İqtisadiyyat naziri İkinci Xəzər İqtisadi Forumunda iştirak edib
Bakı, 5 oktyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın paytaxtı Moskvada keçirilən İkinci Xəzər İqtisadi Forumunda iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Moskvada keçirilən İkinci Xəzər İqtisadi Forumunda iqlim siyasəti üzrə qlobal çağırışlardan irəli gələn fəaliyyət istiqamətləri barədə müzakirələr apardıq. Həmkarlarla birlikdə Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinin, yeni konsepsiyaların tətbiqinin əhəmiyyətini vurğuladıq”,- deyə nazir bildirib.