Hindistana məxsus AN-32 təyyarəsi ilə əlaqə kəsilib
Bakı, 3 iyun, AZƏRTAC
Hindistan hərbi hava qüvvələrinə məxsus AN-32 təyyarəsi ilə bazanın əlaqəsi kəsilib.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, 8 heyət üzvü və 5 sərnişinin olduğu təyyarə Arunaçal Pradeş ştatının Qərbi Sianq rayonundakı Meçuka vadisindən yerli vaxtla 12:25-də havaya qalxıb. Təxminən 35 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib. Meçuka vadisi Hindistan ilə Çin arasında faktiki sərhəd rolunu oynayan MakMohan xəttinə çox yaxında yerləşir.
Hazırda təyyarənin tapılması istiqamətində qüvvələr səfərbər edilib. Hələlik onun qəzaya uğraması təsdiq olunmayıb.
Qeyd edək ki, "Antonov-32" taktiki nəqliyyat təyyarələri Hindistan hava qüvvələrində 1984-cü ildən geniş istifadə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]