İRLANDİYA SEÇİCİLƏRİ LİSSABON MÜQAVİLƏSİNİ RƏDD ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri “Röyters” agentliyinə istinadla xəbər verir ki, iyunun 12-də İrlandiyada Avropa İttifaqının struktur islahatlarını nəzərdə tutan Lissabon müqaviləsinə dair referendum keçirilmişdir. Referendumda iştirak edən vətəndaşların 53,4 faizi sazişin əleyhinə səs vermişdir.
2005-ci ildə uğursuzluğa uğramış Avropa Konstitusiyasını əvəzləməli olan və ötən il dekabrın 13-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində Avropa İttifaqının bütün dövlət və hökumət başçıları tərəfindən imzalanmış Lissabon müqaviləsinin irlandlar tərəfindən rədd edilməsi Avropa ölkələrində böyük əks-səda doğurmuşdur.
Referendumun nəticələrinə baxmayaraq, Avropa İttifaqı rəsmiləri Lissabon müqaviləsinin hələ ratifikasiya edilmədiyi digər üzv ölkələrdə bu prosesi davam etdirmək və eyni zamanda İrlandiya tərəfi ilə yaranmış böhrandan çıxış yollarını aramaq niyyətindədirlər.
Qeyd edək ki, Lissabon müqaviləsi Avropa İttifaqına üzv olan ölkələrin parlamentlərində ratifikasiya edildikdən sonra, 2009-cu ildən qüvvəyə minməlidir. İndiyədək müqavilə 16 üzv ölkə tərəfindən ratifikasiya edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]