Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hindistanlı ekspert: Azərbaycanın bir sıra təşəbbüsləri BRICS üzvlərinə fayda verəcək - MÜSAHİBƏ

Hindistanlı ekspert: Azərbaycanın bir sıra təşəbbüsləri BRICS üzvlərinə fayda verəcək - MÜSAHİBƏ

Bakı, 27 sentyabr, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycan Braziliya, Rusiya, Hindistan və Çinin əsasını qoyduğu, sonradan Cənubi Afrikanın da qoşulduğu qüdrətli iqtisadi blok olan BRICS qrupuna üzv olmaq istəyən ən son ölkələrdən biri oldu. BRICS-in artan iqtisadi və siyasi təsirləri Azərbaycanın bu bloka olan marağının mənbəyidir. Misir, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və İranı əhatə edən son genişlənmə ilə BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Karbohidrogenlərdən asılılığını azaltmağa və iqtisadiyyatını şaxələndirməyə çalışan Azərbaycan üçün BRICS böyük bazarlara çıxış, texnologiya transferi və inkişaf təcrübəsini təmin edə bilər.

Mövzu ilə bağlı AZƏRTAC-ın suallarını hindistanlı ekspert, professor Mridula Qhoş cavablandırır.

- Azərbaycan BRICS-ə qoşulmaqla hansı iqtisadi fayda əldə edə bilər?

- Azərbaycan BRICS-ə qoşulmaq üçün cari il avqustun ortalarında müraciət edib. İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astana sammitində Azərbaycanın BRICS-ə qoşulmaq niyyətini əks etdirən Azərbaycan və Çin arasında Birgə Bəyannamə dərc olundu və Çin Azərbaycanın BRICS-ə üzvlük ərizəsini təsdiqlədi.

2009-cu ildən sonra on ildən çox müddət ərzində blok həm coğrafi, həm də mədəni baxımdan müxtəlif olan cəmi beş ölkədən - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət idi, halbuki ümumi məxrəc onların hamısının inkişaf etməkdə olan iqtisadiyyata sahib ölkələr olması idi. Bu ilin yanvarında onlara İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri də qoşuldu. Azərbaycanın müraciəti ilə yanaşı, Səudiyyə Ərəbistanı da qoşulmaq arzusunu bildirib. Ümumilikdə, bu ölkələr birlikdə dünya əhalisinin təxminən yarısını və dünya iqtisadiyyatının dörddə birindən çoxunu təşkil edir. Beləliklə, BRICS-in Azərbaycan üçün iqtisadi faydası məsələsini bir neçə strateji baxımdan təhlil etmək olar.

Birincisi, Azərbaycanın Rusiya ilə yaxşı münasibətləri var, eyni zamanda, o Avropa üçün mühüm enerji və ticarət tərəfdaşıdır. BRICS-ə üzvlük Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində yaranan qütbləşmiş vəziyyətdə balans tapmaq cəhdidir. İkincisi, Azərbaycan bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. BRICS-ə qoşulmaq Azərbaycanın çoxtərəfli potensialını gücləndirəcək. Üçüncüsü, Azərbaycan strateji baxımdan yeni nəqliyyat dəhlizlərinin, xüsusən də həm Çin, həm də Hindistan üçün vacib olan Orta Dəhliz, Şimal-Cənub və Şərq-Qərb marşrutlarının mərkəzində yerləşir. BRICS Azərbaycanın bu logistik üstünlüyünə əhəmiyyət verəcək. Ən əsası isə Azərbaycan BRICS-ə qoşulmaqla mövcud ideoloji, hərbi və iqtisadi öhdəliklərindən əl çəkmədən və dəyişmədən Şərq-Qərb münasibətlərinin mərkəzində olacaq.

- BRICS ölkələrinin iqtisadiyyatları ilə əməkdaşlıqdan Azərbaycan iqtisadiyyatının hansı sektorları daha çox faydalana bilər?

- İlk baxışdan BRICS böyük bazarlara çıxış, texnologiya transferi və inkişaf təcrübəsini təmin edir. Sırf iqtisadi təşkilat olaraq, həm də üzv ölkələr arasında qarşılıqlı investisiyaları qorumaq, güzəştli ticarət tarifləri yaratmaq və yeni nəqliyyat dəhlizlərini inkişaf etdirmək məqsədi daşıyır. Əməkdaşlığın əsas istiqamətləri qısamüddətli perspektivdə infrastruktur layihələri və nəqliyyat dəhlizləridir. Azərbaycanın yaxşı inkişaf etmiş infrastrukturu, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin Avropaya alternativ ticarət yolları arzusunu tamamlayır, tranzit vaxtını 53 gündən 18-23 günə endirir. 2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın iştirakı ilə işə salınan Orta Dəhliz Xəzər dənizi vasitəsilə Çini Avropa ilə birləşdirir. 2023-cü ildə bu marşrut üzrə yük daşımaları 2,75 milyon tona çatıb ki, bu da əvvəlki illə müqayisədə 64 faiz çoxdur. BRICS-ə qoşulmaq imtiyazlı ticarət sazişlərini asanlaşdıra, Çin və Azərbaycan arasında ticarəti artıra və Çinin Qafqaz bazarlarına çıxışını artıra bilər. Bu, həmçinin Azərbaycanın texnologiya, kənd təsərrüfatı və infrastruktur sektorlarında Çin investisiyalarını stimullaşdıra bilər.

- BRICS çərçivəsində Azərbaycan üçün yaşıl enerji sahəsində əməkdaşlıq hansı perspektivlər aça bilər?

