İNDONEZİYADA UŞAQLAR ACLIQDAN ÖLÜRLƏR
AZƏRTAC xəbər verir ki, son aylar İndoneziyanın Şərq hissəsində minlərlə uşağın həyatını təhlükədə qoyan ərzaq böhranı üzündən azı 21 körpə ölmüşdür.
Həkimlər bildirmişlər ki, daha 116 uşaq böhranlı vəziyyətdə xəstəxanalara qoyulmuşdur. Onların dediyinə görə, vəziyyət çox ağırdır. Zamanın gərdişi uşaqların xeyrinə deyil, çünki onların həyatlarını xilas etmək üçün ərzaq məhsulları artıq 30 gün ərzində çatdırılmalıdır.
Bununla bərabər, ərzaq böhranından ən çox əziyyət çəkən əyalətlərin birində təqribən 85 min uşağa “doyunca yeməmək” diaqnozu qoyulmuşdur. Uşaqlar üçün qidalandırıcı maddələr çatışmır, bu isə xəstəliklərin törəməsinə, onların xəstəxanalara qoyulmasına və təcili tədbirlər görülməyəcəyi təqdirdə ölümünə gətirib çıxarır.
Ərzaq böhranına daşqınlar və quraqlıq səbəb olmuşdur. Fermerlər ehtiyat edirlər ki, şiddətli yağışlar və sürüşmələr nəticəsində bu ilin məhsulu da çox az ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]