İkinci Xəzər İqtisadi Forumunda iqtisadi zonalar üzrə tərəfdaşlığın təşviqi barədə müzakirələr aparılıb
Bakı, 5 oktyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada keçirilən İkinci Xəzər İqtisadi Forumu çərçivəsində Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi, iqtisadi əməkdaşlıq çərçivəsində klasterlərin yaradılması, Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi və iqtisadi zonalar üzrə tərəfdaşlığın təşviqi barədə müzakirələr apardıq”,- deyə Mikayıl Cabbarov bildirib.