İdman gimnastikası üzrə 25-ci Bakı çempionatının və birinciliyinin ikinci gününə start verilib
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə kişi və qadın idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının ikinci gününə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışların ikinci günündə idman gimnastikası üzrə kişilər arasında 2010-2011-ci il təvəllüdlü balacalar, qadınlar arasında 2009-2010-cu il təvəllüdlü uşaqlar, 2011-ci il təvəllüdlü balacalar qüvvələrini sınayırlar.
Turnirdə 100-dən çox gimnast mübarizə aparır.
Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qruplarında məharətlərini göstərirlər.
Milli Gimnastika Arenasında Bakı Gimnastika Məktəbinin, "Ocaq" və "Neftçi" idman klublarının, Respublika Olimpiya İdman Liseyinin, habelə Sumqayıt şəhərinin yetirmələri iştirak edirlər.