Azərbaycan Dövlət İnformasiya Agentliyi

İran mətbuatında Xocalı soyqırımı haqqında geniş materiallar verilib

İran mətbuatında Xocalı soyqırımı haqqında geniş materiallar verilib

Tehran, 24 fevral AZƏRTAC

İranda nəşr olunan “Aftabe Yəzd” qəzeti və aftabeyazd.ir informasiya portalında Azərbaycanın İrandakı səfirliyinin Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı press-relizi, asianews.ir saytında isə geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, materiallarda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı və Xocalıda törətdikləri soyqırımı haqqında məlumat verilib.

Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri ağır hərbi texnika ilə Azərbaycanın Xocalı şəhərinə daxil olaraq dinc sakinləri amansızcasına qətlə yetiriblər. Şəhərdəki yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılıb. Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib, yüzlərlə mülki insan ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Bu soyqırımı törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla yanaşı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını da işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlının həyatına son qoyulub və torpaqlarımızın 20 faizi işğala məruz qalıb. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kobudcasına pozulub.

Yalnız Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi elan edib.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hər zaman Ermənistan Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində həllinin mümkünlüyünü vurğulayıb və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasının və soyqırımı törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və dünya ictimaiyyətində geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq tarixi qərarlar qəbul edilir.

Bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənilir. Artıq Pakistan, Meksika, Kolumbiya, Peru, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanımışlar. Habelə ABŞ-ın artıq 21 ştatı - Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona və Aydaho ştatlarının qanunverici orqanlarında Xocalı soyqırımını pisləyən müvafiq qətnamələr qəbul olunub.

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Bu təşkilatın Gənclər Forumunun dünyanın çoxsaylı ölkələrində həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasının məramı beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaqdır.

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının və eləcə də digər beynəlxalq mötəbər qurumların qətnamələrinə baxmayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bu günədək beynəlxalq hüququn normaları və prinsipləri, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmamışdır.

Azərbaycan xalqı hər ilin fevral ayının 26-da Xocalı soyqırımı abidəsini ziyarət edir, abidənin önünə qərənfillər düzür, şəhidlərin xatirəsi ehtiramla yad edilir. Bu qanlı hadisəni Azərbaycan xalqı daim xatırlayır, bu soyqırımını törədənlərə öz dərin nifrətini bildirir. Xocalı soyqırımı xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır. Azərbaycan xalqı və dövləti Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaqdır.

Materiallarla bu linklərdən tanış olmaq olar.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankara NATO-nun 36-cı sammitinə hazırdır

Ciovanni Kristofoli: Enerji mənbələrinin şaxələndirilməsi getdikcə daha kritik əhəmiyyət kəsb edir

Son iki gündə 81 cinayətin açılması təmin olunub

"Qarabağ"ın sabiq legioneri azərbaycanlı futbolçu ilə komanda yoldaşı ola bilər

Hafiz Paşayev: XX Bakı Yay Enerji Məktəbinin iştirakçıları zəngin bilik və dəyərli təcrübə qazanacaqlar

Dünya bazarında neft qiymətlərinin enmə tendensiyasi başlayıb

Bellinqem dünya çempionatları tarixində yeni rekorda imza atıb

İjevsk hava limanında uçuşlara tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

“AzerGold” 10 illiyi münasibətilə sikkə kolleksiyasını təqdim edib

Amerika ağ kəpənəyinin yayılmasının qarşısı alınır

Muxtar Babayev: İqlim dəyişikliyi ilə bağlı fəlakətlərin intensivliyi sürətlə artır

DÇ-2026-da erkən final: Portuqaliya millisi İspaniyaya qarşı

AI bəşəriyyətə təhlükəsiz və ədalətli fayda verə bilərmi?

