İlk rübdə DSMF 965 min şəxsə 561 milyon manat müavinət və təqaüd ödəyib
Bakı, 24 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu ilin yanvar-mart aylarında dövlət büdcəsi hesabına 965 min şəxsə 561 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
DSMF-dən AZƏRTAC-a verilən məlumata görə, onlardan 495 min nəfərə müavinət olaraq 318 milyon manat, 408 min nəfərə Prezident təqaüdü olaraq 204 milyon manat, 62 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 39 milyon manat ödəniş həyata keçirilib.
Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 16, təqaüdlər üzrə 17, sosial sığorta hesabına müavinətlər üzrə 2 faiz çox olub.
Yanvar-mart aylarında daha 38 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 917 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 17.10.2026 [15:38]
G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub
- 17.10.2026 [13:56]
“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub
- 17.10.2026 [12:31]
Bakıda İndoneziya mətbəxi təqdim olunub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]