Azərbaycan Dövlət İnformasiya Agentliyi

İflas: Ermənistanda siyasi zəlzələ gözləntiləri

İflas: Ermənistanda siyasi zəlzələ gözləntiləri

Ekspertlər son günlər Ermənistanda siyasi böhranın daha da kəskinləşdiyini bildirirlər. İrəvanda, sözün həqiqi mənasında, siyasi mühit qarışıb. Nikol Paşinyanın həyata keçirdiyi siyasətlə razılaşmayan vəzifəli insanların sayı artır və onlar hakim komandanı tərk edirlər. Cəmi bir il bundan öncə monolit görünən və bəzi dairələrin demokratik adlandırdığı siyasi komanda, əslində, dərin daxili ziddiyyətlər içərisində boğulurmuş. Hazırda Ermənistan cəmiyyətində, siyasi mühitində və işgüzar dairələrdə o qədər anlaşılmaz məqamlar yığılıb ki, ekspertlər hakimiyyətin iflasından bəhs edirlər. Bunun fonunda bir sıra yüksək vəzifəli şəxslərin istefa verməsi çox maraqlı təsir bağışlayır. Belə görünür ki, "inqilabçı" hökumət düşdüyü vəziyyətdən çıxış yolunu tapa bilmir. Onun nüfuzu sürətlə sıfıra yaxınlaşır. "Amulsar" qızıl mədəni ilə bağlı insanlar etiraz aksiyalarını davam etdirirlər. Onlara qarşı zor tətbiqinə etiraz edən Ermənistanın polis rəisi Valeri Osipyan işindən uzaqlaşdırılıb. Bununla N.Paşinyanın sözləri ilə siyasi kimliyi arasında dərin uçurumun olduğu üzə çıxır. Belə bir gedişatın ölkədə siyasi xaos meydana gətirəcəyinə inananlar az deyil. Bütün bunların fonunda Ermənistanda siyasi böhranın mümkün nəticələri və onların regional geosiyasi mənzərəyə təsir özəllikləri üzərində geniş dayanmağa ehtiyac görürük.

Siyasi yalan: erməni hakimiyyəti yeni xaos burulğanında

Məsəl var, deyərlər, "ya zəlzələdən, ya vəlvələdən"! Yəni, ya zəlzələdən, ya da vəlvələdən dağılacaq. Ermənistan hakimiyyəti bu vəziyyətdədir. Hökumətdə fikir ayrılıqları indi qarşıdurma səviyyəsinə yüksəlib və vəlvələ başlayıb. Bu vəlvələ siyasi zəlzələ ilə nəticələnə bilər. Bu barədə Ermənistan ekspertləri danışırlar (bax: məs., Акоп Бадалян. Политическое землетрясение: власть повышает градус жаркой осени / Lragir.am, 16 sentyabr 2019).

Hələ il yarım bundan öncə Nikol Paşinyanın başladığı hərəkatın demokratik olmadığı haqqında fikir bildirilirdi. Bir sıra ekspertlər isə bunun əksinə olaraq Ermənistanda "dinc demokratik hərəkat" baş verdiyindən dəm vururdular. Hətta Qərbin siyasi dairələri "erməni demokratiyası" kimi cəfəng bir ifadə işlədirdilər. Ancaq N.Paşinyanın fəaliyyət məntiqi göstərirdi ki, real olaraq bir siyasi şou göstərilir. İndi Ermənistan hakimiyyətində müşahidə edilən proseslər məhz bu qənaətin doğruluğunu təsdiq edir. Bu məqamı sübut edən bir neçə fakt üzərində dayanaq.

N.Paşinyan həyata keçirdiyi hərəkatı ona görə "məxməri inqilab" və ya "dinc demokratik erməni inqilabı" kimi qiymətləndirirdi ki, hərəkata qarşı polis güc tətbiq etmədi və etirazçılar da hökumət binalarını dağıtmadılar. Onlar təzyiqlə o zaman mövcud olan hakimiyyəti geri çəkilməyə məcbur etdilər. İndi özləri bu ilkin prinsipi pozurlar, həm də erməni cəmiyyəti üçün əhəmiyyəti olan bir məsələdə. "Amulsar" mədənini mühasirəyə alıb orada işləri dayandırmağı tələb edən kütləyə qarşı N.Paşinyan polisin zor tətbiq etməsini istəyib.

