Hikmət Əlizadə: Araşdırmaların nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək
Bakı, 7 may, AZƏRTAC
Səbail rayonu Bibiheybətdəki boru kəmərindən çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.
Xidmətin rəisi Hikmət Əlizadə AZƏRTAC-a bildirib ki, araşdırma zamanı ərazidə formalaşan çirkab suların “Azərsu” ASC-nin Bakı Sukanal İdarəsinin tabeliyində fəaliyyət göstərən nasoslar vasitəsilə təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib: “Mütəxəssislər tərəfindən boru xəttindən axan sudan mikrobioloji təhlillərin aparılması üçün nümunələr götürülüb”.
H.Əlizadə qeyd edib ki, araşdırmaların və analizlərin nəticələrinə uyğun olaraq tərəfimizdən müvafiq tədbirlər görüləcək və ictimaiyyətə əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:54]
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
- 16.06.2026 [12:54]
Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq
- 16.06.2026 [10:14]
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]