Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konfrans iştirakçılarını Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayaraq tədbirin işinə uğurlar arzulayıb.

Milli Məclis sədrinin birinci müavini Azərbaycan dövlətinin və xalqının neokolonializm siyasətinə qarşı hər zaman ciddi müqavimət göstərdiyini diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının xüsusilə, Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin bu problemlə bağlı beynəlxalq səviyyədə apardığı müzakirələrin vacibliyini vurğulayıb. Nəzərə çatdırıb ki, Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir.

Qeyd olunub ki, son dövrlər BMT Baş Assambleyası çərçivəsində bir sıra müsbət qərarlar qəbul edilib. BMT Baş Assambleyasının 17 may 2013-cü il tarixli “Fransız Polineziyasının öz müqəddəratını təyinetmə” adlı qətnaməsində bu xalqın öz müqəddəratını təyin etməsi və müstəqillik qazanması onun əsas hüququ kimi göstərilib. Bu qətnamənin qəbulu Maohi Nui dövlətinin və “Tavini Huiraatira” partiyasının nümayəndələrinin apardığı əzmkar mübarizinin nəticəsidir. Lakin bu koloniyaların Fransız əsarətindən hələlik tam azad olmadığı təəssüflə bildirilib. Bugünkü konfransın əsas mövzusunun da bu problemlərin həlli yollarına yönəldiyi söylənilib. Qeyd edilib ki, BMT Baş Assambleyasının digər sənədində kolonializmə görə təzminat məsələsi öz əksini tapıb. Burada müstəmləkəçiliyin vurduğu ziyana görə təzminat və kompensasiya hüququ təmin edilib.

Diqqətə çatdırılıb ki, beynəlxalq hüquqda dövlətlərin hərbi cinayətlərə, soyqırımı aktlarına və insanlığa qarşı cinayətlərə görə məsuliyyət nəzərdə tutulur. Lakin müstəmləkə və postkolonial dövrünün cinayətlərinə görə beynəlxalq hüquqda məsuliyyətə cəlb edilmək üçün yüksək məhkəmə həddini aşmaq lazımdır. Vurğulanıb ki, Fransa uzun illər qeyri-insani rəftar nümayiş etdirərək adalarda 200-ə yaxın nüvə sınaqları keçirib və Maohi Nui xalqı bundan çox böyük əziyyət çəkib. BMT Baş Assambleyasının müvafiq qətnaməsində də nüvə sınaqlarının sağlamlığa və ətraf mühitə mənfi təsiri məsələsi öz əksini tapıb. BMT Nizamnaməsinə və Baş Assambleyanın qətnamələrinə görə bu gün artıq Maohi Nui xalqı öz müqəddəratını təyinetmə hüququna malikdır. Bu məsələdə Azərbaycan daim ədalətin və Maohi Nui xalqının yanındadır.

Sonra konfransda çıxış edən Fransız Polineziyası nümayəndə heyətinin rəhbəri, “Tavini Huiraatira” partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu xalqının və təmsil etdiyi partiyanın öz məqsədlərinə çatmaq üçün göstərdiyi səylərdən bəhs edib. O, Fransanın BMT qətnamələrinə məhəl qoymadığını, nüvə sınaqlarını davam etdirmək istədiyini bildirib. Ölkəsinin təcrid olunduğunu bildirən qonaq xalqının səsini geniş ictimaiyyətə çatdırmaq üçün yaradılan imkana görə Azərbaycan Respublikasına təşəkkürünü ifadə edib. Viktor Maamaatuaiahutapu siyasi baxımdan gənc xalq olduqlarını və ədalətin bərpası üçün Azərbaycanın dəstəyinə ehtiyac duyduqlarını vurğulayıb.

Konfransda çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov müasir dövrdə kolonizasiya siyasətinin hələ də davam etdiyini, müstəmləkə altında olan müxtəlif xalqların hüquqlarının pozulduğunu bildirib. Deputat bildirib ki, qlobal dekolonizasiyanın əhəmiyyətini dünya miqyasında təsdiq edən BMT Baş Assambleyasının 14 dekabr 1960-cı il tarixli “Müstəmləkə ölkələri və xalqlarına müstəqilliyin verilməsi haqqında” Bəyannaməsi qəbul edilsə də, onun həyata keçirilməsi hələ də təmin edilməyib. Fransız Polineziyasında mövcud vəziyyət bunun bariz nümunəsidir. Fransız Polineziyasında keçirilən nüvə sınaqları nəticəsində 100 mindən çox insanın zərər gördüyünü deyən deputat, Fransa dövlətinin yalnız 2010-cu ildə nüvə sınaqlarının qurbanlarına kompensasiya üzrə komissiya yaratdığını və 2022-ci ilədək 454 sakinə kompensasiya verdiyini və onlardan yalnız 63 nəfərin polineziyalı olduğunu söyləyib. Bildirilib ki, 1996-cı ildə Fransa Polineziyası BMT-nin dekolonizasiya edilməli ərazilər siyahısından çıxarılaraq bu siyahıya 2013-cü ildə yenidən daxil edilib. Beynəlxalq sənədlərə və yerli xalqın azadlıq mübarizəsinə baxmayaraq, Fransa bu gün də Polineziyada öz müstəmləkəçilik siyasətini davam etdirir. N.Səfərov Azərbaycanın Fransız Polineziyasına dair mövqeyinin beynəlxalq hüquqa, ədalət prinsiplərinə, xalqların öz müqəddəratını təyinetmə hüquqlarına əsaslandığını bildirib.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov müstəmləkəçiliklə üzləşən xalqların problemlərini geniş ictimaiyyətə çatdırmaq məqsədilə bir sıra beynəlxalq konfranslar keçirdiklərini diqqətə çatdırıb. O, Fransanın BMT tərəfindən dekolonizasiya ilə bağlı keçirilən tədbirləri hər dəfə boykot etdiyini söyləyib. Bakı Təşəbbüs Qrupu ilə “Tavini Huiraatira” Partiyası arasında əməkdaşlıq haqqında memorandum imzalandığını deyən icraçı direktor ölkəmizin müstəmləkəçilikdən azad olmaq istəyən xalqların hər zaman yanında olduğunu bildirib.

