İranda virusa yoluxanların sayı 93 mini ötüb
Tehran, 29 aprel, AZƏRTAC
İranda koronavirusun yayılması nəticəsində ölən və yoluxanların sayında azalma müşahidə edilsə də, vəziyyət təhlükəli olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur deyib.
O bildirib ki, son 24 saat ərzində 1023 nəfər virusa yoluxub və onlar xüsusi xəstəxanalara yerləşdirilib. Bu müddət ərzində 80 nəfər həyatını itirib. Beləliklə, İranda virusa yoluxanların sayı 93 min 657 nəfərə, ölənlərin sayı isə 5957-yə çatıb.
K.Cahanpur bildirib ki, İranda bu günədək 453 min 386 nəfər testdən keçirilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]