İDMAN DƏRƏCƏLƏRİNƏ LAYİQ GÖRÜLMÜŞ İDMANÇILAR TƏLTİF OLUNMUŞLAR
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da Bakı şəhər Gənclər və İdman Baş İdarəsində 2008-ci ilin 9 ayı ərzində “İdman Ustalığına Namizəd” idman dərəcəsi almış idmançıların təltif olunma mərasimi keçirilmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirmişdir ki, hazırda ölkəmizdə 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarına ciddi hazırlıq görülür. Müvafiq dövlət strukturları, federasiya və cəmiyyətlərə bununla bağlı konkret tapşırıqlar verilmişdir.
Bu baxımdan idman ustalığına namizəd və idman ustası olmuş idmançılara bu Olimpiya oyunlarında böyük önəm veriləcəyini vurğulayan R.Abbasov onlar üçün xüsusu saytlar-bölmələr açılacağını, hər bir idmançının inkişaf tendensiyasının izləniləcəyini, onun hazırlıq səviyyəsinə nəzarət olunacağını söyləmişdir.
Statistik rəqəmlərə müraciət edən R.Abbasov qeyd etmişdir ki, cari ilin 9 ayı ərzində müxtəlif idman növləri üzrə 275 nəfər birinci, 215 nəfər isə “idman ustalığına namizəd” idman dərəcələrinə layiq görülmüşlər. “Neftçi” və “Təhsil” cəmiyyətlərini təmsil edən idmançılar arasında bu adlara layiq görülənlərin çoxluğunu müsbət hal kimi dəyərləndirən R.Abbasov mövcud çatışmazlıqlardan da danışmışdır.
Sonra idmanın bədii gimnastika, velosiped, həndbol, cüdo və otüstü xokkey növləri üzrə dərəcə almış idmançılara müvafiq kitabçalar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.10.2026 [21:37]
Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib
- 11.10.2026 [21:21]
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
- 11.10.2026 [20:47]
Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub
- 11.10.2026 [19:53]
“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam
- 11.10.2026 [19:01]
Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb
- 11.10.2026 [18:41]
“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib
- 11.10.2026 [18:06]
Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb
- 10.10.2026 [23:58]
Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var
- 10.10.2026 [23:01]
Bakıda beynəlxalq tanqo marafonu davam edir
- 10.10.2026 [22:34]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [21:32]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [21:28]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:49]
Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq
- 10.10.2026 [20:45]
Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir
- 10.10.2026 [20:18]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [20:00]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [19:51]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:28]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [19:05]