“İnsan hüquqları və sosial ədalət” adlı veblioqrafiya təqdim edilib
Bakı, 11 iyun, AZƏRTAC
Respublika Uşaq Kitabxanasının məlumat-biblioqrafiya şöbəsi “İnsan hüquqları və sosial ədalət” mövzusunda veblioqrafiya hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, veblioqrafiya Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən elan edilən “İnsan hüquqları aylığı” çərçivəsində ərsəyə gəlib.
Materialda insan hüquqları və sosial ədalət mövzusuna dair kitabların tam mətnləri, dövri mətbuat materialları və digər mənbələr sistemləşdirilmiş şəkildə təqdim edilib. Məqsəd virtual oxucuların bu sahədə maariflənməsinə və hüquqi biliklərinin artırılmasına töhfə verməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [12:31]
7:30-da dayanan saat: Xavər Vəkilovanın xatirələri
- 07.09.2026 [12:17]
Milli Xalça Muzeyində Nərmin Nəcəfin “NAR əfsanəsi” fərdi sərgisi açılacaq
- 07.09.2026 [12:03]
Akademik Musiqili Teatr yeni mövsümə başlayıb
- 07.09.2026 [11:34]
Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq
- 06.09.2026 [19:11]