Proqramı Azərbaycanın müasir tarixində həyata keçirilən ən mühüm dövlət layihələrindən biridir - ŞƏRH

Ermənistanda parlament seçkiləri keçirilir

Dünya Kuboku: Azərbaycanın 3x3 basketbol millisi yarımfinalda ABŞ ilə qarşılaşacaq

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

İyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Nadejda İsmayılova: "Dalğa" zirvədir VİDEO

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub VİDEO

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO