Azərbaycan Dövlət İnformasiya Agentliyi

İİV-ə yoluxan şəxslər ailə həyatı qura bilərlər? - mütəxəssis açıqladı

İİV-ə yoluxan şəxslər ailə həyatı qura bilərlər? - mütəxəssis açıqladı

Bakı, 30 sentyabr, AZƏRTAC

İmmunçatışmazlığı virusları ilə yoluxmadan sonra virus insan orqanizminin daxili maye mühitlərində aktivliyə malik olaraq dövr edir. Qanda və digər bioloji mayelərdə dövr edən virus orqanizmdə CD4+ reseptorları olan hüceyrələrə aktiv şəkildə nüfuz edir. Müdafiə funksiyasını həyata keçirən orqan və sistemlər bu reseptorlarla xüsusilə zəngindir. Virus onun üçün hədəf hüceyrələr hesab olunan CD4 limfositləri zədələyir. Həmçinin dərinin, mədə-bağırsaq traktının, tənəffüs, sinir sisteminin, ümumilikdə orqanizmin patogen mikroorqanizmlərə, bakteriya və viruslara, xarici faktorların təsirinə qarşı müdafiə qabiliyyəti zəifləyir. Nəticədə orqanizmdə geriyə dönən və bəzən geriyə dönməz dəyişikliklər yaranmağa başlayır. İİV-ə yoluxan şəxslərin orqanizmində yaranan bu dəyişikliklər daha çox hallarda özünü dərinin müxtəlif xarakterli zədələnmələri, Kapoşi sarkoması, mədə-bağırsaq sisteminin kandidozu, vərəm, müxtəlif mənşəli pnevmoniyalar, ensefalopatiyalar şəklində büruzə verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Zəminə Paşayeva söyləyib.

Həkim İİV-ə yoluxmanın ilkin əlamətləri haqqında da danışıb: “İİV-ə yoluxan şəxslərdə müşahidə olunan kliniki əlamətlər digər infeksion və qeyri-infeksion xəstəliklərin əlamətləri ilə oxşardır. Belə ki, xəstəlik erkən mərhələlərdə daha çox ümumi halsızlıq, iştahanın zəifləməsi, periferik limfa düyünlərinin böyüməsi, hərarətin yüksəlməsi kimi əlamətlərlə özünü göstərir. Sonrakı mərhələlərdə isə İİV viruslarının replikasiyasının sürətlənməsi və virusun səviyyəsinin artması hesabına digər kliniki əlamətlər meydana çıxır. Dəridə müxtəlif xarakterli səpkilərin əmələ gəlməsi, ishal, ağız boşluğunun, qida borusunun kandidozu ilə əlaqədar qida qəbulunun çətinləşməsi, hərarətin davamlı yüksəlməsi, çəki itkisi, öskürək və digər əlamətlər müşahidə olunur. Sadalanan kliniki simptomların digər xəstəliklər zamanı da müşahidə olunduğunu nəzərə alaraq bu əlamətləri olan şəxslərin İİV-ə görə müayinədən keçmələri tövsiyə edilir.

Eyni zamanda, İİV infeksiyası özünün uzun müddət göstərməyə də bilər. Belə ki, bəzən İİV-ə yoluxan şəxslər 2 ildən 10 ilə qədər heç bir kliniki əlamət və simptom müşahidə olunmadan yaşaya və virusu digər şəxslərə ötürə bilirlər. Buna görə də, azı ildə iki dəfə müayinədən keçməklə gizli gedişata malik infeksiya zamanı da İİV status barədə məlumat əldə etmək vacibdir”.

Mütəxəssis, həmçinin İİV-ə yoluxan şəxslərdə müşahidə olunan ağırlaşmalar və yanaşı xəstəliklərin müalicəsi barədə də məlumat verib. O qeyd edib ki, İİV-ə yoluxan şəxslərin müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsasən, milli protokola uyğun həyata keçirilir: “İİV müsbət statusu təyin olunan hər bir pasiyent ARV terapiyaya cəlb olunmadan öncə həkim-infeksionist tərəfindən ətraflı müayinə edilir, anamnestik məlumatlar toplanır. Xəstədə yanaşı xəstəliklərin mövcudluğu araşdırılır, İİV infeksiyası ilə əlaqəli yaranan ağırlaşmalar dəyərləndirilir və kliniki, laborator, instrumental müayinə nəticələri qiymətləndirilir. İİV-ə yoluxan şəxslər üçün xüsusilə əhəmiyyət kəsb edən immunoloji status və virus yükünün səviyyəsinə əsasən xəstəyə müalicə sxemi təyin edilir və opportunistik infeksiyaların profilaktikasına başlanılır.

İİV-ə yoluxan şəxslərin müalicəsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində ambulator və stasionar şəraitdə aparıla bilər. Xəstədə yanaşı xəstəliklər müşahidə olunduğu təqdirdə, həmin ağırlaşmaların ixtisaslaşmış diaqnostikası və ARV terapiya qəbulu zamanı müşahidə olunan yan təsirlərin idarə olunması məqsədilə xəstələr stasionar şöbədə öz müalicələrini davam etdirirlər. Daha spesifik xarakterli ağırlaşmalar aşkar olunan zaman İİV-ə yoluxan şəxslər həmin xəstəliklər üzrə ixtisaslaşmış digər tibb müəssisələrinə yönləndirilirlər”.

Həkimin sözlərinə görə, İİV-ə yoluxan şəxslər həkim tövsiyələrinə ciddi nəzarət etməklə ailə həyatı qura bilərlər: “İİV müsbət statusu olan şəxsin İİV infeksiyasını öz partnyoruna yoluxdurmasının qarşısının alınması məqsədilə həmin şəxsə veriləcək vacib tövsiyələrdən biri vaxtında antiretrovirus preparatlarının qəbuluna başlamasıdır. Çünki ARV terapiya İİV-ə yoluxan şəxslərdə virusun qanda müəyyən olunmayan səviyyəyədək enməsini və immunitetin bərpasını təmin etməklə yanaşı, həm də epidemioloji cəhətdən virusun bir şəxsdən digərinə ötürülməsinin qarşısını alır. Lakin burada vacib məqamlardan biri pasiyentin ARV terapiyaya sadiqliyidir. Xəstələrin müalicə rejiminə düzgün əməl etməməsi, ARV terapiyada uzunmüddətli və periodik fasilələrin verilməsi virusun yenidən aktivləşməsinə, rezistent ştamların yaranmasına səbəb ola bilər.

Tibb işçiləri daim infeksion və qeyri-infeksion faktorların təsirinə məruz qalırlar. İİV-ə yoluxan şəxslərə tibbi manipulyasiyalar və prosedurlar icra edilən zaman universal təhlükəsizlik qaydalarına riayət olunması vacib şərtdir. Belə halların qarşısının alınması məqsədilə Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən “Tibb müəssisələrində İİV infeksiyasının profilaktikasına aid universal təhlükəsizlik qaydaları” adlı vəsait dərc olunub və tibb işçilərinin maarifləndirilməsi məqsədilə paylanılıb. Universal təhlükəsizlik tədbirləri İİV-in pasiyentlə tibb işçisi arasında ötürülmə riskinin azaldılmasına yönəldilən tədbirlər kompleksidir.

Bilmək lazımdır ki, profilaktika təmasın baş verdiyi andan 72 saatdan gec olmayaraq aparıldıqda effektivdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükün təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO