Hindistanda üç avtomobilin toqquşması nəticəsində 16 nəfər ölüb
Bakı, 27 avqust, AZƏRTAC
Hindistanda üç avtomobilin toqquşması nəticəsində azı 16 nəfər, o cümlədən üç uşaq həlak olub, beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC “Times of India” qəzetinə istinadla xəbər verir ki, insident avqustun 27-də səhər saatlarında ölkənin şimalında yerləşən Uttar-Pradeş ştatının Şahcahanpur şəhəri rayonunda baş verib. Burada sürətlə hərəkət edən yük maşını iki avtomobilə çırpılıb və onlardan birinin üzərinə aşıb.
Avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol-nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [21:52]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [20:55]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:32]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [19:17]
Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]
Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?
- 13.06.2026 [22:26]
15 İyun xalqın strateji seçimi idi – ŞƏRH
- 13.06.2026 [22:21]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [22:01]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [21:25]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [21:11]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [20:36]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [20:21]