İlin ilk üç ayı ərzində Azərbaycanda 24 mindən çox körpə doğulub
Bakı, 16 may, AZƏRTAC
Bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24 min 526 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 11,1-dən 9,7-yə düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,7, qız uşaqlarının xüsusi çəkisi isə 47,3 faiz olub.
Körpələrdən 828-i əkiz, 39-u isə üçəm doğulub. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Şərqi Zəngəzur (12,1), Dağlıq Şirvan və Qarabağ (11,6), Lənkəran-Astara (11,4), Mil-Muğan (11,1), Mərkəzi Aran (10,9), Quba-Xaçmaz (10,7), Qazax-Tovuz və Şirvan-Salyan (10,6) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.
Bu ilin yanvar-mart aylarında ölkədə 15 min 645 ölüm halı qeydə alınıb. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 6,7-dən 6,2-yə enib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [22:49]
Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır
- 17.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 17.10.2026 [15:38]
G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub
- 17.10.2026 [13:56]
“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]