İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb
Bakı, 23 yanvar, AZƏRTAC
İran Fars körfəzində yeni neft ehtiyatı aşkar edib.
AZƏRTAC İran dövlət televiziyasına istinadla xəbər verir ki, ölkənin neft naziri Bijən Namidar Zəncənə Fars körfəzindəki Minu adasında aparılan qazma əməliyyatları nəticəsində yüksək keyfiyyətli neft aşkar olunduğunu deyib.
Abadan bölgəsində ilk dəfə neft aşkar edildiyini deyən nazir “qara qızıl”ın çox yüngül və az kükürdlü olduğunu bildirib. Kəşf edilən neftin həcminin təyin olunması üçün quyuda qazma işləri davam etdirilir.
İran Milli Neft Şirkətinə görə, ölkənin təxminən 155 milyard barrel xam neft ehtiyatı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]