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Arzu Nağıyev: Tarixi Zəfər Azərbaycanın dövlətçilik tarixində yeni dövrün başlanğıcı oldu

Xocalının Malıbəyli kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

Flandriyada Günəşə Baxış Günü təşkil olunub

Fransa vergi orqanı Bernard Arnodan 22,5 milyon avro əlavə vergi tələb edir

XX Bakı Yay Enerji Məktəbi başlayır

Bakı və Abşeronun bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq

® “Arazın sahilində” növbəti ekoloji təmizlik aksiyası keçirilib

Qızılın qiyməti son 2 həftənin maksimumuna yaxınlaşır VİDEO

Qızılın qiyməti son 2 həftənin maksimumuna yaxınlaşır VİDEO

FHN: Ötən həftə ərzində 593 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib

“Politico”: NATO-nun Rusiya ilə həmsərhəd ölkələri müdafiə qabiliyyətini gücləndirir

Kiyevə kütləvi hava zərbələri nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb YENİLƏNİB 3

Qazaxıstan məhkəmə sistemində çalışan azərbaycanlı qadın: Həmvətənimizin uğur hekayəsi  - MÜSAHİBƏ

Keçmiş məcburi köçkün: Arzum budur ki, Cəbrayılda mənim də bir əməyim olsun VİDEO

Keçmiş məcburi köçkün: Arzum budur ki, Cəbrayılda mənim də bir əməyim olsun VİDEO

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Macarıstan qızıl ehtiyatlarına görə tarixdə ilk dəfə Rumıniyanı ötüb

Yəməndə hökumət qüvvələri ilə şiddətli döyüşlərdə 50-dən çox husi silahlısı öldürülüb

“Porsche” şirkəti daha 4 min iş yerini ixtisar etməyi planlaşdırır

Cəbrayıl sakini: İnanırdıq ki, gec-tez öz elimizə, obamıza qayıdacağıq VİDEO

Cəbrayıl sakini: İnanırdıq ki, gec-tez öz elimizə, obamıza qayıdacağıq VİDEO

Arzusundan vaz keçmədi: Misirli qadın 83 yaşında fəlsəfə doktoru oldu

Dünya çempionatı: İngiltərə 1/4 final mərhələsinə vəsiqə qazanıb

Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb VİDEO

Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb VİDEO

Budapeşt hava limanında genişləndirmə: yeni terminal, dəmir yolu stansiyası və iri infrastruktur layihəsi

ABŞ NATO sammitində Hörmüz boğazında təhlükəsizlik məsələsinin müzakirəsini gözləyir

Venesuelada zəlzələ qurbanlarının sayı 3 mini ötüb

Almaniyada yeni rəy sorğusu AfD-nin retinqinin artmaqda olduğunu göstərir

Neymar Braziliya millisindəki karyerasını başa vurub

Şərurda baş verən qəzada bir ailənin 3 üzvü ölüb

Dünya çempionatında sensasiya: Norveç Braziliyanı mübarizədən kənarlaşdırıb

Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmağı planlaşdırır

Fransada muzeydən 4 milyon avro dəyərində zərgərlik məmulatları oğurlanıb

Tramp NATO sammitində müdafiə xərclərinin artırılmasının vacibliyini vurğulayacaq

Macarlar bank hesabı əvəzinə nağd pula üstünlük verirlər

SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirilib

Azərbaycan gimnastları Dünya Kubokunda və beynəlxalq turnirdə medallar qazanıblar

