İnsanlar karantin rejiminin yumşaldılmasını təhlükənin sovuşması kimi başa düşməməlidirlər
Kürdəmir, 30 aprel, AZƏRTAC
Xüsusi karantin rejiminin yumşaldılması koronavirus pandemiyası təhlükəsinin sovuşması anlamına gəlməməlidir. Dünyanın ən inkişaf edən ölkələri belə bu bəla qarşısında acizdir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Kürdəmir rayon ziyalısı Ayət Nəsirov söyləyib. O, ölkəmizdə pandemiyaya qarşı görülən təxirəsalınmaz tədbirlərin, xüsusi karantin rejiminin tətbiqinin, “evdə qal” çağırışına əməl olunmasının son günlərin statistikasında da öz əksini tapdığını bildirən rayon ziyalısı qeyd edib ki, buna baxmayaraq, əldə olunan müsbət nəticələrin qısa vaxtda itirilmə təhlükəsi də var: “Karantin rejimi müəyyən qədər yumşaldılsa da, insanlar bu xəstəliyə ciddi yanaşmalı, ehtiyac olmadıqda çölə çıxmamalıdırlar. Vətəndaşlar bilməlidirlər ki, dövlətimiz öz insanlarının sağlamlığı üçün nə lazımdırsa edir. Bizlər də dövlətimizə dəstək olmalı, bu xəstəliyin ikinci dalğasının baş verməsinin qarşısını almalıyıq. Bunun üçün isə sosial təcrid və sanitar-gigiyenik qaydalara əməl etməliyik. Unutmayaq, gözəgörünməz düşmənlə hər addımda qarşılaşa bilərik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:57]
Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:59]
Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO
- 11.06.2026 [18:55]