İran ilə Əfqanıstan arasında ticarət tamamilə dayandırılıb
Bakı, 10 avqust, AZƏRTAC
İran və Əfqanıstan arasında ticarət əlaqələri Əfqanıstanda təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi fonunda tamamilə dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ILNA agentliyi İran-Əfqanıstan ticarət palatasının rəhbəri Hüseyn Səlimiyə istinadla məlumat yayıb.
“Toqquşmalar və “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurmanın yaratdığı problemlər, həmçinin dünən ABŞ-ın bu ölkəni bombalaması ticarətin dayanmasına və sərhədlərin bağlanmasına səbəb olub”, - deyə agentlik yazır.
Hüseyn Səliminin sözlərinə görə, belə bir şəraitdə ticarət riskləri çox böyükdür. İran satıcıları, habelə Əfqanıstandakı alıcılar bu riskləri üzərlərinə götürməyə hazır deyillər. Əfqanıstana göndərilən yükün alıcıya çatıb-çatmayacağı məlum deyil. Bununla yanaşı, yüklər sığorta olunmayıb və bütün bunlar riskləri hədsiz dərəcədə artırır. Eyni zamanda ticarətin nə vaxt bərpa ediləcəyini proqnozlaşdırmaq mümkün deyil. Bu, Əfqanıstandakı daxili vəziyyətdən asılı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]