Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hüquq elmləri doktoru: Erməni terrorçularının və ekstremistlərinin əməllərinə BMT TŞ-də qiymət verilməlidir

Hüquq elmləri doktoru: Erməni terrorçularının və ekstremistlərinin əməllərinə BMT TŞ-də qiymət verilməlidir

Bakı, 31 avqust, AZƏRTAC

Erməni terrorçuları və ekstremistlərinin əməllərinə BMT Təhlükəsizlik Şurasında qiymət verilməlidir. Bu barədə AZƏRTAC-a hüquq elmləri doktoru, professor, fövqəladə və səlahiyyətli səfir, 2-ci dərəcə dövlət müşaviri Namiq Əliyev erməni mənşəli bir qrup şəxsin Azərbaycanın Livandakı səfirliyinə hücumunu şərh edərkən deyib.

Azərbaycan Xarici İşlər Nazirliyi cümə axşamı bildirdi ki, erməni mənşəli 50 şəxs Azərbaycan Respublikasının Livan Respublikasındakı səfirliyinin önündə aksiya keçirərək diplomatik nümayəndəliyin inzibati binasının hasarlarına zərbələr endirmiş, ona özləri ilə gətirdikləri rəng və partlayıcı maye olan şüşələr atmışdır.

Agentliyin həmsöhbəti qeyd edib: “Siyasi, diplomatik və ya hərbi sahələrdə məğlubiyyətə uğrayanda, beynəlxalq hüquq, beynəlxalq münasibətlərdə ümumi normalar və davranış qaydaları nöqteyi-nəzərindən arqumentləri qalmayanda, dünya erməniləri fəallaşır. Sistemli erməni cinayətləri və təxribatlarında etnik ermənilərin son onilliklər ərzində bütün dünyada, o cümlədən Fransada da törətdikləri silsilə terror aktlarına lazımi qiymət verməyən beynəlxalq ictimaiyyət də təqsirkardır. Bu azmış kimi, terror aktlarının və qətllərin törədilməsində təqsirli bilinən bir neçə nəfər onlara verilmiş cəzadan vaxtından əvvəl azad edilib. Dünya ictimaiyyətinin ermənilərin Azərbaycan səfirliyinə hücumuna belə “diqqətsizliyi” daha ciddi fəsadlara gətirib çıxara bilər. BMT Təhlükəsizlik Şurasında erməni terrorçularının və ekstremistlərinin törətdikləri əməllərə qiymət verilməlidir”.

Bu insidentin Azərbaycanın xaricdəki səfirliklərinə qarşı birinci hücum olmadığını qeyd edən Namiq Əliyev vurğulayıb ki, erməni diasporu cinayətlər törədilməsi ilə müşayiət olunan bu cür təxribatlar təşkil edir və permanent olaraq, onların təkrarlanmayacağını hesab etmək üçün heç bir əsas yoxdur.

O xatırladıb ki, 18 aprel 1961-ci il tarixli diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq “qədim vaxtlardan bütün ölkələrin xalqları diplomatik agentlərin statusunu tanıyır”. Həmin Konvensiyanın 22-ci maddəsinə əsasən, nümayəndəlik binaları toxunulmazdır. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Vyana Konvensiyasının 29-cu maddəsinə müvafiq olaraq isə, “diplomatik agentin şəxsiyyəti toxunulmazdır. Yerləşmə dövləti ona lazımi hörmətlə yanaşmalı və onun şəxsiyyəti, azadlığı, yaxud şərəfinə istənilən qəsdlərin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir.

Namiq Əliyev əlavə edib: “Səfirliyə, onun əmlakına vurulan zərər bu cinayətin törədilməsində təqsirkar olan şəxslərin tapılmasından asılı olmayaraq, diplomatik nümayəndəliyin yerləşdiyi dövlət tərəfindən kompensasiya edilməlidir”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əmək və Məşğulluq” altsistemi İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin müsabiqəsində “Çempion layihə” seçilib

“Yaradıcı müzakirələr” layihəsinin 2024-cü il üzrə birinci hissəsi Şamaxıda yekunlaşıb

Baş prokuror Ağsuda vətəndaşları qəbul edəcək

Ermənistan gec-tez Xocalı soyqırımını etiraf etmək və üzr istəmək məcburiyyətində qalacaq – AÇIQLAMA

Nazir müavini: Azərbaycanda 2019-cu ilin noyabrından indiyədək 560 uşaq övladlığa götürülüb

“Neftçi” klubu baş icraçı direktoru ilə yollarını ayırıb

Komitə sədri: Uşaqların sağlam ruhda tərbiyəsi kompleks bir işdir və hər birimizin borcudur

Bruneyin Sultanı Hacı Həssənal Bolkiahdan

Olaf Şolts Ukrayna ilə bağlı gözlənilməz bəyanat verib

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib

NBA-da ikinci finalçı da bəlli olub

Elçin Əmirbəyov: İnanırıq ki, beynəlxalq ictimaiyyət minatəmizləmə yükünün bölüşdürülməsinə kömək edəcək

Metronun stansiya və tunellərinin mikroiqlim şəraitinin yaxşılaşdırılması ilə bağlı yenilik tətbiq ediləcək

Gəncədə “Cücələrim” uşaq festivalı başlayıb

ÜST: Tütün sənayesi gəncləri hədəf alıb

Ş.B.Alxasovun Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Milli Məclisin yaz sessiyasında sonuncu iclası keçirilir

Azərbaycanla Pakistanın hərbi sahədə əməkdaşlığının perspektivləri müzakirə edilib

Milli Kitabxanada Xalq artisti Oqtay Zülfüqarova həsr edilmiş kitab sərgisi açılıb

Türkiyə millisinin baş məşqçisi: Bizi Azərbaycan yığması ilə iki kritik oyun gözləyir

Paytaxtda 21 min 530 uşaq məktəbəhazırlıq qruplarını başa vurur

Sabahdan Bakı metrosunun ventilyasiya sistemi yay qrafikinə keçirilir

Seçmə mərhələ: Azərbaycan millisi Türkiyə yığmasına qarşı

Azərbaycanın voleybol yığmaları Estoniya seçmələri ilə qarşılaşacaq

Xaçmazda saxlanılan 2 nəfərdən heroin və psixotrop maddə götürülüb

Azərbaycanda GPON tarifləri üzrə internetin sürəti artır

Azərbaycan Kubokunda son 16 mövsümün məhsuldarlıq rekordu

Yeni “mygov”un ilkin versiyası Cenevrədə nüfuzlu mükafata layiq görülüb

BMT-nin kiçik ada dövlətlərinin inkişafı üzrə yol xəritəsi qəbul edilib

Bu gün Xalq artisti Sara Qədimovanın 102-ci ildönümü tamam olur

Dövlət Xidməti şəhid övladları üçün bayram təşkil edib VİDEO

Yazıçılar Birliyində “Qədir Aslan - 80” xatirat kitabının təqdimatı olub

Beynəlxalq humanitar minatəmizləmə konfransı işini Bakıda davam etdirir

Xocalı Böyük Qayıdış proqramının ən əhəmiyyətli səhifələrindən biridir ŞƏRH

DİN: Mayın 30-da 2 tapança və 2 tüfəng təhvil götürülüb

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasından 95 il ötür

“Azeri Light” markalı neft ucuzlaşıb

Dünya birjalarında neft ucuzlaşıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsinin inkişafına 1 milyon manat güzəştli kredit ayrılıb

Qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Egey dənizində 141 qanunsuz miqrant saxlanılıb

Bakıda tozlu hava şəraiti davam edir

Yeni Kaledoniyada uçuşların bərpası yenidən təxirə salınıb

Kanak siyasətçi: Makronun Yeni Kaledoniya ilə bağlı siyasəti işə yaramır

Bu gündən məktəbəhazırlıq qruplarında tədris prosesi yekunlaşır

Əfsanəvi “Beatles” qrupunun gitarası hərracda rekord qiymətə satılıb

Laçına köçən sakin: Bu gün artıq uzun illərin məşəqqəti sona çatır

Böyük Qayıdış: Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Məhkəmə Donald Trampı bütün ittihamlar üzrə təqsirli hesab edib

