DÜNYA
İranda baş verən zəlzələ ən azı beş min nəfərin evsiz qalmasına səbəb olmuşdur
Tehran, 22 dekabr (AZƏRTAC). Dekabrın 20-21-də İran İslam Respublikasının Kerman, Yəzd, Sistan və Belucistan vilayətlərində bir-birinin ardınca dağıdıcı zəlzələr baş vermişdir. Xüsusilə, yeraltı təkan Kerman vilayətinin Fəhric və Həsənabad yaşayış məntəqələrində dağıntıya və tələfata səbəb olmuşdur. Yerli rəsmilərin ən son məlumatlarına görə, zəlzələ nəticəsində 1800-dən artıq ev müxtəlif dərəcədə dağıntıya məruz qalmışdır. Həsənabaddakı əksəriyyəti gildən olan evlər yerlə-yeksan olmuşdur. Nəticədə ən azı 5 min nəfər çadırlarda məskunlaşmağa məcbur qalmışdır. Dağıntıya məruz qalmış məntəqələrdə əhalinin zəruri məhsullarla təmin edildiyi bildirilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [18:17]
Türkiyədə anomal istilər özünü kəskin şəkildə göstərməyə başlayıb
- 03.06.2024 [18:15]
FLNKS Fransa prezidentini sözünün üstündə durmağa çağırıb
- 03.06.2024 [18:06]
Myanmada toy keçirilən yer bombalanıb, 27 nəfər ölüb
- 03.06.2024 [14:40]
“Nvidia” yeni süni intellekt çiplərini anons edib
- 03.06.2024 [14:28]
Hindistanda keçirilən seçkilərdə 642 milyon nəfər iştirak edib
- 03.06.2024 [13:47]