İndoneziya koronavirusa görə sosial məhdudiyyətlərin müddətini avqustun 16-dək uzadıb
Tokio, 10 avqust, AZƏRTAC
İndoneziya hökuməti koronavirus pandemiyasına görə sosial məhdudiyyətlərin müddətini avqustun 10-dan 16-dək uzadıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziyanın dəniz işləri və investisiyalar naziri Luhut Binsar Pancaitan bu gün keçirilən mətbuat konfransı zamanı məlumat verib.
Xatırladaq ki, hökumət orqanları məhdudiyyətlərin müddətini iyulun 3-dən avqustun 9-dək müəyyən etmişdi. Həmin məhdudiyyətlər işə məsafədən cəlb edilməni, virusun daha çox yayıldığı rayonlarda işgüzar fəallığa qadağaları və ölkə daxilində hərəkət zamanı vaksinasiya sertifikatının mövcudluğunu tələb edir.
Qeyd edək ki, son sutkalar ərzində İndoneziyada 20,7 min nəfərdə koronavirus aşkar edilib, onlardan 1475-i həyatını itirib. Ümumilikdə pandemiya dövründə bu ölkədə 3,6 milyon yoluxma halının qeydə alındığı, onlardan 108 mindən çoxunun həyatını itirdiyi bildirilir. Təqribən 3,1 milyon nəfərin isə sağaldığı qeyd edilir.
Son məlumatlara görə, ölkə əhalisinin təqribən 8,9 faizi peyvənd olunub. Vaksinin ilk dozasını isə 18,7 faiz sakin alıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]