İLHAM ZƏKİYEV: BİR İDMANÇI KİMİ ÖZÜMÜ ÇOX XOŞBƏXT HİSS EDİRƏM
Azərbaycanın yeganə ikiqat paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev bu sözləri AZƏRTAC-a müsahibəsində demişdir.
İlham Zəkiyev bildirmişdir ki, keçirdiyim hissləri ifadə etməkdə çətinlik çəkirəm. Gərək o hissləri yaşayasan. Əldə etdiyim uğurların arxasında xeyli gərgin məşqlər durur. Bu qələbələrə görə bizə dəstək olan ölkə rəhbərliyinə, “Neftçi” İdman-Sağlamlıq Mərkəzinə, Milli Paralimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. Azərbaycan kimi ölkədə idmançı olmaq çox şərəflidir.
Paralimpiyaçı demişdir: hərbi xidmətdə kəşfiyyatçı olmuşam. Füzuli rayonunda döyüş tapşırığını yerinə yetirərkən, erməni snayperinin gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan girib sağdan çıxdı. Nəticədə göz işığından məhrum oldum. Milli Paralimpiya Komitəsinin köməyi sayəsində idmana qayıtdım. Gərgin məşqlərin nəticəsidir ki, əvvəlcə 2004-cü il Afina, sonra isə 2008-ci il Pekin paralimpiyalarında qızıl medal qazandım. Bunlarla yanaşı, iki dəfə Avropa, ötən il isə dünya çempionu olmuşam. Afinada qazandığım qızıl medaldan sonra rəqiblərim mənə qarşı daha ciddi hazırlaşmışdılar. İlk rəqibim fransız idi. Onunla əvvəllər Avropa çempionatlarının finallarında iki dəfə qarşılaşmış və qələbə qazanmışdım. Yəni, bir-birimizə bələd idik. Cəmi 5 saniyəyə onu “ippon”la məğlub etdim. Yarımfinal görüşüm bir qədər çətin alındı. Koreyalı rəqibimin texnikasına bələd deyildim. O, 2006-cı il dünya çempionatında ikinci yeri tutmuşdu. Həmin vaxt mən səhhətimdəki problemlə əlaqədar mükafata layiq yer tuta bilməmişdim. Bununla belə, rəqibimi 1 dəqiqə 45 saniyəyə tam üstünlüklə yenməyi bacardım. Final görüşüm çox həyəcanlı keçdi. Çinli rəqibimə yerli azarkeşlər böyük dəstək verirdilər, lakin bu, 40 saniyədən çox çəkmədi. Əvəzində, idman salonunu “Azərbaycan”, “Azərbaycan” sədaları bürüdü. Pekin Paralimpiyasında ilk dəfə Azərbaycan himnini səsləndirdim. Bir idmançı kimi özümü çox xoşbəxt hiss edirəm. Hər bir idmançıya da bu hissləri yaşamağı arzulayıram.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [04:18]
Dünya çempionatı: Norveç qələbə qazanıb
- 17.06.2026 [02:49]
Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub
- 17.06.2026 [01:18]
Fransa dünya çempionatında Seneqalı məğlub edib
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:13]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [20:00]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:44]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [19:36]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [19:15]
Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər
- 16.06.2026 [18:47]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:33]
Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir
- 16.06.2026 [18:32]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:28]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [18:26]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [18:07]
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib
- 16.06.2026 [18:05]
Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj
- 16.06.2026 [17:55]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [17:46]
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- 16.06.2026 [17:42]
Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub
- 16.06.2026 [17:41]
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
- 16.06.2026 [17:35]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:29]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 16.06.2026 [17:26]
Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY
- 16.06.2026 [17:13]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [17:10]
“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub
- 16.06.2026 [17:05]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:04]