İnformatika üzrə beynəlxalq turnirdə məktəblilərimiz uğur qazanıblar
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 23-dən 27-dək Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 14-cü beynəlxalq payız turniri təşkil edilib. 18 ölkə və 392 iştirakçının yarışdığı turnir hibrid formada keçirilib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məktəblilərimiz turnirə onlayn qaydada qoşulublar.
Yarışda iştirak edən məktəblilərimiz uğurlu nəticələr əldə ediblər. Belə ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev gümüş, “Ankara məktəbi” məktəb-liseyinin 9-cu sinif şagirdi Əli Əliyev isə bürünc medal qazanıb.