Sonra tədbirdə Milli Məclisin komitə sədrləri Səməd Seyidov, Ziyafət Əsgərov, Zahid Oruc, Fazil Mustafa çıxış edərək Azərbaycan dövlətinin və xalqının humanizm və ədalətlilik prinsiplərinə əsaslanaraq Fransanın kolonializm siyasətinə qarşı mübarizə aparan ölkələrə dəstək verdiyini bildiriblər. Çıxışlarda vurğulanıb ki, hər zaman sülh tərəfdarı olan bir ölkə kimi Azərbaycan müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizəni həmişə dəstəkləyib, bu istiqamətdə öz səylərini əsirgəməyib, Qoşulmama Hərəkatının sədri qismində müstəmləkəçiliyə qarşı mübarizədə öz prinsipial mövqeyini nümayiş etdirib.

Fransa Polineziyası nümayəndə heyətinin üzvləri Marania Vaianui, Klif Lusan, Tevaipaea Hoiore, Lüdovik Vanie, Heinui Lö Kay, Mariel Kohumoetini, Morea Mamatuaiahutapu Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər. Fransanın Polineziya xalqını siyasi, iqtisadi, mənəvi, mədəni sahələrdə öz təsiri altında saxladığını, onun təbii sərvətlərini mənimsədiyini söyləyiblər. Mövcud problemlərin müzakirəsi üçün beynəlxalq səviyyədə təşəbbüslərin irəli sürülməsinin, birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Qonaqlar ölkəmizin Fransız Polineziyasının müstəmləkəçilikdən azad olması uğrunda mübarizəsini müdafiə etdiyinə görə öz minnətdarlığını ifadə ediblər, bu istiqamətdə göstərilən səyləri yüksək qiymətləndiriblər.

Konfransın sonunda çıxış edən Fransız Polineziyası nümayəndə heyətinin rəhbəri, “Tavini Huiraatira” partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu diqqətə çatdırıb ki, 40 il əvvəl müstəqillik uğrunda mübarizədə onlar kiçik bir qrup idilər. Bu kiçik qrupla və məhdud imkanlarla torpaqlarını onların əllərindən alan böyük qüvvəyə qarşı mübarizə aparırdılar. O bildirib ki, həmin dövrdə sadəcə olaraq “fransız deyiləm” demək həbsə atılmaq üçün kifayət edirdi. Bu yolda dəfələrlə zindanlara atılmağa, aclıq və səfalətlə üzləşməyə baxmayaraq, hər zaman amallarına sadiq qaldılar. Çünki bilirdilər ki, bu onların haqqıdır, hüququdur və həqiqət, ədalət onların tərəfindədir. Bu da mübarizəni davam etdirməyə güc verirdi.

Viktor Maamaatuaiahutapu vurğulayıb ki, apardıqları mübarizə xalqlarının mövcudluğu uğrunda savaşıdır: “Biz Fransadan, sadəcə, xalqımızın yaşamaq hüququnu tələb edirik, haqq səsimizi çatdırmağa çalışırıq. Bu gün Fransa hələ də bizi eşitmək, dinləmək istəmir, bizi təhdid, qorxu və təzyiq altında saxlayır. Halbuki özü insan haqlarından, demokratiyadan danışır. Lakin biz artıq buna inanmırıq. Ona görə də biz buradayıq və inanırıq ki, ədalətə nail olmaq üçün dostların təcrübəsi və dəstəyi ilə Maohi Nui xalqı öz azadlıq mübarizəsini sonadək davam etdirəcək”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli müzakirələrə yekun vuraraq Azərbaycan dövlətinin və xalqının Fransız Polineziyasının hüquqlarının qorunmasında və müstəqillik uğrunda mübarizəsində öz dəstəyini davam etdirəcəyini bildirib.

Konfransda Milli Məclisin deputatları, aidiyyəti qurumların nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib