Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İLHAM ƏLİYEV RƏQİBLƏRİNİ XEYLİ QABAQLAYIR

Prezident seçkisi uğrunda yarışın çox əhəmiyyətli mərhələsi başlayır. Ölkədə baş verən siyasi hadisələrin gərginliyi cəmiyyətin bütün təbəqələrinə ciddi təsir edir. Uyğun olaraq, ictimai rəyin dəyişmə dinamikası da sürətlənir. Artıq prezidentliyə namizədlərin şanslarının dəyərləndirilməsi aktuallaşır. Son siyasi hadisələrin fonunda siyasi qüvvələrin seçkiyə hansı əməkdaşlıq formasında qatıla biləcəyi də maraq kəsb edir. “Sel” Analitik İnformasiya və Sorğu Mərkəzi bu aktual mövzulara aid Bakı şəhərində 300 respondent arasında sorğu keçirib. Sorğuda iştirak edənlərin 50 faizi kişi, 50 faizi isə qadın olub. Gənclər 53 faiz, orta yaşlılar 37 faiz, yaşlılar 10 faiz təşkil edib. Respondentlər müxtəlif peşə sahibləri olublar. Nəticələr aşağıdakı kimidir.

1.Sabah seçki keçirilsə, aşağıdakı siyasətçilərdən hansına səs verərdiniz?

1. İ.Əliyev – 51,7 faiz

2. İ.Qəmbər – 12,8 faiz

3. E.Məmmədov 8 faiz

4. Ə.Kərimli – 6,8 faiz

5. Y.Oğuz – 6,6 faiz

6. L.Şövkət – 5,9 faiz

7. S.Rüstəmxanlı - 3,1 faiz

8. İ.İsmayılov – 2,6 faiz

9. A.Əlizadə - 0,8 faiz

10. T.Kərimli - 0,6 faiz

11. Q.Həsənquliyev – 0,5 faiz

12. A.Səmədov – 0,2 faiz

13. H.Hacıyev – 0,1 faiz

14. İ.Şirin – 0,1 faiz

15. Ç.Sadıqov – 0,1 faiz

16. E.Musayev – 0,1 faiz

Qeyd: Prezidentliyə namizədlərin reytinqlərinin bu cür nisbəti son siyasi hadisələrin məntiqi baxımından izah olunandır.

1.İlham Əliyevin hissediləcək fərqlə irəli çıxması onun Baş nazir təyin edilməsinə verilən ictimai reaksiyanın göstəricisidir. İ.Əliyevin reytinqinə AŞ-nin son iclasında Azərbaycanın mövqeyini böyük fəallıqla müdafiə etməsi də təsir edib. Onun Baş nazir təyin olunmasına Qərbdən və Rusiyadan dəstək gəlməsi amili öz rolunu oynayıb.

2. Müsavat başqanı İsa Qəmbərin reytinqinin aşağı düşməsi son hadisələr prizmasından başadüşülən görünür. Qərbdən ümid edilən dəstəyin olmaması, daxildə elə bir ciddi təbliğatın aparılmaması, müxalifət sıralarında davam edən çəkişmələr İ.Qəmbərin şansını azaldıb.

3.Etibar Məmmədov hələ real və təsirli siyasi gedişi ortaya qoya bilməyib. Onun müxalifətin qurumları daxilindəki fəaliyyəti də başqalarından seçilmir. AMİP hələ də seçki platformasını açıqlamayıb, seçkiyə necə qatılacağı məlum deyil. Onun da Qərbdən dəstəyi itirməsi təsirini göstərir. Respondentlər E. Məmmədova münasibətdə qeyri-müəyyənliklərini saxlamaqdadırlar.

4. Əli Kərimli qışda qazandığı imici xərcləməkdədir. MM-də onun ünvanına söylənənlər və son hadisələr zamanı dəstək görməməsi reytinqini aşağı salıb. Ə. Kərimli müstəqil olaraq isə elə bir ciddi siyasi gediş etməyib.

5. Yunus Oğuzun reytinqdə irəliləməsi qarışıq siyasi proseslərdən kənarda durması, seçki platformasını daha fəal təqdim etməsi və təbliğatda onun ayrı-ayrı tərəflərini qabartması ilə izah olunur. Y. Oğuzun ideoloji konsepsiyada millətsevərlik, barış və türkçülüyə istinad etməsi, dayanıqlı iqtisadi inkişaf vəd etməsi cəmiyyət tərəfindən anlaşıqlıqla qarşılanır.

6. L. Şövkət yaz aylarına nisbətən fəallığını artırıb, seçki platformasını tədricən təqdim etməyə başlayıb. 7. Sabir Rüstəmxanlı həm siyasi addımlarında fəaldır, həm də təbliğat müstəvisində mühüm irəliləyişlər edib. 8. İ. İsmayılov son siyasi gedişləri ilə “sol” düşərgəyə və Rusiyaya bağlılığını təsdiqlədi. Buna baxmayaraq, İ. Ismayılov reytinqini yüksəldə bilib.

9. A. Əlizadə siyasi səhnədə çox az-az göründüyündən, seçki konsepsiyası məlum olmadığından və sosial-demokrat ideyasının qeyri-populyarlığından reytinq cədvəlinin sonlarında qərarlaşıb.

10. T. Kərimli siyasi taleyini rusiyapərəstlərə bağlamaqla taleyini həll edib. Onun nə siyasi konsepsiyası, nə də seçki platforması bəlli deyil. Son siyasi manevrləri də siyasi mövqeyinə pis təsir edib. 11. Q. Həsənquliyev “cəbhəçi” kimi seçki platformasında hansı fərqli cəhətləri ortaya qoyacağını deməyib. Onun konseptual ideyaları da bəlli deyil. Seçici üçün Q.Həsənquliyev “qapalı obyekt”dir.

12. A. Səmədov siyasi səhnədə son 6-7 ayda demək olar ki, görünməyib. Onun hər hansı seçki platforması ortaya qoyacağına inam azdır. Odur ki, respondentlər onu “görə bilmirlər”.

13. H.Hacıyev heç bir konsepsiya və platforma ortaya çıxarmayıb. Təbliğatda onun fəallığı gözə dəymir. Seçici H.Hacıyevi, demək olar, tanımır.

14. İ. Şirin Elçibəy hökumətinin baş prokuroru imicini xərcləmiş, ancaq əvəzində yeni heç nə ortaya qoymayan siyasətçi obrazına malikdir. Respondentlər onu da “hiss etmirlər”.

15. Ç. Sadıqov AMİP-AXCP (İ) - Tərəqqi sazişini imzalayanlardan biri olmaqdan başqa imicə malik deyil. Onun hər hansı siyasi konsepsiyaya və platformaya malik olduğu məlum deyil.

16. E.Musayevi demək olar ki, respondentlərin əksəriyyəti tanımır. Onun siyasi mövqeyi haqda təsəvvür çox cüzidir. Odur ki, reytinqin son pilləsində qərarlaşması təsadüfi deyil.

II. Sizcə, müxalifət prezident seçkisinə vahid namizədlə gedə biləcək?

a) Hə - 24,3 faiz

b) Yox - 65,5 faiz

c) Cavab verməkdə çətinlik çəkirəm - 10,2 faiz

Qeyd: Əvvəlki sorğularda alınan nəticələrə uyğunluq müxalifətin seçici inamını qazana bilməməsini göstərir. Bir neçə aylıq fəaliyyət respondentlərin onlar haqqındakı fikrinə elə bir dəyişiklik etməyib. Deməli, insanlar hələ də sözlə əməl arasında fərqi görürlər.

“Sel” Analitik İnformasiya

və Sorğu Mərkəzi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Eldəniz Babayev: Belə bir sərgi ilə bağlı ideya uzun illərdir qəlbimdə yaşayırdı

Şuşada “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir

İstanbulda azərbaycanlı rəssamın “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb

Tramp: “Bayden bizi III Dünya müharibəsinə sürükləyəcək”

Baydenlə Trampın ilk debatı keçirilib

Saatlı sakinlərindən 25 sənədsiz tüfəng götürülüb

Samuxda narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Azərbaycan üzgüçüsu "Asiya uşaqları" Oyunlarında gümüş medal qazanıb

Lerikdə zəlzələ olub VİDEO

Sabunçuda qətl törədilib

Laçın sakini: Dövlətimlə, xalqımla fəxr edirəm

Keçmiş məcburi köçkün: Laçın bizim Kəbəmizdir

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Kürdəmirdə ağır yol qəzası baş verib

Quterreş: BMT-nin Təhlükəsizlik Şurasının islahatı Afrikaya daimi üzvlüyün təqdim edilməsindən başlamalıdır

Beynəlxalq Kosmik Stansiyanın ləğvi “Space X” şirkətinə həvalə edilib

İsveç Avropada kosmosa peyklərin buraxılacağı ilk ölkə olacaq

Cənubi Kaliforniyada atışma zamanı 2 nəfər ölüb

Müdafiə Nazirliyi: Türkiyə ordusu hadisələrin istənilən inkişafına hazırdır

Tədqiqat: Uzunmüddətli tənhalıq yaşlı insanlarda insult riskini artıra bilər

Çinin 2 sabiq müdafiə naziri Kommunist Partiyasından qovulub

MEK-də “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı keçirilib

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 27 may tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq VİDEO

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Ağsu rayonunun Maşadqanlı kəndi ilə nəqliyyat əlaqəsi bərpa edilib YENİLƏNİB

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Milli Gimnastika Arenasında BDU-nun Məzun günü keçirilib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib VİDEO

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb