İngiltərə Premyer Liqası: “Totenhem” ardıcıl ikinci dəfə uduzub, “Mançester Yunayted”dən növbəti qələbə
Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 11-də futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Totenhem” mövsümdə ardıcıl ikinci dəfə məğlub olub. Ötən həftə öz meydanında “Çelsi”yə böyük hesabla (1:4) uduzan Anj Postecoğlunun yetirmələri bu dəfə səfərdə “Vulverhempton”a boyun əyiblər - 1:2.
“Arsenal” öz meydanında “Börnli”dən üstün olub - 3:1. “Mançester Yunayted” isə “Luton”u minimal hesabla məğlubiyyətə uğradıb - 1:0.
Günün digər oyunlarında “Bornmut” “Nyukasl”a 2:0, “Everton” isə “Kristal Pelas”a 3:2 hesabları ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]