“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANÇILIQ”
Foyedə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun həyatı və zəngin fəaliyyətini əks etdirən fotostendlər diqqəti cəlb edirdi.
Əvvəlcə, xalqımızın dahi oğlunun nurlu xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yusif Məmmədov, Milli Məclisin deputatı Aydın Mirzəzadə ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında, beynəlxalq aləmdə tanınmasında misilsiz xidmətlərindən danışmış, onun həmişəyaşar siyasi irsinin əhəmiyyətini vurğulamışlar. Ölkəmizin qazandığı bütün nailiyyətlərə görə xalqımızın məhz Heydər Əliyevə minnətdar olduğunu qeyd edən natiqlər, bu dahi şəxsiyyətin mənalı ömrünün bugünkü və gələcək nəsillərə örnək olduğunu söyləmişlər. Bildirilmişdir ki, son illərin ən böyük qələbəsi Heydər Əliyev siyasi xəttinin təntənəsidir və hazırda bu siyasəti Prezident İlham Əliyev əzmlə davam etdirir. Azərbaycan dövləti durduqca, Azərbaycan xalqı yaşadıqca, Heydər Əliyev heç zaman unudulmayacaq, həmişə ürəklərdə yaşayacaqdır. Ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı azərbaycançılıq hələ uzun illər milli ideologiyanın əsası olaraq qalacaqdır.
Sonda tələbələrin ifasında Vətənə, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər oxunmuş, mahnılar ifa olunmuşdur.