“İnkişaf üçün maliyyə” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 4-də Bakı Fond Birjasında (BFB) BOKT “İnkişaf üçün maliyyə” MMC-nin tədavül müddəti 2 il olan AZ2001024820 dövlət qeydiyyat nömrəli, 1 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 10 investor tərəfindən 100 manat (12 faiz) qiymətindən on sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 12 faiz, faiz ödənişləri isə hər 30 gündə bir dəfə olmaqla investorlara ödənilir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 milyon manat təşkil edib.
İstiqrazlar 2024-cü il avqustun 4-də ödəniləcək.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]