Azərbaycan tamblinqçisi Dünya Kuboku seriyasının qalibi olub

Britaniya XİN əməkdaşlarının məxfi məlumatları oğurlanaraq satışa çıxarılıb

Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla tamamlayıblar

FIFA ABŞ millisinin futbolçusuna güzəşt edib

Qazaxda taxıl sahəsində baş vermiş yanğın söndürülüb VİDEO

Qazaxda taxıl sahəsində baş vermiş yanğın söndürülüb VİDEO

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb

Deputat: Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var

Bu saata olan əsas xəbərlər

Formula 1 üzrə Böyük Britaniya Qran-Prisinin qalibi müəyyənləşib

Azərbaycanın basketbol millisi seçmə mərhələdə son oyununu keçirib

“Qarabağ” “Borussiya”nın sabiq futbolçusunu transfer edib

Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana rəsmi səfərə gəlib

“Naftoqaz”: Rusiya Ukraynanın qaz infrastrukturuna fasiləsiz zərbələr endirir

Trek velosipedi üzrə Azərbaycan millisi Avropa çempionatında çıxış edəcək

Almaniyada sərnişin avtobusu qəzaya uğrayıb, 11 nəfər xəsarət alıb

Misirdə Nil timsahları yenidən əhali arasında narahatlıq yaradıb

Nazir: Qars-İğdır-Aralık-Dilucu dəmir yolu Azərbaycan və Ermənistanla əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcək

Şahin İsmayılov: Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı siyasi etimad mövcuddur

Lənkəranda beynəlxalq şahmat festivalı başa çatıb

Astanada təxminən 10 min məktəbli dombrada ifa edib

“Zirə” heyətinə yeni futbolçu qatıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Somalidə hərbi əməliyyat zamanı “əl-Şəbab”ın 15 silahlısı öldürülüb

Zelenski: Rusiya son bir həftədə Ukraynaya təxminən 160 raket atıb

İran səfiri: Hörmüz boğazında Çin və digər dost ölkələr üçün güzəştlər olacaq

Ukrayna Krımın hərbi aerodromuna hava zərbələri endirib

Azərbaycanda şəxsi inkişaf və rifah xidmətlərinin mövcud hüquqi yanaşması

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

Abituriyentlər II və III ixtisas qrupları üzrə imtahan veriblər

Azərbaycanın aparıcı voleybolçusu debütant komandaya keçib

ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib

Günay Əfəndiyeva: Rəqəmsal inkişaf Azərbaycanda dövlət siyasətinin əsas strateji istiqamətlərindən birinə çevrilib

XV Beynəlxalq İpək Yolu Musiqi Festivalı təntənəli bağlanış konserti ilə yekunlaşıb

Bu gün OPEC neft hasilatının artırılmasını müzakirə edəcək

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Mixaylo Fedorov: İyunda Ukrayna ordusu 200 mindən çox Rusiya hədəfinə zərbə endirib

Bu saata olan əsas xəbərlər

FHN: Həkəri çayında batdığı ehtimal edilən şəxsin axtarışlarına dalğıc-xilasedicilər cəlb olunub VİDEO

FHN: Həkəri çayında batdığı ehtimal edilən şəxsin axtarışlarına dalğıc-xilasedicilər cəlb olunub VİDEO

Türkiyə COP31 iştirakçıları üçün viza qaydalarını sadələşdirməyə hazırlaşır

Dünya çempionatı: Braziliya Norveçə, İngiltərə Meksikaya qarşı

İranın yeni Ali Rəhbəri atasının vida mərasiminə qatılmayıb

Kilian Mbappe yeni rekorda imza atıb

Balakəndə şəhidlərin xatirəsinə həsr olunmuş boks turniri start götürüb

Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA

Naxçıvan məktəblisindən ilk beynəlxalq olimpiada uğuru

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslərdə gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur

ABŞ 250 illik yubiley tədbirlərinə atəşfəşanlıq şousu ilə yekun vurdu - FOTOSESSIYA VİDEO

ABŞ 250 illik yubiley tədbirlərinə atəşfəşanlıq şousu ilə yekun vurdu - FOTOSESSIYA VİDEO

Xaçmazda zəlzələ olub

Yağıntılı hava şəraiti ilə əlaqədar Türkiyənin 5 regionunda sarı xəbərdarlıq elan olunub

Rusiyalı akademik: Ebolanın pandemiya potensialı aşağıdır

Bu gün dövlət qulluğuna qəbul üzrə müsabiqənin növbəti test imtahanı olacaq

Rusiya və Çin birgə dəniz təlimlərinə başlayır