İNDONEZİYA QƏZETİNDƏ BAKIDA KEÇİRİLMİŞ BEYNƏXALQ FORUM BARƏDƏ SİLSİLƏ MƏQALƏLƏR DƏRC OLUNUR
AZƏRTAC xəbər verir ki, İndoneziyada və ona qonşu ölkələrdə ən çox oxunan ingilis dilində nəşr olunan “The Jakarta Post” qəzetində Bakıda keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəxalq forumu barədə silsilə məqalələrin dərci davam etdirilir.
Azərbaycanın İndoneziyadakı səfirliyindən bildirmişlər ki, qəzetin 14 iyun buraxılışında İKT-nin Baş katibi Ekmələddin İhsanoğlunun forumdakı yekun çıxışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşkilatın xoşməramlı səfiri adına layiq görüldüyü qeyd edilir.
E. İhsanoğlu quraqlıq, zəlzələ, sunami və digər təbii fəlakətlərdən zərərçəklənlərə yardım edəcək tanınmış bir şəxsə İslam dünyasının ehtiyacı olduğunu söyləmişdir. O, bu şəxs qismində məhz Mehriban xanım Əliyevaynı gördüyünü bildirmişdir.
Qəzet Mehriban xanım Əliyevanın fəaliyyətini xeriyyəçiliyə, qadınların təhsilinə, aztəminatlı və kimsəsizlərə yardım edilməsinə, idmanın inkişafına həsr etdiyini bildirir.
Məqalədə Mehriban xanım Əliyevanın xalq sənəti və musiqisinin inkişafına göstərdiyi dəstəyə görə YUNESKO tərəfindən 2004-cü ildə təşkilatın xoşməramlı səfiri təyin edildiyi, iki il sonra isə İSESKO tərəfindən eyni ada layiq görüldüyü bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]