Azərbaycan səfiri Rusiya xarici işlər nazirinin müavini ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib
Moskva, 30 may, AZƏRTAC
Rusiya xarici işlər nazirinin müavini və Azərbaycanın Moskvadakı səfiri ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
AZƏRTAC Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Moskvada Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycanın səfiri Polad Bülbüloğlu arasında görüş keçirilib.
Söhbət zamanı 22 fevral 2022-ci il tarixli Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının reallaşdırılması kontekstində ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə edilib.
“Müzakirələr Rusiya-Azərbaycan dialoquna xas olan dostluq və konstruktiv mühitdə keçib”, - deyə məlumatda deyilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]