İmişlidə məktəbdə qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb
Bakı, 7 noyabr, AZƏRTAC
İmişlinin Sarıxanlı kənd 1 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə AZƏRTAC-a rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, araşdırmalarla qeyd olunan məktəbin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vəzifə saxtakarlığı edilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2-ci, 179.2.3-cü, 179.2.4-cü (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1-ci (vəzifə səlahiyyətlərindən süi-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:18]
İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub
- 15.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [17:42]
“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]