İqtisadiyyat İnstitutunun əməkdaşları II Beynəlxalq Asiya İntibah Simpoziumunda məruzə ediblər
Bakı, 27 oktyabr, AZƏRTAC
Türkiyənin EGE Universitetində II Beynəlxalq Asiya İntibahı Simpoziumu keçirilib. Tədbir EGE Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun koordinasiyası, Əl-Farabi adına Qazax Milli Universiteti və Azərbaycan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan bildirilib. Tədbirdə İqtisadiyyat İnstitutunun direktoru professor Nazim Müzəffərlinin videomüraciəti dinlənilib. İnstitutun baş meneceri Şakir Alıyev bölmə iclaslarından birinə sədrlik edib. Professor Fuad Qənbərov, dosentlər Allahyar Muradov və Famil Rüstəmov simpoziumun bölmə iclaslarında çıxış ediblər.
İqtisadiyyat İnstitutunun əməkdaşları – professor Rəsmiyyə Abdullayeva, dosentlər Mahir Zeynalov, Pərviz Həsənov və Tariyel Qurbanov simpoziumun bölmə iclaslarına moderatorluq ediblər. İqtisadiyyat İnstitutunun tədqiqatçıları Gülşən Yüzbaşıyeva, Yaşar Məmmədov, aparıcı elmi işçilər Vəfa Həşimova, Tanrıverdi Paşa, gənc tədqiqatçı Hülya Nəbiyeva və digərləri müxtəlif elmi mövzularda məruzə ilə çıxış ediblər.