- Biz bilirik ki, Azərbaycan karbohidrogenlərdən asılılığını azaltmağa və iqtisadiyyatını şaxələndirməyə çalışır. Məqsəd 2030-cu ilə qədər enerjisinin 30 faizini bərpaolunan mənbələrdən əldə etmək, yaşıl enerjiyə keçid layihələrinə 2 milyard dollar sərmayə qoymaqdır. Günəş və külək texnologiyalarına, Çin sərmayəsinə böyük ümidlər var. Beləliklə, Çin BRICS ölkəsi kimi Azərbaycanla əməkdaşlıq edəcək. Azərbaycanın bir sıra təşəbbüsləri regional inteqrasiyanı təşviq etməklə BRICS üzvlərinə fayda verəcək. Azərbaycanın COP29-a ev sahibliyi etməsi vacibdir. Bununla əlaqədar olaraq, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) və Azərbaycanın Energetika Nazirliyi 15-16 noyabr 2024-cü il tarixlərində Bakıda Mərkəzi Asiya üçün birinci Enerji Keçid İnvestisiya Forumuna ev sahibliyi edəcək. Bu forum Mərkəzi Asiyaya investisiya cəlb etməyə və bir-biri ilə əlaqəli regionlararası enerji sistemləri qurmağa imkan verəcək ki, bu da uzun onilliklər ərzində diqqətdən kənarda qalıb.

Qarşıdan gələn COP29 iqlim sammitində başqa bir təşəbbüs Orta Dəhlizi yaşıl nəqliyyat marşrutuna çevirmək, karbon emissiyalarını qiymətləndirmək və karbon izlərinin azaldılması təşəbbüslərini təşviq etməklə Orta Dəhliz boyunca yerləşən ölkələr, o cümlədən Qazaxıstan, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığı gücləndirməkdir. Bundan əlavə, Çin, Qazaxıstan, Türkiyə və Avropa ilə sıx əməkdaşlıqda Orta Dəhlizdən kənarda texniki inteqrasiyalar araşdırılır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Azərbaycanın irəli sürdüyü 14 təşəbbüsdə beş əsas prinsipə baxılacaq: maliyyələşmənin uçotu, praqmatizm, regional aspektlər, təbiət və insan ehtiyacları. COP28-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2050-ci ilə qədər emissiyaları xalis sıfıra çatdıracağını açıqladı. Digər yeni inkişaf Almaniyanın Qazaxıstan, Özbəkistan və Azərbaycanla birlikdə iştirak etdiyi Trans-Xəzər Yaşıl Enerji Kabel Xətti Layihəsi çərçivəsində yaşıl enerjinin rəqəmsal texnologiyalarla əlaqələndirilməsidir.

- BRICS-ə qoşulmaq Azərbaycana xarici investisiya axınına necə təsir edə bilər?

- Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın BRICS ölkələri ilə ticarət dövriyyəsi cari ilin ilk 7 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə 9,2 faiz artaraq 5,8 milyard dolları ötüb. Bu ilin yanvar-iyul aylarında BRICS ölkələri ilə ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsinin 21,65 faizini təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 4,08 faiz bəndi çoxdur. Bu, Azərbaycan ilə BRICS ölkələri arasında artan iqtisadi əlaqələri vurğulayır. İnvestisiyalar ikitərəfli xarakter daşıya bilər. BRICS üzvü olan ölkələr xüsusi layihələrə töhfə verirlər. Nəzərə almalıyıq ki, BRICS ölkələri - Çin, Hindistan, Braziliya və Cənubi Afrika - Avropa Birliyi və ABŞ, yəni Qərblə birlikdə 3 trilyon ABŞ dolları dəyərində ticarətə malikdir. Qərblə nəzərəçarpacaq dərəcədə qarşılıqlı asılılıq var. Bundan əlavə, iqtisadiyyatların iş rejimi Qərb bazarı standartlarına uyğundur. Beləliklə, investisiya sahəsi Qərb modelindən fərqlənməyəcək. Azərbaycan istehsal etdiyi məhsulun 80 faizini Qərb ölkələrinə, o cümlədən Türkiyə və İsrailə ixrac edir. Azərbaycana gələn xarici sərmayənin 85 faizi də Qərbdən gəlir. Beləliklə, investisiya məsələsi siyasi deyil, iqtisadi və praqmatik olacaq. İdeal olaraq, BRICS-in genişlənməsi anti-Qərb blokunun yaradılması və ya yaranması demək deyilsə, bütün üzvlər bundan faydalanacaq.

- Azərbaycan BRIСS-in inkişafında hansı rolu oynaya bilər?

- İqtisadi faydalardan əlavə, BRICS-ə üzvlük Azərbaycanın daha çoxqütblü dünya nizamı yaratmaq ambisiyalarına uyğundur. Blokun çoxtərəfliliyi vurğulaması və onun ənənəvi Qərbin üstünlük təşkil etdiyi beynəlxalq sistemə alternativ statusu Azərbaycanın xarici siyasət mövqeyi ilə səsləşir. Rəsmi Bakı inkişaf etməkdə olan ölkələrlə əlaqələri gücləndirməklə yanaşı, Rusiya və Qərblə münasibətləri balanslaşdırmağa çalışır. Qlobal səhnədə Azərbaycan BRIСS ambisiyaları ilə mövcud Qərb əlaqələri, xüsusən də Aİ ilə enerji tərəfdaşlığı arasında ehtiyatlı tarazlıq yaratmalıdır. Azərbaycan da BRIСS çərçivəsində daxili ziddiyyətlər üzərində diqqətlə manevr etməli olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir

Professor: Filizçay filizinin mürəkkəb tərkibi onun ənənəvi üsullarla zənginləşdirilməsini çətinləşdirir

Marqarita Kərimova-Sokolova: Üzeyir Hacıbəylinin irsi yaşayır, inkişaf edir və insanları davamlı olaraq birləşdirir

Milli Kitabxanada “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib