İranda 188 ton narkotik maddə müsadirə olunub
Tehran, 17 iyun, AZƏRTAC
Ötən iki ayda İrana qaçaqmalçılıq yolu ilə gətirilən 188 ton narkotik maddə müsadirə olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam Respublikasının narkotiklərlə mübarizə polisinin rəisi Məhəmməd Məsud Zahediyan mətbuata verdiyi açıqlamasında deyib. Polis rəisinin sözlərinə görə, aparılan əməliyyat-axtarış tədbirləri zamanı 106 narkotik qaçaqmalçısı həbs edilib. Bəzi hallarda sərhəd bölgələrində qaçaqmalçılarla polis arasında silahlı toqquşmalar da qeydə alınıb.
Əfqanıstandan İrana, buradan da Avropa ölkələrinə daşınması nəzərdə tutulan narkotik maddələrin tranzitinin qarşısı alınır. Əfqanıstandan Avropaya, əsasən, heroin ixrac edilir. Sərhəd bölgələrində güclü nəzarətin olmasına baxmayaraq, qaçaqmalçılar ölkəyə narkotik keçirməkdən çəkinmirlər.
Rəisin sözlərinə görə, sərhəd keçid-məntəqələrində polis ilə sərhəd qoşunlarının əməkdaşlığı faydalıdır. Əfqanıstan ilə sərhəd bölgələrində polis gücləndirilmiş iş rejimində çalışır və əməliyyat şəraitini nəzarətdə saxlayır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [11:55]
Hörmüz boğazında gəmi vurulub
- 18.09.2026 [11:00]
Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır
- 18.09.2026 [10:49]
Fransada ailə böhranı: maddi çətinliklər ailələrin uşaq planlarını dəyişir
- 18.09.2026 [09:35]
Tokayev ölkənin üç dövlət qurumunun rəhbərini təyin edib
- 18.09.2026 [06:16]
FT: Böyük Britaniya Aİ ilə münasibətləri yenidən qurmağa çalışır
- 18.09.2026 [04:30]
Husilər: Səudiyyə Ərəbistanı son sutkada Yəmənə 37 hava zərbəsi endirib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Hörmüz boğazında gəmi vurulub
- [11:55]
İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlər mandat qazanıblar
- 17.09.2026 [23:53]
Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub
- 17.09.2026 [23:15]
Böyük Britaniyada kirayə qiymətləri ilin ən yüksək artım tempinə çatıb
- 17.09.2026 [22:54]
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verib
- 17.09.2026 [22:16]
Çin və ABŞ-nin baş diplomatları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
- 17.09.2026 [21:40]
Qazaxda 34 ildən sonra şəhid ata və oğulun qəbirləri ziyarət olunub
- 17.09.2026 [21:24]
Tramp İranla müharibənin gələcəyi ilə bağlı seçim qarşısında olduğunu deyib
- 17.09.2026 [21:14]
Cəlilabadda su xəttində qəza baş verib
- 17.09.2026 [20:49]
Culfa rayonunda Dövlət Proqramının icrası ilə bağlı görüş olub
- 17.09.2026 [20:47]