Azərbaycan Dövlət İnformasiya Agentliyi

İndiyədək 297 vətəndaş övladlığa uşaq götürmək üçün müraciət edib

İndiyədək 297 vətəndaş övladlığa uşaq götürmək üçün müraciət edib

Bakı, 17 may, AZƏRTAC

Ölkəmizdə valideynlərini itirən və himayədən məhrum olan uşaqların sosial müdafiəsi, hüquqlarının qorunması, sağlam inkişafı ilə əlaqədar bir sıra xidmətlər göstərilir. Onlara isti yuva, xoşbəxt gələcək bəxş etmək istəyən ailələr qaydalara uyğun olaraq övladlığa uşaq götürə bilərlər.

Sosial Xidmətlər Agentliyinin övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyevin AZƏRTAC-a verdiyi məlumata görə, bu sahədə bir sıra islahat həyata keçirilir: “Vətəndaşlar e-sosial.az portalına daxil olub elektron kabinet açmaqla övladlığa uşaq götürmək üçün müraciət edə bilərlər. Altsistem fəaliyyətə başlayandan indiyədək 297 vətəndaş övladlığa uşaq götürmək üçün müraciət edib. Ötən dövr ərzində müraciət edənlərdən 58 nəfəri həmin prosesi başa vurub və məhkəmə qətnaməsi ilə övladlığagötürməni rəsmiləşdirib. Hədəfimiz ailələrə övlad sevgisi, uşaqlara isə ailə sevgisini yaşatmaqdır və müraciət etmiş digər ailələrə də övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu müəyyənləşdirilməsi üçün işlər davam etdirilir. Övladlığa götürülən uşağın yaşı 18 yaşına çatana qədər Sosial Xidmətlər Agentliyinin övladlığagötürmə departamentinin əməkdaşları uşaqların ailədəki vəziyyətini izləmək məqsədilə həmin ailələrə səfərlər təşkil edirlər. İndiyədək 1600-dən çox uşağın ailədə monitorinqi aparılıb”.

Müsahibimiz qeyd edib ki, övladlığagötürmə üç mərhələdə həyata keçirilir: “Birinci mərhələyə valideyn-namizədin qeydiyyata alınması, ikinci mərhələyə övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi, üçüncü mərhələyə isə övladlığagötürmə barədə məhkəmə qərarının qəbul edilməsi aiddir. Müraciət və qiymətləndirmə mərhələləri elektron qaydada aparılır və proses valideyn-namizədin elektron kabinet yaratmaqla alt-sistemdə övladlığagötürmə ilə əlaqədar istəyini bildirməklə başlayır. Bunun üçün isə övladlığagötürmə üzrə notarial ərizə alınmalıdır. Valideyn-namizədin ərizəsi altsistemə ötürüldükdən sonra valideyn-namizəd və onun ailə üzvləri barədə məlumatları aidiyyəti qurumların informasiya sistemlərindən inteqrasiya edilir”.

Departament müdirinin bildirdiyinə görə, valideyn-namizəd Ailə Məcəlləsinin tələblərinə müvafiq uçota alındıqdan sonra 10 iş günü müddətində sosial işçi valideyn-namizədlə onun yaşayış yerində müsahibə keçirir. Müsahibə zamanı sosial işçi valideyn-namizədin həyat şəraiti, maraqları, ailə tərkibi barədə məlumatları, habelə ailə üzvlərinin övladlığagötürməyə münasibətini öyrənir, eyni zamanda, övladlığagötürmə ilə bağlı valideyn-namizədi məlumatlandırır. Müsahibə başa çatdıqdan sonra valideyn-namizədin maddi-məişət şəraiti uşağın mənafeyinə uyğunluq baxımından müayinə edilir.

“Sosial işçilərin ilkin qiymətləndirmə rəyi və maddi-məişət şəraitinin müayinəsinin nəticələri uyğun olarsa valideyn-namizədlər bir aylıq təlimlərə cəlb edilirlər. Təlimlər zamanı övladlığagötürmə ilə bağlı valideyn-namizəddə özünəinam və özünüdərki, övladlığa götürülən uşağın ehtiyacları barədə əsas biliklərə malikolma səviyyəsi, valideynlik bacarıqlarının inkişafı, valideyn-namizədin övladlığa götürülən uşağın tərbiyəsi zamanı yarana biləcək problemlərin həlli ilə bağlı qərar qəbul etmək bacarığı ətrafında müzakirələr həyata keçirilir. Təlimin nəticələri müsbət qiymətləndirildikdə, valideyn-namizəd və valideyn himayəsindən məhrum olmuş uşağın istək və mənafeyinə cavab veriləcək elektron uyğunlaşdırma aparılır. Məsələn, onlar 0-3 yaş arası, sağlam, yaxud sağlamlığında müəyyən problem olan, qız və ya oğlan uşağını övladlığa götürmək istədiklərini qeyd edirlər. Elektron uyğunlaşma həyata keçiriləndən sonra valideyn-namizəd elektron kabinetində ona təyin olunmuş uşağın foto, video və sağlamlıq məlumatlarına baxmaq imkanı əldə edir və uşaq haqqında məmnunluğunu bildirdikdən sonra müəssisədə uşaqla görüş təyin edilir”.

Valideyn-namizədlə uşağın görüşü uşağın tərbiyə aldığı müəssisədə təşkil edilir və bu proses iki ay ərzində davam edir: “Görüş hər ay 40 saat olmaqla davam edir və həmin görüşlər uşaqla valideyn-namizədin uyğunlaşması, onların arasında adaptasiya, ailə bağları və ünsiyyətin qurulması məqsədi daşıyır və sosial işçilər həmin dinamikanı izləyir. Uyğunlaşma uğurlu olarsa, uşaq sınaq üçün üç ay müddətinə valideyn-namizədin evinə verilir. 3 ay davam edən sınaq müddətini əməkdaşlarımız həmin müddətin ilk həftəsində üç dəfə, növbəti həftələrdə bir dəfə olmaqla ailəyə izləmə səfərlərinə gedirlər. Sınaq müddətini uğurla keçmiş valideyn-namizədlərin övladlığagötürməsi barədə rəy hazırlanaraq məhkəməyə təqdim edilir və uşağın övladlığa verilməsi rəsmiləşdirilir”, - deyə departament müdiri əlavə edib.

Uşaqlar bizim gələcəyimizdir. Sağlam təməl üzərində böyüyən uşaq isə uğurlu gələcək deməkdir. Onların layiqli vətəndaş kimi formalaşması üçün sevgi və xoş münasibətə bağlıdır, çünki xoşbəxt ailə xoşbəxt gələcək və xoşbəxt cəmiyyət deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır