“İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” MÖVZUSUNDA DƏYİRMİ MASA
Ombudsman Elmira Süleymanova ölkəmizin dünyaya inteqrasiya yolunu seçdiyini, demokratik inkişaf yolu ilə irəlilədiyini, sosial-iqtisadi və insan hüquqları sahəsində islahatların aparıldığını qeyd etmişdir. O, Azərbaycanın BMT-nin İnsan Hüquqları Şurasına ən uzun müddətə - üç il müddətinə üzv seçilməsini bu nüfuzlu qurumun demokratik dəyərlərə önəm verməsinin təzahürü kimi qiymətləndirmişdir.
Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova insan hüquq və azadlıqları sahəsində qanunvericiliyin təkmilləşdirildiyini, beynəlxalq standartlara uyğunlaşdırıldığını vurğulamış, daimi komissiyanın fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Tədbirdə çıxış edənlər insan hüquqları amili və müstəqil dövlətimizin yürütdüyü məqsədyönlü siyasət, insan hüquq və azadlıqlarının təmini sahəsində dövlət orqanlarının, QHT-lərin və vətəndaş cəmiyyətinin qarşısında duran vəzifələr, bu sahədə hüquqi maarifləndirmə və insan hüquqlarının tədrisi vəziyyəti barədə danışmış, müzakirə edilən məsələlərlə bağlı təkliflər irəli sürmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [13:32]
Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb
- 17.10.2026 [09:15]
Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]
Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]