İranda koronavirusa yoluxma və ölüm hallarında azalma davam edir
Tehran, 1 iyun, AZƏRTAC
İran ilə Kuba mütəxəssislərinin birgə hazırladıqları peyvənd keyfiyyətinə görə digər peyvəndlərdən fərqlənir. Bu peyvənd immun sisteminə daha yaxşı təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın səhiyyə naziri Səid Naməki jurnalistlərə bildirib. O nəzərə çatdırıb ki, gələn həftədən başlayaraq əhaliyə bu peyvənddən vurulacaq.
Nazir nəzərə çatdırıb ki, İranın hazırladığı “Cov İran Barakat” peyvəndinin də kütləvi istehsalına başlanılıb. İran öz hesabına əhalini peyvənd ilə təmin edə biləcək.
Nazirliyin verdiyi açıqlamaya görə son 24 saat ərzində İranda 10 min 687 nəfər virusa yoluxub, 171 nəfər isə yoluxaraq həyatını itirib. Bununla da yoluxanların ümumi sayı 2 milyon 923 min 823 nəfərə, yoluxaraq ölənlərin sayı isə 80 min 327-ə çatıb. Eyni zamanda, xüsusi xəstəxanalarda müalicə alan 2 milyon 477 min 596 nəfər sağalaraq evə buraxılıb.
İranda koronavirusa yoluxma və ölüm hallarında azalma davam edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:47]
Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]
Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb
- 13.10.2026 [11:52]