İRAQDA ABŞ-IN İKİ HƏRBİ QULLUQÇUSU HƏLAK OLMUŞDUR
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, iyulun 14-də Bağdad yaxınlığında koalisiya qüvvələrinə basqın nəticəsində ABŞ-ın iki hərbi qulluqçusu həlak olmuş, dörd nəfər isə yaralanmışdır. Bunu ABŞ-ın Mərkəzi Komandalığının nümayəndəsi bildirmişdir. İyulun 13-də gecə koalisiya qüvvələrinin patrulu Rəmadi şəhəri yaxınlığında pusquya düşərkən daha iki Amerika əsgəri yaralanmışdır. Amerika hərbi qüvvələrinin yerləşdiyi Əl-Fəlica şəhəri yaxınlığında partlayış baş vermişdir. Hadisənin təfərrüatı hələlik məlum deyildir. Monarxiya idarə üsuluna qarşı 1958-ci il inqilabının ildönümünün qeyd olunması ilə əlaqədar ABŞ hərbi administrasiyasının sərəncamına əsasən bütün İraq ərazisində ciddi təhlükəsizlik tədbirləri görülmüşdür. İraq Müvəqqəti İqtidar Şurası rejimin bütün bayramlarını ləğv etmişdir. “Əl-Qaidə”nin əvvəllər məlum olmayan “İslam silahlı birləşməsi”- “Əl-Fəluca” bölməsi İraqda koalisiya qoşunlarına qarşı çoxsaylı silahlı aksiyalara görə məsuliyyəti öz üzərinə götürmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]