II DÜNYA MÜHARİBƏSİNDƏN BƏHS EDƏN FİLMLƏRDƏN FRAQMENTLƏR NÜMAYİŞ OLUNMUŞDUR
Mayın 3-də “Nizami” kinoteatrında “Müharibə və kino: 1941-1945” mövzusunda gerçəkləşən növbəti “kino axşamı”nda Mədəniyyət və Turizm Nazirliyi kino işləri şöbəsinin müdiri vəzifəsini icra edən Cəmil Fərəcov tədbirin əhəmiyyətindən danışmışdır.
Əvvəlki “kino axşam”larında olduğu kimi aparıcı yenə də kinoşünas Aydın Kazımzadə istər həmin, istərsə də sonrakı dövrlərdə müharibə mövzusunda çəkilmiş filmlərdən söz açmışdır. Bildirmişdir ki, müharibə dövründə bu mövzuda, əsasən, sənədli filmlər çəkilmişdir. Lakin sonralar “Bakıda küləklər əsir”, “Uzaq sahillərdə”, “Bizim Cəbiş müəllim”, “Mən ki gözəl deyildim”, “Tütək səsi”, “Şərikli çörək” və digər uğurlu ekran əsərləri yaradılmışdır.
Tədbirdə “Bizim Cəbiş müəllim”, “Uzaq sahillərdə”, “Tütək səsi” bədii filmlərindən fraqmentlər və faşizm üzərində möhtəşəm qələbəyə həsr olunmuş “Zəfər bayramı” sənədli filmi nümayiş etdirilmişdir.