Azərbaycan Türkiyədə keçirilən “QastroShow”da təmsil olunur

Xərçəngin müalicəsinə ilk cəhd 4 min il əvvəl edilib

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Bayram Salamovun sərgisi açılacaq

Rusiya aviaşirkəti Minvodıdan Gəncəyə həftəlik reys açır

Praqada NATO-ya üzv dövlətlərin XİN başçılarının ikigünlük sammiti keçirilir

UNESCO-nun mənzil-qərargahında Bakının ev sahibliyi edəcəyi COP29 konfransından danışılıb

Antoni Blinken və Hakan Fidan Qafqazda sülh imkanlarını müzakirə ediblər

Neftçalada elmi-praktik konfransda ekoloji məsələlər müzakirə olunub

Şimali Kiprin nümayəndə heyəti Mərkəzi Elmi Kitabxananı ziyarət edib

“Günəş kimi parlayan uşaqlar” podiuma çıxıblar

Bakı Musiqi Akademiyasında simfonik orkestrin konserti keçirilib

İsa Həbibbəyli Nobel mükafatı laureatı Əziz Sancarla görüşüb

Nobel mükafatçısı Aziz Sancar Azərbaycana gəlib

Fransız Polineziyası nümayəndə heyətinin iştirakı ilə Milli Məclisdə mətbuat konfransı keçirilib VİDEO

Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib

“Gənc arıçı” layihəsinin təlim mərhələsinə start verilib

Azərbaycan səfiri Rusiya xarici işlər nazirinin müavini ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Gürcüstan MSK qərarları sadə səs çoxluğu ilə qəbul edə biləcək

Reyçel Avraam: Beynəlxalq ictimaiyyət Ermənistana sanksiyalar tətbiq etməlidir

Hərbi İdarəetmə İnstitutunun təkmilləşdirmə kursunun növbəti buraxılışı olub

Lüksemburqda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Belçika-Azərbaycan Ticarət Palatasının təsis edilməsi təşəbbüsü irəli sürülüb

ADNSU-da “Səhnəarxası görüşlər” kitabının təqdimatı olub

“Tik-Tok”da xanımların fotolarını yayan şəxsi polis saxlayıb

Ölkə ərazisində küləyin sürəti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib

Azərbaycanın xarici işlər naziri Pakistanın Baş naziri ilə görüşüb

Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda konfrans keçirilib - YENİLƏNİB-2

Azərbaycan azad edilmiş torpaqların dirçəliş modeli ilə də dünyanın diqqətindədir ŞƏRH

® “Unibank” təmir-tikinti işləri ilə bağlı tender keçirir

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahdan

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

KOBİA: Azad edilmiş ərazilərdə biznes qurmaq üçün xaricdən olan müraciətlərin sayı 500-ü ötüb

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfidən

Türkiyənin əmək və sosial müdafiə naziri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Elm-təhsil sahəsində Azərbaycan-Şimali Kipr əməkdaşlığının perspektivləri müzakirə olunub

Barselonada Azərbaycanın Müstəqillik Günü və Rəsulzadənin 140 illik yubileyi qeyd olunub

Tacikistanda Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edilir

Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markosdan

Türkiyənin əmək və sosial müdafiə naziri 1 saylı DOST Mərkəzi ilə tanış olub

Dövlət hesabına təhsil alacaq tələbələrin əhatə dairəsi genişləndirilir

“Avro-2024”: Danimarka millisinin heyəti açıqlanıb

İrlandiyanın Prezidenti Maykl Higginsdən

Kanadanın General-Qubernatoru Meri Saymondan

ADAU-da 16-cı Karyera sərgisi: 100-dən çox şirkət, 1000-dən çox vakansiya

Beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları Zəngilanın Ağalı kəndində olublar

Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu başlanıb

Tədris digər dillərdə aparılan I siniflərə qəbul üçün müsahibələr yekunlaşıb

Azərbaycanda keçirilən beynəlxalq minatəmizləmə konfransı İordaniya mətbuatının diqqət mərkəzindədir