İranda bütün aviareyslər sabah səhərədək dayandırılıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Yaxın Şərqdə gərginliyin artması əlaqədar İranda bütün təyyarə uçuşları oktyabrın 3-ü səhərə qədər dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Tasnim agentliyi İran mülki aviasiya təşkilatının rəsmi nümayəndəsinə istinadla məlumat yayıb.
“Uçuşların təhlükəsizliyi və regiondakı vəziyyət nəzərə alınaraq sabah səhər saat 5:00-dək (Bakı vaxtı ilə 05:30 - red.) bütün reyslər təxirə salınıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, dünən gecə İran İsraili kütləvi raket atəşinə tutub. İsrail ordusunun mətbuat xidməti Təl-Əvivə, Qüdsə və digər ərazilərə 180-ə yaxın raket atdığını və onların bir çoxunun havada vurulduğunu bildirib. İsrail tərəfi bu hücumu cavabsız qoymayacağını bəyan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]