MƏDƏNİYYƏT
HÜSEYN CAVİD HAQQINDA SƏNƏDLİ FİLMİN ÇƏKİLİŞİ BAŞA ÇATMAQ ÜZRƏDİR
Respublika Mədəniyyət Nazirliyinin Kino Baş İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişdilər ki, görkəmli Azərbaycan dramaturqu və şairi Hüseyn Cavid haqqında sənədli filmin çəkilişi başa çatmaqdadır.
Hüseyn Cavid mütərəqqi romantizm nümayəndələrinə mənsubdur. Azərbaycan ədəbiyyatında öz yoluna lirik şerlər müəllifi kimi başlamışdır. Sonra ona görkəmli sənətkar kimi şan-şöhrət gətirmiş “Şeyx Sənan”, “İblis”, “Topal Teymur” və digər dramları meydana gəlmişdir.
Filmin rejissoru Şamil Nəcəfzadə, ssenari müəllifi Azər Turan, elmi məsləhətçisi isə dramaturqun qızı Turan Caviddir. Film H.Cavidin vətəni Naxçıvanda və Bakıda çəkilmişdir.
Filmin təqdimat mərasimini oktyabrda- dramaturqun doğum günü ərəfəsində keçirmək nəzərdə tutulmuşdur.