Bu, Milli Təhlükəsizlik Şurasının iclasında baş verib. İclasda ölkənin polis rəisi Valeri Osipyan bu təklifə etiraz edib və güc tətbiqinin ciddi toqquşmalar yarada biləcəyini deyib. Onda "demokrat", "məxməri" baş nazir deyib ki, eybi yoxdur, başqası onu edər. Bununla V.Osipyan oradaca istefa ərizəsini yazıb. Məlum olub ki, N.Paşinyan özünün Qərbdəki "demokrat" ağalarının göstərişlərini yerinə yetirməlidir. Həmin "demokratlar" da nəyin bahasına olur-olsun, "Amulsar"a gedən yolu açmağı tələb edirlər.

V.Osipyanın istefası KİV-də geniş yer aldı. Ancaq ondan əvvəl Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanetsyanın vəzifədən getməsi ilə bağlı ictimai müzakirələr başlamışdı. Erməni ekspertlər hesab edirlər ki, A.Vanetsyan N.Paşinyan komandasında açar isimlərdən biridir. O, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) akademiyasını bitirib. Sonra orada təkmilləşmə kursunu keçib. Yəni, peşəkar kadrdır. Ancaq keçən ilin mayında onu Ermənistan MTX-yə rəhbər qoyduqda, prezidentlə yanaşı, N.Paşinyan da ona çox inanırdı. A.Vanetsyan həqiqətən də fəaliyyətində hakimiyyəti çox bəlalardan və risklərdən qoruyub. İndi isə yollar ayrılır. Özü də A.Vanetsyanın dediyinə görə, prinsipial səbəblərdən istefa verib.

O, mətbuata verdiyi bəyanatında yazıb: "Dövlət quruculuğunda özəl məntiq var (burada söhbət, ümumiyyətlə, dövlət quruculuğu məntiqindən deyil, N.Paşinyan iqtidarının reallaşdırdığı dövlət quruculuğunun məntiqindən gedir - red.): qərarların kortəbii qəbulu, fəaliyyətdə inamsızlıq, birinci dərəcəli olanı ikinci dərəcəli olandan ayıra bilməyi bacarmamaq, daimi olanı keçici olandan ayıra bilməyən fəaliyyət obrazı, bunlar məqsədlərə aparan yol deyildir. Bunların zabit ləyaqəti, zabit rütbəsi ilə heç bir ümumi cəhəti yoxdur və hadisələrin bu cür gedişi ilə bir arada tutula bilməz. Qoy mənim istefam "dayanma"nın ayıldıcı addımı olsun..." (bax: əvvəlki mənbəyə).

İstefalar: inqilaba qarşı yetişən inqilab

Aydın ifadə olunub ki, Ermənistan hökumətinin həyata keçirdiyi siyasət yarıtmazdır. Orada kortəbii qərarlar, məntiqsiz və əsassız addımlar, baş verən proseslərin qeyri-obyektiv dəyərləndirilməsi və s. kimi məqamlar mövcuddur. Deməli, hətta A.Vanetsyan kimi kadrlar artıq həqiqəti gizlətməyin mümkünsüzlüyünü duyurlar. Onun kimi vəzifədə olanlar həmin hərəkəti bir il bundan qabaq da edə bilərdilər. Lakin görünür, erməni xisləti imkan verməyib. Hesab ediblər ki, N.Paşinyan Ermənistana doğrudan da demokratiya və suverenlik gətirəcək. Real hadisələr göstərir ki, N.Paşinyan və komandası sırf öz maraqları naminə hərəkət ediblər və indi bir vaxtlar özlərinin olduğu pozisiyada olanlara qarşı güc tətbiqinə razıdırlar. O halda N.Paşinyanın Robert Koçaryanı ittiham etməyə nə haqqı var? Onların ikisi də bir bezin qırağıdırlar.

Bunların fonunda iki hadisə Ermənistanda siyasi zəlzələnin yaxınlaşmasından xəbər verir. Onlardan biri R.Koçaryanın azadlığa çıxması üçün Konstitusiya Məhkəməsinin aldığı qərarın Ali Məhkəmə tərəfindən rədd edilməsidir. Buna paralel olaraq erməni parlamentinin sədri bəyan edib ki, Konstitusiya Məhkəməsinin məsələsi parlamentdə müzakirə olunmalıdır.

