Bakı Musiqi Akademiyasında simfonik orkestrin konserti keçirilib
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Xalq artisti, dirijor Ramiz Məlik-Aslanovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Simfonik Orkestrinin təntənəli konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, BMA-nın “İfaçılıq” kafedrasının tələbələrindən ibarət orkestrin ifasında Hektor Berliozun "Fantastik simfoniya" və Lüdviq Van Bethovenin “Simfoniya No 9” (l hissə) əsərləri dinləyicilərə təqdim olunub.
Tamaşaçıların zövqünü oxşayan konsert tədbiri gurultulu alqışlarla qarşılanıb.