Digər hadisə N.Paşinyanın Ermənistanın keçmiş baş prokuroru Aqvan Ovsepyanı həbs etmək niyyətində olması ilə bağlıdır. Ekspertlər bunları yeni hakim komandanın "sərhədsiz iştahası" kimi xarakterizə edirlər. Ekspertlər hesab edirlər ki, A.Vanetsyan məhz bu kimi tendensiyaya görə istefa verib. O, müəyyən həddin gözlənilməsinə üstünlük verirmiş. Sürətli və sonu məlum olmayan radikal davranışların Ermənistanı uçuruma apardığına inanırmış.

Ekspertlər yeni istefaların mümkünlüyünü də istisna etmirlər. Onların fikrinə görə, artıq Ermənistan hakimiyyətində dərin çatlar meydana gəlib və aydın olub ki, N.Paşinyanın siyasəti səmərəli deyil. Maraqlıdır ki, cəmiyyətdə də ondan narazılıqlar getdikcə güclənir. İnsanlar konkret nəticələr gözləyirlər, baş nazir isə pafoslu ümumi ideoloji bəyanatlardan başqa real heç bir iş görə bilmir. Bu pafos da "Amulsar" dalğasının altında puç olub getdi. Gördülər ki, N.Paşinyan nə demokratdır, nə də vətənpərvər - boşboğazlıqdan başqa bir qabiliyyəti yoxdur!

Belə görünür ki, Ermənistanda siyasi böhran yeni mərhələyə keçib. Bu proses əsas olaraq N.Paşinyan komandasının yararsız siyasət yeritməsindən qaynaqlanır. Bununla yanaşı, ekspertlər hesab edirlər ki, burada Moskvanın da barmağı ola bilər. Xüsusilə Nikolay Patruşevin İrəvana səfəri zamanı N.Paşinyanla ayrıca "Amulsar" məsələsini müzakirə etməsi bu baxımdan maraq doğurur. Ermənistanda hazırda müşahidə edilən ziddiyyətli proseslər məhz bu səfərdən və danışıqlardan sonra vüsət aldı.

Ekspertlər güman edirlər ki, A.Vanetsyan siyasi fəaliyyətə başlayacaq. Belə olsa, Ermənistanda N.Paşinyan hakimiyyətinin ömrünün sona çatmaqda olduğu qənaəti yaranır. Məsələ belə deyil ki, mütləq A.Vanetsyan qalib gələcək. Əsas odur ki, yuxarıda vurğulanan məqamlardan görünür ki, Ermənistanda siyasi böhran hakimiyyətin yenilənməsi zərurətini ortaya qoyur. Konkret olaraq, N.Paşinyan layihəsi iflasa uğrayıb. Bu isə öz növbəsində bütün Cənubi Qafqazda geosiyasi dinamikanın yeniləşməkdə olduğunu təsdiq edir. Məsələnin bu tərəfi çox əhəmiyyətlidir. Çünki sübut olunur ki, Cənubi Qafqazda kənardan olan sifarişlərlə baş verən inqilabların perspektivi yoxdur. Gec və ya tez onlar iflasa məhkumdurlar. Eyni zamanda, N.Paşinyanın iflasından sonra "erməni məxməri inqilabı", "erməni demokratiyası" kimi ifadələrin real məzmunu olmayan frazalar olması tam qəbul ediləcək.

Bunlar, əlbəttə ki, regionun geosiyasi mənzərəsinə yeni risklər və qeyri-müəyyənlik gətirə bilər. Bu səbəbdən region ölkələri hazır olmalıdırlar. Mümkündür ki, Ermənistanda yaranmış siyasi boşluqdan istifadə edərək, müəyyən dairələr təxribatlar törətsinlər. Bunun qarşısı alınmasa, bütövlükdə Cənubi Qafqazın taleyi sual altına düşmüş olar. Ermənistan növbəti dəfə regionda risk, təhlükə və radikal davranışlar mənbəyinə çevrilir. Görünür, burada güclü dövlətlərdən hansısa balanslaşdırıcı rolunu oynamalıdır. Bunu proseslərin gedişi göstərəcək.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO